Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Merlər Razılaşması – Şərq Tərəfdaşlığı” təşəbbüsü Azərbaycanda yerli iqlim fəaliyyəti barədə məlumatlılığı artırır VİDEO

Bakı, 10 fevral, AZƏRTAC

Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən “Merlər Razılaşması – Şərq Tərəfdaşlığı” Azərbaycanda, yerli iqlim və enerji fəaliyyəti üzrə ən böyük təşəbbüslərdən birinə qoşulmağı nəzərdən keçirən bələdiyyələr üçün mövcud imkanları haqqında maarifləndirici tədbirlər təşkil edib.

AZƏRTAC xəbər verir ki, tədbir bələdiyyələrin, habelə milli qurumların təxminən 100 nümayəndəsini bir araya gətirib.

Görüşlər Avropa İttifaqının məlumatlı yerli iqlim və enerji öhdəliklərinin dəstəklənməsinə yönəlmiş daha geniş səyləri çərçivəsində, yerli enerji səmərəliliyini, iqlimə davamlılığı və dayanıqlı inkişafı gücləndirmək istəyən şəhərləri bir araya toplayıb.

Görüşlərin əsas məqsədi potensial qoşulmaq istəyən tərəflərə “Merlər Razılaşmas”ına üzvlüyün praktikada nə demək olduğunu aydın şəkildə izah etməkdən ibarətdir. “Merlər Razılaşması – Şərq Tərəfdaşlığı” komandası təşəbbüsü haqqında məlumat və şəhərlər üçün mövcud olan konkret dəstək mexanizmlərini təqdim edib. Bu dəstəyə Dayanıqlı Enerji və İqlim üzrə Fəaliyyət Planlarının hazırlanması üzrə metodiki vasitə, irəliləyişin izlənilməsi üçün alətlər, layihə dəstək xidməti, potensialın artırılması fəaliyyətləri, eləcə də iqlim layihələrinin icrasına yönəlmiş texniki dəstək daxildir.

Şəki bələdiyyəsinin sədr müavini Səyyarə Musayeva, Mingəçevir Şəhər Bələdiyyəsinin sədri Anar İsmayılov və Moldovanın Ceadir-Lunqa şəhərinin meri Anatoli Topal “Merlər Razılaşması” təşəbbüsünə qoşulma üzrə öz təcrübələrini bölüşüblər.

Azərbaycanda “Merlər Razılaşması”nda iştirak artıq konkret nəticələr verib. Mingəçevir ölkədə “Merlər Razılaşması – Şərq Tərəfdaşlığı” tərəfindən Dayanıqlı Enerji və İqlim üzrə Fəaliyyət Planının (SECAP) hazırlanması üçün dəstək alan ilk şəhər olub və bu, yerli iqlim və enerji planlaşdırması üçün zəmin yaradıb. Həm Mingəçevir, həm də Şəki üçün təşəbbüs bələdiyyə obyektlərində enerji auditlərinin aparılmasına dəstək göstərib və hazırda şəhərlərə maliyyələşmə mənbələrinin tapılması istiqamətində kömək edir.

Şəkidə bu dəstək, həmçinin “Mounting Adapt” proqramı çərçivəsində konkret layihə üçün maliyyənin cəlb olunmasına imkan yaradıb. Bundan əlavə, “Merlər Razılaşması – Şərq Tərəfdaşlığı” yerli maraqlı tərəflərin cəlb olunmasına və ictimai məlumatlılığın artırılmasına töhfə verən “Enerji Günləri”nin təşkili prosesini də dəstəkləyib.

Bununla yanaşı, Energetika Nazirliyinin ekspertləri Şəkiyə təşkil olunan səfər zamanı “Merlər Razılaşması – Şərq Tərəfdaşlığı” ekspertlərini müşayiət edərək, qarşılıqlı təcrübə mübadiləsini praktiki öyrənmə ilə birləşdiriblər. Proqram çərçivəsində kiçik su elektrik stansiyası, ənənəvi su dəyirmanları və seçilmiş tarixi abidələr kimi yerli enerji və mədəni irs obyektlərinə səfərlər həyata keçirilib, iqlim, enerji və mədəni dəyərlərin dayanıqlı yerli inkişafa inteqrasiyası yolları yerində qiymətləndirilib.

