Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakının mərkəzində malikanə: Atanın oğluna etdiyi toy hədiyyəsini memarlıq nümunəsinə çevirən nə olub? - FOTOLAR VİDEO

Bakı, 21 aprel, AZƏRTAC

XIX əsrin sonu – XX əsrin əvvəllərində Bakıda baş vermiş “neft bumu” şəhərin memarlıq simasını bu sahədə uğur qazanmış milyonçuların möhtəşəm malikanələri ilə zənginləşdirib. Qısa dövr ərzində şəhərin mərkəzi hissəsində Bakının “Qızıl fondu”nu təşkil edən yüzlərlə gözəl binalar tikilib. Memarlıq şah əsərləri qalereyasında üç küçənin - Qoqol küçəsi, 28-in, Vidadi küçəsi, 148-in və Bəşir Səfəroğlu küçəsi, 189-un kəsişməsində yerləşən Aşurbəyovlar ailəsinin malikanəsi xüsusi yer tutur.

Atadan oğula toy hədiyyəsi

AZƏRTAC Şamil Fətullayev-Fiqarovun “Bakı memarları XIX əsrin sonu - XX əsrin əvvəlində”, “Bakının Memarlıq Ensiklopediyası”, Elçin Əliyevin “Bakı memarlığı fotorəsmlərdə və açıqcalarda” nəşrlərinə istinadla xəbər verir ki, bu əzəmətli üçmərtəbəli binanın tarixi xoş bir hadisə ilə bağlıdır. Milyonçu Teymur bəy Aşurbəyovun oğlu Bala bəyə toy hədiyyəsi olaraq tikdirdiyi bina həmin dövrün ən məşhur mühəndislərindən biri olan İosif Vikentiyeviç Qoslavski tərəfindən layihələndirilib. Aşurbəyovların evi görkəmli memarın sonuncu işi və yaradıcılığının ən yaxşı nümunələrindən biridir.

Üç küçəyə baxan, iki gümüşü günbəzi və fasadında venzel olan ev-saray... Rahat həyət, geniş mənzillər, otaqların, interyerlərin zənginliyi, rəsmlərlə bəzədilmiş pilləkən qəfəsləri... Bu saray üslublu bina XX əsrin əvvəllərinə aid memarlıq abidəsi kimi şəhərin ən yaxşı tikililərinə aid edilir.

Məlumatlara görə, açıqürəkli və səxavətli insan olan Teymur bəy bir dəfə bahalı xalça, əntiq və zinət əşyalarının ticarəti sahəsində çalışan, Gürcüstanın Tbilisi şəhərində yaşayan, soyadı Sultanov olan dostunun qızını - İsməti görür. O, qızı həddi-buluğa çatandan sonra kiçik oğlu Bala bəylə evləndirmək istədiyini bildirir. Teymur bəy bir neçə ildən sonra həmin oğlunu Tbilisiyə oxumağa göndərir. Orada İsmət xanım Sultanova ilə tanış olan Bala bəy onunla evlənmək qərarına gəlir. Teymur bəy oğlunun Tbilisidə təhsil aldığı dövrdə onlara toy hədiyyəsi olaraq möhtəşəm bir ev tikdirir. Toy isə əvvəl Tbilisidə, bir neçə gün sonra Bakıda təşkil edilir.

Peşəkar memardan möhtəşəm əsər

Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun elmi işçisi Elçin Əliyev AZƏRTAC-a açıqlamasında Teymur bəy Aşurbəyovun bədii-estetik cəhətdən gözəlliyə fərqli yanaşma nümayiş etdirən milyonçulardan biri olduğunu deyib. O bildirib ki, Teymur bəy binanı 1902-ci ildə İ.V.Qoslavskiyə sifariş verib: “Qoslavski Bakı memarlığında öz sözünü demiş, həm də paytaxtımızın 12 il baş memarı olmuş bir mütəxəssis idi. Onun Rusiyanın Sankt-Peterburq şəhərində təhsil alması və bütün memarlıq üslublarına dərindən bələd olması bu cür möhtəşəm binanın ərsəyə gəlməsinə xidmət edib. Həmin malikanənin məkan etibarı ilə Bakıda yerləşməsi Qoslavskinin binanın üslubunda eklektikaya daha çox üstünlük verməsinə gətirib çıxarıb. Bu, bir neçə üslubun qarışığı, sintezidir. O, Şərq memarlığı, modernizm, qotika, borokko üslublarını cəmləyərək belə bir əsəri ortaya çıxarıb. Onun memarı olduğu bina sırf Bakı memarlığını, şəhərin simasını təmsil edib”.

