Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ruben Vardanyan “Ermənistanın Baş naziri Nikol Paşinyanın, ATƏT-in Minsk qrupunun üzvlərinin və BQXK nümayəndələrinin dindirilməsini” məhkəmədən xahiş edib VİDEO

Bakı, 16 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi sentyabrın 16-da davam etdirilib.

AZƏRTAC xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.

Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Ardınca təqsirləndirilən Ruben Vardanyan məhkəməyə müraciət edərək bir neçə vəsatətinin olduğunu bildirib.

Əvvəlcə təqsirləndirilən şəxs məhkəməyə müraciət edərək “ittiham edildiyi cinayət işi üzrə bəzi şəxslərin – Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın, ATƏT-in Minsk qrupunun üzvlərinin, BQXK-nın Azərbaycandakı nümayəndələrinin dindirilməsini” xahiş edib.

Müdafiəçi Avraam Berman vəsatəti müdafiə etdiyini bildirib.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev və Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramov vəsatətlərə münasibət bildirərək qeyd ediblər ki, təqsirləndirilən şəxs tərəfindən dindirilməsi təklif olunan şəxslərin məhkəmədə baxılan ittihama aidiyyəti yoxdur. Bundan başqa, müdafiə tərəfinin iştirakı ilə məhkəmə baxışında tədqiq edilməli olan sübutların siyahısı, eləcə də sübutların tədqiq olunma ardıcıllığı artıq müəyyən edilib. Qəbul edilmiş qərara əsasən prosesin hazırkı mərhələsində ittiham tərəfinin təqdim etdiyi sübutlar tədqiq olunur. O səbəbdən dövlət ittihamını müdafiə edən prokurorlar vəsatətin baxılmamış saxlanmasını xahiş ediblər.

Prosesdə iştirak edən zərərçəkmiş şəxslər vəsatətin rədd olunmasını məhkəmədən xahiş ediblər.

İşə baxan hakimlər kollegiyası yerində müşavirə edərək məhkəmə baxışında sübutların tədqiq olunma ardıcıllığı ilə bağlı qərarın qəbul olunduğunu, həmin qərar qəbul olunmazdan əvvəl müdafiə tərəfinin də mövqeyinin nəzərə alındığını vurğulayaraq, vəsatətin baxılmamış saxlandığını qeyd edib və bu vəsatətin gələcəkdə yenidən verilməsinin mümkün olduğunu təqsirləndirilən şəxsə və onun müdafiəçisinə bildirib.

Daha sonra Ruben Vardanyan digər vəsatətini məhkəməyə təqdim edərək hərbi qulluqçu olmadığını, buna görə də təqsirləndirildiyi cinayət işinə hərbi məhkəmədə baxılmasından narazı olduğunu deyib.

Təqsirləndirilən şəxsin vəkili vəsatəti müdafiə etdiyini bildirib.

Vəsatətə münasibət bildirən Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli bildirib ki, təqsirləndirilən şəxsin ittiham edildiyi cinayətlərin bəziləri hərbi cinayətlər olduğu üçün onun işinə hərbi məhkəmədə baxılır. Odur ki, dövlət ittihamını müdafiə edən prokuror vəsatətin rədd edilməsini məhkəmədən xahiş edib.

Prosesdə iştirak edən zərərçəkmiş şəxslər vəsatətin rədd olunmasını məhkəmədən xahiş ediblər.

Sədrlik edən Zeynal Ağayev bildirib ki, məhkəmənin hazırlıq iclasında bu məsələyə artıq baxılıb və həmin zaman məhkəmə aidiyyəti barədə proses tərəflərinə, o cümlədən təqsirləndirilən şəxsə və onun müdafiəçisinə ətraflı məlumat verilib. Bundan başqa, təqsirləndirilən şəxsin ittiham olunduğu bəzi cinayət əməlləri hərbi cinayət hesab edildiyi üçün Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə əsasən işə hərbi məhkəmədə baxılır. Qeyd olunanlara əsasən vəsatət rədd edilib.

