MİQ üzrə müsabiqənin növbəti mərhələsinin tarixi açıqlanıb VİDEO
Bakı, 20 avqust, AZƏRTAC
Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin növbəti mərhələsi avqustun 22-dən həyata keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli deyib. O bildirib ki, bu mərhələdə azsaatlı vakant yerlər birləşdirilərək təqdim olunacaq: “Məqsəd müəllimlərə daha yüksək məvacibin verilməsini təmin etməkdir. Birləşdirilmiş vakant yerlərin sayı 1000-ə yaxındır. Bu vakant yerlər müxtəlif regionları əhatə edir”.