Tədbirdə çıxış edən Avropa İttifaqının Azərbaycandakı səfiri Mariyana Kuyundziç iqlim və enerji sahəsində konkret nəticələrin əldə olunmasında şəhərlərin rolunu vurğulayıb və bələdiyyələri təşəbbüsə qoşulmağa dəvət edib.

“Azərbaycanın daha çox bələdiyyəsini iqlim dəyişikliyi ilə mübarizə aparan və vətəndaşları üçün daha yaxşı gələcək təmin etməyə çalışan Avropanın ən böyük yerli hökumətlər hərəkatına qoşulmağa dəvət etməkdən məmnunam. Artıq təxminən 12 000 yerli hakimiyyət orqanı Aİ-nin iqlim baxımından neytral, dayanıqlı və hər kəs üçün ədalətli gələcək vizyonuna uyğun olaraq enerji və iqlim sahəsində könüllü öhdəliklər götürüb. Həmçinin qürur duyuram ki, Aİ Azərbaycanın qoşulmuş bələdiyyələrini təlimlər və metodoloji dəstək, xüsusi texniki yardım, qabaqcıl təcrübələr, eləcə də təcrübə mübadiləsi, şəbəkələşmə və məlumatlılığın artırılması vasitəsilə dəstəkləyir”, – deyə səfir Mariyana Kuyundziç bildirib.

Azərbaycanın dayanıqlı inkişaf gündəliyində enerji səmərəliliyinin əsas istiqamətlərdən biri olduğunu və bu siyasətin real nəticələrə çevrilməsində yerli səviyyədə atılan addımların mühüm rol oynadığını vurğulayan Energetika Nazirliyinin Enerji Səmərəliliyi şöbəsinin müdiri Cavid Mikayılov bildirib ki, “Merlərin Razılaşması – Şərq Tərəfdaşlığı” təşəbbüsü enerji səmərəliliyi sahəsində bələdiyyələr üçün icra mexanizmləri təqdim edən mühüm platformadır. Energetika Nazirliyi bu imkanlardan səmərəli istifadə olunması istiqamətində yerli özünü idarəetmə orqanlarını dəstəkləməyə davam edəcək.

“Merlər Razılaşması-Şərq Tərəfdaşlığı” təşəbbüsünün komanda rəhbəri Kristof Frerinq qeyd edib ki, tədbirlərin əsas məqsədi şəhərləri məlumatlı qərar qəbul etmək üçün zəruri biliklərlə təmin etməkdir.

“Azərbaycandan marağın artdığını müşahidə edirik. Bizim rolumuz bələdiyyələrin təşəbbüsə qoşulub-qoşulmamaq və bunu hansı şəkildə etmək barədə qərar vermələri üçün aydın məlumat, praktiki alətlər və real nümunələr təqdim etməkdir”, – deyə Kristof Frerinq vurğulayıb.

“Merlər Razılaşması – Şərq Tərəfdaşlığı” təşəbbüsü Azərbaycanda yerli iqlim fəaliyyəti barədə məlumatlılığı artırır VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Badri Naçkebiya: Azərbaycanın tarixi qələbəsi region üçün müstəsna əhəmiyyət kəsb edən böyük zəfərdir

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Anım Günü: Gənclərin milli yaddaş və dövlətçilik qarşısında məsuliyyəti

Füzulidə Anım Gününə həsr olunan sərgi açılıb

Şəhidlərin xatirəsi Brüsseldə anılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər

Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb

Kürşad Zorlu: Şəhidlərimizin qəhrəmanlığı millətimizin yaddaşında daim yaşayacaq

Füzulidə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Sumqayıt teatrında Anım Günü ilə əlaqədar “Ölməz” tamaşası təqdim edilib

Vahid uşaqlıqdan ətrafına sevinc və enerji bəxş edirdi – şəhid anası

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

“AzərEnerji" və "Azərişıq" ASC-lərin kollektivi şəhidlərin xatirəsini anıb