Növbəti vəsatətində təqsirləndirilən Ruben Vardanyan cinayət işi üzrə özü və müdafiəçisi tərəfindən əvvəlki məhkəmə proseslərində verilmiş vəsatətlərə dair qərarlarla tanış olmaq istədiklərini və həmin qərarlardan çıxarışların onlara təqdim olunmasını xahiş edib.

Müdafiəçi vəsatətin təmin olunmasını məhkəmədən xahiş edib.

Məhkəmə iclasına sədrlik edən əvvəllər təqsirləndirilən şəxsin məhkəmə iclas protokolları, həmçinin vəsatətlərinə dair qəbul edilmiş qərarlarla tanış olması üçün şərait yaradıldığını, bundan sonra da eyni qaydada tanış olması üçün şərait yaradılacağını bildirib.

Digər vəsatətində təqsirləndirilən şəxs Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçməklə bağlı ona qarşı irəli sürülmüş ittihamla razı olmadığını bildirib. Habelə, “vaxtilə Qarabağda olmuş Rusiyanın sülhməramlı kontingentinin komandanı olmuş şəxslərin məhkəmədə dindirilməsini” xahiş edib.

Vəkil Avraam Berman təqsirləndirilən R.Vardanyanın vəsatətini müdafiə etdiyini bildirib.

Sədrlik edən Zeynal Ağayev hazırda məhkəmə baxışının davam etdiyini, təqsirləndirilən şəxsə elan olunmuş ittihamlara məhkəmə baxışının sonunda hüquqi qiymət veriləcəyini söyləyib. Bundan başqa, vaxtilə Qarabağda olmuş Rusiyanın sülhməramlı kontingentinin komandanlarının təqsirləndirilən şəxsin ittiham edildiyi cinayət işinə aidiyyətinin olmadığını bildirib. Odur ki, vəsatət baxılmamış saxlanılıb və təqsirləndirilən şəxsə, onun müdafiəçisinə bu vəsatətin gələcəkdə yenidən verilməsinin mümkünlüyü izah olunub.

Sonra Ermənistanın təcavüzkar müharibəsi və işğalçılıq siyasəti nəticəsində törədilmiş cinayət hadisələri zamanı zərər çəkənlər, habelə zərərçəkmişlərin hüquqi varisləri ifadə veriblər.

Zərərçəkmiş Azad Kərimovun hüquqi varisi – atası Zakir Kərimov ifadəsində bildirib ki, övladı Kəlbəcərdə Ermənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribat zamanı həlak olub.

Dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandıran zərərçəkmiş Akşin Nəsibovun hüquqi varisi Vasif Nəsibov övladının Ağdərə istiqamətində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin təxribatı nəticəsində həlak olduğunu deyib.

Zərərçəkmiş Yunis Kazımovun hüquqi varisi Qasım Kazımov ifadəsində bildirib ki, övladı Kəlbəcər istiqamətində düşmənin snayper atəşi nəticəsində həlak olub.

Zərərçəkmiş Kamran Hüseynovun hüquqi varisi - atası Namiz Hüseynov ifadəsində oğlunun Xankəndi-Şuşa yolunda düşmənin basdırdığı minanın partlaması nəticəsində həlak olduğunu deyib.

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandıran zərərçəkmiş Elşən Xankişiyevin hüquqi varisi Aidə Xankişiyeva övladının Xocalı istiqamətində düşmənin təxribatı zamanı həlak olduğunu söyləyib.

Zərərçəkmiş Cəmil Qurbanzadənin hüquqi varisi – atası Anar Qurbanov ifadəsində qeyd edib ki, övladı Laçın istiqamətində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin təxribatı zamanı həlak olub.

