Ağcabədidə baş verən yol qəzasında sürücü ölüb VİDEO
Ağcabədi, 16 noyabr, AZƏRTAC
Ağcabədi şəhərinin Səməd Vurğun küçəsində yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Opel” markalı minik avtomobili “VAZ-2106” və “Mercedes” markalı avtomobillərlə toqquşub. Qəza nəticəsində “VAZ-2106”nın sürücüsü hadisə yerində ölüb. Bir nəfər isə xəsarət alaraq Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.