Bu il ilk dəfə Qarabağ Universitetinin tələbələri STEAM Azərbaycan festivalında iştirak edirlər VİDEO
Bakı, 17 noyabr, AZƏRTAC
Bu il ilk dəfə Qarabağ Universitetinin tələbələri STEAM Azərbaycan festivalında (SAF 2025) iştirak edərək innovativ sərgilərdə yarışırlar.
AZƏRTAC xəbər verir ki, bu fikirləri “STEAM Azərbaycan” layihəsinin rəhbəri İqrar Nəzərov SAF 2025-in açılışında deyib. O bildirib ki, ötən il isə ilk dəfə Şuşa 1 nömrəli məktəbin şagirdləri festivala qoşulmuşdu: “Bu il festival ən çox yarış kateqoriyası və iştirakçısı ilə fərqlənir. Çilov adasında 131 nömrəli orta məktəb Xəzər dənizində yerləşir və ən yaxın quru limandan 70 kilometr məsafədədir. Bu il həmin məktəbdə Elm və Təhsil Nazirliyinin əmri ilə və SOCAR-ın dəstəyi ilə STEAM layihələrinin tətbiqinə başlanılıb. Məktəb avadanlıqla tam təchiz olunub və təlimçilər helikopterlə adaya ezam olunub”.