Zərərçəkmiş Əli Babazadənin hüquqi varisi – Rüstəm Babayev övladının Xankəndi istiqamətində düşmənin təxribatı nəticəsində həlak olduğunu bildirib.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarını cavablandıran zərərçəkmiş şəxs Toğrul Əliyevin hüquqi varisi Qızılgül Əliyeva ifadəsində övladının düşmənin törətdiyi təxribat nəticəsində Xocavənd rayonunda həlak olduğunu söyləyib.

Zərərçəkmiş şəxs İslam Dünyamalıyevin hüquqi varisi Gülşən Dünyamalıyeva ifadəsində bildirib ki, oğlu Ağdərə rayonunun Sırxavənd kəndində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin təxribatı nəticəsində həlak olub.

Zərərçəkmiş şəxs Nəzər Əzizovun hüquqi varisi – anası Cəmafət Əzizova oğlunun Kəlbəcərdə qarşı tərəfdən açılan snayper atəşi nəticəsində həlak olduğunu deyib.

Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandıran zərərçəkmiş Zöhrab Kərimovun hüquqi varisi – atası Azad Kərimov bildirib ki, övladı Laçında düşmən təxribatı nəticəsində həlak olub.

Zərərçəkmiş Məhəmməd Məmmədovun hüquqi varisi – atası Bilal Məmmədov övladının Kəlbəcərdə Ermənistan silahlı qüvvələrinin təxribatı zamanı həlak olduğunu söyləyib.

Dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandıran zərərçəkmiş Əbdülmətin İsmayılov deyib ki, Laçın rayonunda qarşı tərəfdən atılmış artilleriya mərmilərinin partlaması nəticəsində kəllə-beyin travması alıb və diz nahiyəsindən yaralanıb. Həmin vaxt Məhəmməd Hüseynov və Eltac Əhədov həlak olub, onun özündən başqa Kamal Bəhrəmov, Cavid Qurbanov, Əhəd Əsədullayev, Dilqəm Həsənov, Nicat Şükürov xəsarətlər alıblar.

Zərərçəkən Rəşad Ağayev ifadəsində bildirib ki, Ağdərə rayonunun Sırxavənd kəndi ərazisində düşmən tərəfindən atılan idarəolunan raket mərmisinin yaxınlığına düşərək partlaması nəticəsində xəsarət alıb. Həmin vaxt Vüsal Rüstəmov, Elvin Əliyev, Nihad Quluzadə, Əlibəy Əlibəyov, Ağami Əlişanov, Altun Əliyev həlak olub.

Paşa Abayev ifadəsində bildirib ki, Ağdam rayonunun Əliağalı kəndi ərazisində düşmən tərəfindən atılmış minaatan mərmisinin yaxınlığına düşüb partlaması nəticəsində xəsarət alıb.

Zərərçəkən Nəriman Kərimov ifadəsində bildirib ki, Xocavənd rayonu ərazisində düşmən tərəfindən atılan mərminin partlaması nəticəsində yaralanıb.

Elşən Zeynalov Ağdam rayonu ərazisində yerləşən düşmən tərəfindən atılmış artilleriya mərmisinin partlaması nəticəsində başının arxa nahiyəsindən qəlpə xəsarəti aldığını deyib.

Dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandıran zərərçəkən Fərid Həsənov düşmənin təxribatı nəticəsində Ağdərə istiqamətində yaralandığını söyləyib.

Mirzəli Mirzəyev düşmənin açdığı atəş nəticəsində Xankəndi istiqamətində ayağından yaralandığını deyib.

Zərərçəkən Şəhriyar Zamanov ifadəsində düşmənin açdığı atəş nəticəsində Ağdərədə kəllə-beyin travması və qəlpə yarası aldığını söyləyib.

Anar Abasov ifadəsində qeyd edib ki, Ağdam rayonunun Abdal-Gülablı kəndindəki dağlıq-meşəlik ərazidə Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən atılan minaatan mərmisinin partlaması nəticəsində xəsarət alıb.

Zərərçəkən Şirxan Hacıməmmədov ifadəsində bildirib ki, Laçın rayonu ərazisində Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində yaralanıb.