Elçin Əliyev vurğulayıb ki, eklektikada əsas şərt binaların simmetriya prinsipinə tabe olmasıdır. “Binanın pəncərə və balkonlarının sayı simmetriya tələblərinə cavab verir. Malikanənin içərisində freskalarla bəzədilmiş foye var. Binanın daxili həyəti də mövcuddur. Həmçinin eyvanlar qalereya tiplidir. Binanın dəmir-beton konstruksiyalarında ən keyfiyyətli materiallardan istifadə olunub. Şəhərsalma nöqteyi-nəzərdən “Künc memarlığı” deyilən bir anlayış var. Burada küçələrin kəsişməsində “Künc memarlığı” ilə kompozisiya çox gözəl həll olunub. Bu da Qoslavskinin peşəkar memar olmasından xəbər verir. Qısacası, Qoslavskinin peşəkarlığı nəticəsində bu gün hər kəsin gözünü oxşayan bir əsər meydana çıxıb. Bu cür əsərləri tarix boyu qorumalıyıq”, - deyə o diqqətə çatdırıb.

Bakının mədəni həyatında mühüm rol oynayan məkan

Qeyd edək ki, binanın birinci mərtəbəsində Aşurbəyovların neft şirkətlərinin baş ofisi və bir gürcü həkimin həyat yoldaşı ilə yaşadığı mənzil yerləşib. İkinci mərtəbədəki 12 otaqlı mənzildə Bala bəy ailəsi ilə birlikdə yaşayıb. Onun qızlarından biri, məşhur Azərbaycan tarixçisi Sara Aşurbəyova da orada anadan olub. Üçüncü mərtəbədə isə Teymur bəy Aşurbəyov həyat yoldaşı Tutu xanım və böyük oğlu Əli bəy ilə birlikdə yaşayıb.

Aşurbəyovların evi həm də şəhərin mədəni həyatında mühüm rol oynayan məkan olub. Bu malikanədə təşkil edilən ziyafətlərə şəhərin kübar dairələrinin nümayəndələri və yaradıcı elitası toplaşıb.

Qeyd edək ki, hazırda bu tikilidən yaşayış binası kimi istifadə olunur.

Müxbirlər – Göyçək Mahmudlu, Aydan Əmirova, Ləman Şükürlü
Fotoqraf – Orxan Kərimov
Videooperator – Mirrəsul Cəfərov

 

Bakının mərkəzində malikanə: Atanın oğluna etdiyi toy hədiyyəsini memarlıq nümunəsinə çevirən nə olub? - FOTOLAR VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub

Azərbaycan və Böyük Britaniya əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yeni işçi qrupları yaradacaq

ADA Universitetində Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə III İllik Simpozium təşkil edilib

YAP-ın VIII Qurultayı suverenliyin tam bərpasından sonra ilk qurultaydır – ŞƏRH

Sumqayıtın Şəfəq qəsəbəsində tikilidə yanğın baş verib

Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik

Komitə sədri: Ölkəmizdə korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni mərhələyə keçib

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

Azərbaycan Prezidenti: COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik

KOSMİK Akademiya Beynəlxalq Kosmik Təhsil Şurasının görüşündə iştirak edib

2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına

Azərbaycanın əmək və sosial müdafiə sahəsində rəqəmsal təcrübəsi İƏT ölkələri ilə paylaşılıb

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir VİDEO

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir VİDEO

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Nazir müavini Kənan Kərimzadə Qəbələdə vətəndaşların müraciətlərini dinləyəcək

Qırğızıstanda “kəsilmiş hər bir ağaca görə beş ağac” qaydasının tətbiqi təklif edilir

Festival iştirakçıları: Şəkidə sənətə və tarixi ənənələrə böyük dəyər verilir VİDEO

Festival iştirakçıları: Şəkidə sənətə və tarixi ənənələrə böyük dəyər verilir VİDEO

Bakı Limanı: Super infrastrukturun inkişafı ilə bağlı çağırışlar logistika şirkətlərinə də aiddir

Ramil Məmmədli: Azərbaycan Ordusunun gücü ilə əldə edilən Zəfər dövlətin quruculuq siyasəti ilə möhkəmləndirilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında Azərbaycan məktəbliləri 3 medal qazanıblar

“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər

Britaniyalı nazir: Azərbaycan məlumat infrastrukturu üzrə iddialı planlar həyata keçirir

Ceyhun Bayramov ABŞ rəsmisini regional məsələlər barədə məlumatlandırıb