Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bəxtiyar Aslanbəyli: Biz AÇG-dən hasilatın uzunmüddətli davamlılığına yeni texnologiyalarla nail olmağa çalışırıq – MÜSAHİBƏ VİDEO

Bəxtiyar Aslanbəyli: Biz AÇG-dən hasilatın uzunmüddətli davamlılığına yeni texnologiyalarla nail olmağa çalışırıq – MÜSAHİBƏ VİDEO

Bakı, 5 oktyabr, AZƏRTAC

Azərbaycanın enerji sektorunda 30 ildən çoxdur ki, həyata keçirilən layihələr ölkənin iqtisadi inkişafında, enerji təhlükəsizliyinin təmin olunmasında və regional enerji xəritəsində mövqeyinin formalaşmasında mühüm rol oynayıb. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” ilə əsası qoyulan yeni neft strategiyası sonrakı illərdə “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” kimi iri layihələrin reallaşdırılması, Azərbaycanın neft və qaz ixracatçısına çevrilməsi, enerji infrastrukturunun genişləndirilməsi və yeni texnologiyaların tətbiqi ilə davam edib. Eyni zamanda, SOCAR və bp tərəfdaşlığının Xəzər hövzəsindən kənara — Mərkəzi Asiya regionuna genişlənməsi Azərbaycanın regional enerji habı kimi nüfuzunu daha da gücləndirib.

İndi isə sektor qarşısında başqa çağırışlar dayanır. Uzun illər hasilatda olan yataqlarda təbii azalmanın idarə edilməsi, yeni ehtiyatların işlənməsi, hasilatın səmərəliliyinin artırılması və bərpaolunan enerjinin enerji balansındakı payının genişləndirilməsi növbəti mərhələnin əsas istiqamətlərindəndir.

AÇG-də hasilatın gələcək dinamikası, “Şahdəniz”in uzunmüddətli perspektivi, “Şahdəniz Kompressiya” layihəsinin gözləntiləri, Cəbrayıldakı “Şəfəq” Günəş Elektrik Stansiyasının icrası, Mərkəzi Asiyada yeni imkanlar və Azərbaycanın qarşıdakı 10–15 ildə enerji sektorunda gözlənilən mövqeyi ilə bağlı bp-nin Xəzər, Mərkəzi Asiya və Türkiyə regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik:

- “Əsrin müqaviləsi”nin Azərbaycan üçün ən mühüm və uzunmüddətli nəticələrini necə qiymətləndirirsiniz? Həmçinin bp-nin bu prosesdəki rolunu və Azərbaycanla tərəfdaşlığının şirkət üçün hansı əhəmiyyət daşıdığını necə xarakterizə edərdiniz?

- Birinci növbədə qeyd edim ki, "Əsrin müqaviləsi" əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş yeni dövr neft və qaz strategiyasının həm başlanğıc nöqtəsi, həm də şah əsəridir. "Əsrin müqaviləsi" sonralar imzalanacaq bir sıra neft və qaz müqavilələrinin əsasını qoymaqla, Azərbaycana investorların və sərmayədarların etibarını yaratmaqla yeni bir səhifənin başlanğıcı oldu. "Əsrin müqaviləsi" bu illər ərzində Azərbaycanda yeni neft-qaz standartlarının, yeni texnologiyaların bərqərar olmasına səbəb oldu. "Əsrin müqaviləsi", eyni zamanda, neft-qaz sektorunda təchizat zəncirinin milliləşməsinə, yerli kadrların formalaşmasına səbəb oldu ki, bu gün həmin yerli kadrlar nəinki Azərbaycanda, digər neft-qaz və enerji şirkətlərində, eyni zamanda, bir sıra ölkələrdəki beynəlxalq neft-qaz layihələrində də çox uğurlu şəkildə fəaliyyət göstərirlər. Yəni "Əsrin müqaviləsi" bütövlükdə Azərbaycanın neft-qaz sənayesinin yenidən formalaşmasına, yeni keyfiyyət mərhələsinə qədəm qoymasına səbəb oldu. Həmçinin bu illər ərzində kifayət qədər ciddi nəticələr əldə olundu.