Bu zaman məhkəmədə təqsirləndirilən şəxs R.Vardanyan ifadə verən zərərçəkmişlərə sual ünvanlamağa başlayıb (xatırladaq ki, təqsirləndirilən şəxs əvvəlki məhkəmə prosesləri zamanı zərərçəkmiş şəxslərə sual vermirdi).

Təqsirləndirilən şəxs R.Vardanyanın sualına cavabında Ş.Hacıməmmədov qeyd edib ki, təxribat törədən Ermənistan silahlı qüvvələrinin hərbçiləri arasında Azərbaycanın vaxtilə işğal altında olmuş ərazilərində yaşamış və hərbi xidmət keçmiş şəxslər də olub.

Elvar Nəhmətzadə ifadəsində Ağdam rayonunun Abdal-Gülablı kəndindəki dağlıq-meşəlik ərazidə düşmənin atdığı minaatan mərmisinin partlaması nəticəsində xəsarət aldığını deyib.

Zərərçəkən Taleh Qurbanov ifadəsində qeyd edib ki, Xocalı rayonunun Xanabad kəndi ərazisində düşmən tərəfindən atılmış minaatan mərmisinin yaxınlığına düşüb partlaması nəticəsində Davud Qiyaslı və Ramin Məmmədov həlak olub, o, Mirəli Ağalarov və Pünhan Kazımov müxtəlif növ bədən xəsarətləri alıblar.

Zərərçəkən Amid Piriyev bildirib ki, Ağdam rayonu istiqamətində düşmənin atdığı artilleriya mərmisinin yaxınlığında partlaması nəticəsində yaralanıb.

Nəciməddin Ələsgərov qeyd edib ki, Ağdərə rayonunun Canyataq kəndi ərazisində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən atılan raket mərmisinin yaxınlığında partlaması nəticəsində kəllə-beyin travması alıb.

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin əməkdaşları ilə Ağdam rayonunun azad edilmiş Sarıcalı kəndində mina təmizlənməsi işlərinə cəlb olunduğunu deyən zərərçəkən Şöhrət Aslanov bildirib ki, idarə etdiyi nəqliyyat vasitəsi düşmənin basdırdığı minaya düşüb və nəticədə yaralanıb.

Zərərçəkən Nurlan Abışov ifadəsində bildirib ki, Ağdərə rayonunun Canyataq kəndi ərazisində düşmən tərəfindən atılan “F1” əl qumbarasının partlaması nəticəsində özü, Cavanşir Xəlilov və Pərviz Şirinov xəsarət alıblar.

Hüseyn Müseyibov Ağdərə rayonunda dağlıq-meşəlik ərazidə düşmənin atdığı minaatan mərmisinin yaxınlığında partlaması nəticəsində xəsarət aldığını söyləyib.

Zərərçəkən Bəxtiyar İsmayılov ifadəsində qeyd edib ki, Ağdərə rayonunda dağlıq-meşəlik ərazidə düşmən tərəfindən atılmış minaatan mərmisinin partlaması nəticəsində sol baldır nahiyəsindən xəsarət alıb.

Cəfər İsmayılov Xocalı rayonunun Xanabad kəndi ərazisində düşmən tərəfindən atılmış əl qumbarasının yaxınlığına düşüb partlaması nəticəsində yaralandığını deyib.

Telman Əhmədov ifadəsində bildirib ki, Xocalı rayonunun Xanabad kəndi ərazisində Ermənistan silahlı qüvvələrinin qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən atılmış minaatan mərmisinin yaxınlığına düşüb partlaması nəticəsində xəsarət alıb.

Digər zərərçəkənlər - Babək Əhmədli, Ömər Nəsirov, Nurlan İbrahimov, Cavid Süleymanov, Elvin Hüseynov, Əkbər Səfərov, Ramil Məmmədov, Rəşad Süleymanov, Namiq Əlizadə, Raqif Mirzəyev, Vüsal Əhmədov, Afər Hüseynov, Bayram Hüseynov Sərxan Mahmudov, Niyaz Niyazəliyev, Yasin Cəbrayılov, Ruslan Nurəliyev müxtəlif ərazilərdə Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin təxribatları nəticəsində yaralandıqlarını bildiriblər.

