bp-nin vitse-prezidenti: Gələn il “Üstyurt” layihəsi üzrə ilk kəşfiyyat quyusunun qazılması nəzərdə tutula bilər – EKSKLÜZİV VİDEO
Bakı, 5 oktyabr, AZƏRTAC
Özbəkistanda “Üstyurt” layihəsi üzrə seysmik işlər yekunlaşıb. Seysmik məlumatların, dataların interpretasiyası həyata keçirilir. Gələn il ərzində hər şey uğurlu şəkildə davam edərsə, hətta ilk kəşfiyyat quyusunun qazılması da nəzərdə tutula bilər.
Bunu AZƏRTAC-a müsahibəsi zamanı bp-nin Xəzər, Mərkəzi Asiya və Türkiyə regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.
O qeyd edib ki, Azərbaycanda dövlət və hökumət orqanları, eləcə də SOCAR ilə formalaşmış münasibətlər, bp-yə SOCAR-la birgə digər ölkələrdə də fəaliyyət göstərmək üçün ciddi imkanlar yaradır.
“Çox sevindirici haldır ki, bu istiqamətdə artıq ciddi addımlar atılıb və Xəzər hövzəsinin əhatəsində olan ölkələrdə, o cümlədən Özbəkistanda birgə layihəyə qoşulmuşuq. “Üstyurt” layihəsində SOCAR operator qismində çıxış edir. SOCAR ilkin olaraq müqaviləni imzaladı, daha sonra cari ilin may ayında biz də bu layihəyə qoşulduq”, - deyə bp-nin Xəzər, Mərkəzi Asiya və Türkiyə regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti qeyd edib.
Müsahibənin tam versiyası az sonra AZƏRTAC-da dərc olunacaq.