“Gənclik Mall”un qarşısındakı çətinlik aradan qaldırılıb VİDEO
Bakı, 10 iyun, AZƏRTAC
Bakı şəhəri, Nərimanov rayonu ərazisində - Fətəli Xan Xoyski küçəsində daha bir yenilik edilib. “Gənclik Mall”un qarşısında taksiyə minib-düşmə üçün xüsusi ərazi təşkil olunub.
Qeyd edək ki, məntəqə “Gənclik Mall”un ikinci girişində, parklanma bölgəsində yerləşir. Taksilər bu ərazidə 3 dəqiqə ərzində dayana, sərnişinləri mindirə və düşürdə biləcək.
AZƏRTAC mövzu ilə bağlı videomaterialı təqdim edir.