Zərərçəkmiş Əkbər Səfərov təqsirləndirilən Ruben Vardanyanın sualına cavabında deyib ki, həmin vaxt təxribatı törədən Ermənistan ordusu olub.

Bundan başqa, məhkəmə prosesinin gedişində Ruben Vardanyanın vəkili təqsirləndirilən şəxslə konfidensial görüş üçün imkan yaradılmasını xahiş edib. Məhkəmə vəsatəti təmin edib.

Məhkəmənin növbəti iclası sentyabrın 23-nə təyin olunub.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.

Ruben Vardanyan “Ermənistanın Baş naziri Nikol Paşinyanın, ATƏT-in Minsk qrupunun üzvlərinin və BQXK nümayəndələrinin dindirilməsini” məhkəmədən xahiş edib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şəki və Qaxda antiterror əməliyyatı zamanı şəhid olanların xatirəsi anılıb

Zelenski: ABŞ Prezidentinin köməyi ilə qışa qədər müharibə başa çata bilər

Tramp: Putin və Zelenski müharibənin başa çatmasını istəyirlər

Tramp Marko Rubionu rəsmi olaraq milli təhlükəsizlik müşaviri vəzifəsinə təsdiqləyib

Naxçıvanda avtomobil piyadaları vurub

ABŞ Prezidenti: İranla görüş çox yaxşı keçdi

Azərbaycan və Çex Respublikası Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb

Nazir müavini Yalçın Rəfiyev BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində bir sıra tədbirdə iştirak edib

Azərbaycanın xarici işlər naziri Nyu-Yorkda Cammu və Kəşmir üzrə Kontakt Qrupunun iclasında çıxış edib

Azərbaycanın daha iki veteran cüdoçusu qızıl medal qazanıb

Azərbaycan-İsveçrə münasibətlərinin perspektivləri müzakirə edilib

“Qarabağın paleolit abidələri müasir tədqiqatlarda” mövzusunda məruzə dinlənilib

Tədqiqatçı: Alban kilsə tikililərində belə yazılara rast gəlinmir

Babək rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişi dayandırılacaq

Azərbaycan və Cibuti xarici işlər nazirləri Nyu-Yorkda müzakirələr aparıb

Şəhid jurnalistlərin xatirəsinə həsr edilən ənənəvi minifutbol turnirinin püşkü atılıb

Azərbaycana uçuşlar həyata keçirən İran aviaşirkətlərinə bilet alanlara müraciət olunub

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

Azərbaycan millisinin futbolçusu: Tacikistanla oyuna ciddi hazırlaşmışıq

Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir

Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır

Rəcəb Tayyib Ərdoğan: Azərbaycan və Ermənistan arasında daimi sülhün bərqərar olmasını arzulayırıq

UNEC-də 27 Sentyabr – Anım Gününə həsr olunan tədbir keçirilib

Donald Tramp Danimarka və Qrenlandiya rəhbərləri ilə təhlükəsizlik sazişi imzalayıb

Bu saata olan əsas xəbərlər  

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

Bakıda yerləşən ali təhsil müəssisələrində bu həftə tədris distant təşkil olunacaq

Cavad Cavadlının 100 illiyinə həsr edilmiş kitabın təqdimatı olub

“Yeni qala” konsert kompleksinin açılışı olub

Ayxan Abbasov: Bu hazırlığımızı qarşıdakı üç oyun üzərində quracağıq

BMT-nin Baş katibi: İqlim təhlükələri realdır, lakin ümid də var

Antonio Quterreş Yaxın Şərqdə atəşkəsə və humanitar yardımları bərpa etməyə çağırıb

Tramp Beynəlxalq Cinayət Məhkəməsinə üzv ölkələri qurumdan rəsmən çıxmağa çağırıb

