Səyyah: Zəngəzur dəhlizi bizim üçün xüsusi maraq kəsb edir VİDEO
Bakı, 25 mart, AZƏRTAC
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "NomadMania" klubunun təsisçisi və rəhbəri Hari Mitsidis deyib.
Əvvəllər yerləşmə imkanının məhdudluğu səbəbindən bəzi yerləri daha dərindən tanımaq imkanı əldə edə bilmədiklərini deyən britaniyalı səyyah artıq məsələnin tam həll olunduğunu bildirib. “İndiyədək biz həmişə iki gecə qalırdıq, amma Qarabağın özündə deyil, ətraf ərazilərdə. Uyğun yerləşmə imkanları yox idi, bəzən hərbi düşərgədə qalmalı olurduq. Bu dəfə səfər daha qısa olsa da, daha rahat keçə bilər, çünki hotellərdə qalacağıq. Marşrut baxımından bir çox yerləri görmüşük, amma Xankəndini yetərincə yaxından tanımamışıq. Ümid edirəm ki, bu dəfə oralara daha ətraflı baxmaq imkanı olacaq. Zəngəzur dəhlizi isə bizim üçün xüsusi maraq kəsb edir və şəxsən mənim ən çox diqqət yetirdiyim məkanlardan biridir", - deyə səyyah əlavə edib.