Voleybol üzrə Azərbaycan çempionatlarının təqribi start tarixi bəlli olub

İran Prezidentinin təyyarəsi Əlcəzairdə texniki eniş edib

ABŞ Prezidenti: Ukrayna müharibəsi düşündüyümüzdən daha tez başa çatacaq

Doğma yurda qayıdan Kərkicahan sakini: Bu gün bizim ən xoş günümüzdür

Azərbaycana uçuşlar həyata keçirən İran aviaşirkətlərinin reysləri dayandırılır

Kişi qiyafəsinə girərək məşq edən əfqanıstanlı velosipedçi qadın Asiya Oyunlarında medal qazanıb

Tramp: ABŞ və Venesuela dünya neftinin 60 faizindən çoxuna sahibdir

Donald Tramp: Azərbaycan Prezidenti bildirdi ki, 6 ayda möcüzə yaratmışam

Fərid Hüseyn: Nizami Gəncəvi və Seyid Yəhya Bakuvi irsi hər nəsil üçün yeni düşüncə imkanları yaradır

ABŞ Prezidenti: İranın nüvə silahına sahib olmasına heç vaxt icazə verməyəcəyəm

Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının açılışında iştirak edib

Formula 1 Azərbaycan Qran-Prisinə son 2 gün: Bakı sürət yarışına hazırdır VİDEO

Formula 1 Azərbaycan Qran-Prisinə son 2 gün: Bakı sürət yarışına hazırdır VİDEO

Azərbaycanın innovasiya və startap ekosistemi Daşkənddə təqdim olunacaq

Tramp: Amerika geri qayıdıb və əvvəlkindən daha güclüdür

Azərbaycan XİN: Tsxinvali bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri”nin nəticələrini tanımırıq

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibi Mətanət Rzazadə ilə MÜSAHİBƏ VİDEO

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibi Mətanət Rzazadə ilə MÜSAHİBƏ VİDEO

Fransa və ABŞ Hörmüz boğazına dair qətnamə hazırlayır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Müşavirə dağ-mədən və metallurgiya sektoruna dövlət dəstəyinin artırılmasına imkan verəcək - ŞƏRH

Minsk qrupunun sonunu gətirən “silah” – TƏHLİL

Azərbaycanda xalça istehsalı 48 dəfə, ixracı isə 4,4 dəfə artıb – QRAFİK

Londonda Formula 1 azarkeşləri Azərbaycan Qran-Prisi barədə nə düşünürlər?  VİDEO

Londonda Formula 1 azarkeşləri Azərbaycan Qran-Prisi barədə nə düşünürlər?  VİDEO

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin açılış mərasimi olub VİDEO

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin açılış mərasimi olub VİDEO

BMT-nin Baş katibi: Afrikanın daimi təmsil olunmadığı Təhlükəsizlik Şurası ədalətsizdir

Quterreş: Şəbəkələşmiş gələcəyin qurulması super dövlətlərin müəyyən hədlərin mövcudluğunu qəbul etməsi ilə başlayır

IMO nümayəndəsi: Mülki gəmilərə hücumlar səbəbindən Qara dənizdə gəmiçilik demək olar dayanıb

Regionların inkişafı davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir - ŞƏRH

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı təhsil sistemi üçün yeni kadr gündəliyi formalaşdırır – ŞƏRH

Bir zamanlar ekranda heyranlıqla izlədiyi döyüşçülər kimi oldu - 19 yaşlı şəhid Seymur Əzizalıyev

® “Samsung Micro RGB”: yeni nəsil arxa işıqlandırma texnologiyası nə verir?

Tacikistan yığmasının baş məşqçisi: Bizi Azərbaycan millisi ilə maraqlı oyun gözləyir

Azərbaycan və Malayziya mərkəzi bankları mühasibat uçotu təcrübələrini bölüşüb

Azərbaycan ilə Almaniya enerji əməkdaşlığının genişləndirilməsini dəyərləndirib

Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

Süni intellekt müəllimin köməkçisi ola bilərmi?

Qafqaz Albaniyasının xristian irsi Azərbaycanın qədim dövlətçilik tarixinin ayrılmaz hissəsidir ŞƏRH

“ADEX-2026” sərgisində iştirak edəcək ölkələrin və şirkətlərin sayı artıb

III Beynəlxalq Opera Festivalı çərçivəsində konsertlər davam edir

Azərbaycan və Gürcüstanın regionları arasında əməkdaşlığın genişləndirilməsi imkanları araşdırılır

Moldova hökuməti Dnestr çayının dayazlaşması ilə əlaqədar fövqəladə vəziyyətin tətbiqini təsdiqləyib

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Türkiyə nümayəndə heyəti ilə görüşüb

BMT ekspertləri süni intellekt üzərində nəzarətin itirilməsi barədə xəbərdarlıq ediblər

Deputat: Azərbaycana qarşı aparılan kampaniyanın dirijoru Ermənistan hakimiyyətidir

“Mançester Yunayted”in sabiq futbolçusu Rusiya klubları ilə danışıqlar aparır

Böyük Zəfərin əbədi qəhrəmanları - Ədəbiyyat Muzeyində elmi seminar

AXA sədri Ağcabədidə vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Vənglidə görmədiyiniz məkanlar – Xaçınçayın sahilindən REPORTAJ VİDEO

Vənglidə görmədiyiniz məkanlar – Xaçınçayın sahilindən REPORTAJ VİDEO

Avropada qazın qiyməti 3 həftənin minimumuna enib

“ASAN xidmət”in Kambocada tətbiqi ilə bağlı işlər sürətləndirilir

Stokholmda bir milyon kron dəyərində park skamyaları oğurlanıb

“Gümüşü Dost”: Yaşlıların təcrübəsi könüllülükdə VİDEO

“Gümüşü Dost”: Yaşlıların təcrübəsi könüllülükdə VİDEO

Qafqaz Albaniyasının heykəltaraşlıq nümunələri: ideya və inancların simvolu

“Sumqayıt” basketbolçusu ilə yeni müqavilə imzalayıb

BDU-da Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Akademiyası yaradılıb

Teatr tarixində ilk: Tamaşalarımız Türkiyənin ən böyük sənət vəqfi tərəfindən mükafatlandırılacaq

Parlamentin Gənclər və idman komitəsinin ötən sessiyada görülmüş işləri qənaətbəxş hesab olunub

Cəlilabadda bədbəxt hadisə baş verib

Telman İbrahimov: Qafqaz Albaniyasında heykəltaraşlıq ənənələrinin kökləri qədim dövrlərə gedib çıxır

İlqar Fəhmi: Nizami yaradıcılığının təbliği, gənc nəslə çatdırılması mühüm əhəmiyyət daşıyır

Alimlər Marsın erkən dövründə suyun mürəkkəb tarixini üzə çıxarıblar

Elm Fondunun qrant dəstəyi Qafqaz Albaniyasının maddi-mədəni irsinin tədqiqinə yeni imkanlar yaradır

Ekspert: Paytaxtın mərkəzdən kənarlara doğru genişləndirilməsi və inkişaf etdirilməsi həyata keçirilməlidir

Diplomatların Qarabağa səfərinə Ermənistanın reaksiyası sülh ritorikası ilə reallıq arasındakı ziddiyyətdir ŞƏRH

Yunanıstan Egey dənizinin cənub-şərqində dron uçuşlarını qadağan edib

Naxçıvanda reabilitasiya mərkəzinə mediatur təşkil olunub VİDEO

Naxçıvanda reabilitasiya mərkəzinə mediatur təşkil olunub VİDEO

Dövlət katibi: ABŞ Səudiyyə Ərəbistanı qarşısındakı müdafiə öhdəliklərini yerinə yetirəcək

Xaçmazda oğurluq edən şəxs saxlanılıb