1997-ci ilin noyabrında ilk quyudan əldə olunmuş hasilatdan başlayaraq bu il iyulun 1-nə qədər "Əsrin müqaviləsi" üzrə təxminən 4,6 milyard bareldən artıq neft hasil olunub. Bu illər ərzində təxminən 63 milyard kubmetr “Azəri-Çıraq-Günəşli” səmt qazı dövlətə təhvil verilib. Bu layihənin əhəmiyyətli xüsusiyyətlərindən biri də ondan ibarət idi ki, neftlə bərabər çıxan səmt qazı kommersiya qazı kimi nəzərdən keçirilmədi və müqavilədə tam olaraq Azərbaycan dövlətinə təhvil verilməsi şərti var. Bunun nəticəsində 63 milyard kubmetr qaz Azərbaycan dövlətinə təhvil verilib. Müqayisə etsək görərik ki, bu, ayrıca bir layihə həcmində əldə olunan qaz ehtiyatları qədərdir.

Bu il biz "Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümünü qeyd etdik. 2017-ci il sentyabrın 14-də "Əsrin müqaviləsi"nin müddəti daha da uzadıldı və nəticə etibarilə saziş artıq 2049-cu ilin sonuna qədər qüvvədədir. Müqavilənin yenilənməsindən sonra - 2019-cu ildə “Azəri-Mərkəzi-Şərqi” (ACE) layihəsinə də sanksiya verildi, bu layihə üzrə yeni platforma quruldu və artıq fəaliyyətdədir. Nəticə etibarilə, bu gün AÇG layihəsi əvvəldən mövcud olan, sonradan bərpa edilən bir platforma - “Çıraq” platforması, eləcə də yenidən qurulmuş və tamamilə sıfırdan inşa edilmiş daha 8 platforma əsasında fəaliyyət göstərir, hasilat davam edir.

2026-cı il iyulun 1-nə "Əsrin müqaviləsi" üzrə AÇG-də 150 hasilat quyusu, 51 su injektor quyusu və 11 qaz injektor quyusu fəaliyyət göstərir. Bütövlükdə bu layihə üzrə təxminən 47 milyard dollar əsaslı investisiyalar qoyulub. Layihə ilkin dövrlərdə olduğu qədər investisiya yönümlü olmasa da, qoyulmuş investisiyalar artıq öz bəhrəsini verir və layihə uğurlu şəkildə davam etdirilir.

- “Azəri-Çıraq-Günəşli” yatağı artıq uzun illərdir Azərbaycan iqtisadiyyatının və enerji sektorunun əsas dayaqlarından biri olaraq qalır. Təbii ki, zaman keçdikcə yatağın işlənməsi daha mürəkkəb mərhələyə daxil olur və burada texnologiyanın, innovasiyaların və peşəkar insan resurslarının rolu daha da artır. Bu gün AÇG-də tətbiq olunan yeni texnologiyalar hasilatın səmərəliliyinə necə təsir göstərir? Qarşıdakı illərdə yatağın potensialından daha uzun müddət və daha səmərəli istifadə etmək üçün hansı imkanlar mövcuddur?

- Tamamilə doğru qeyd etdiniz. Müəyyən dövr keçdikdən və yataq öz yetkin mərhələsinə qədəm qoyduqdan sonra hasilatın azalması qaçılmazdır. Biz AÇG yatağının daha mürəkkəb və yetkin işləmə mərhələsinə keçdiyi bir dövrdə hasilatın uzunmüddətli dayanıqlılığının təmin edilməsinə innovativ yanaşmalar və yeni texnologiyalar vasitəsilə nail olmağa çalışırıq. Hazırda əsas məqsədimiz yataqdan olan hasilatın azalma tempini idarə etmək və maksimum neft hasilatına nail olmaqdır. Bu proqramı həyata keçirmək üçün bizim əsas 4 istiqamətdə fəaliyyətimiz var:

Birinci istiqamət - əməliyyatların etibarlılığıdır. Hazırda AÇG-nin fəaliyyəti təxminən 95 faiz əməliyyat səmərəliliyi və 99 faizə yaxın qurğu etibarlılığı göstəriciləri çərçivəsində fəaliyyət göstərir. Bu rəqəmlər həddindən artıq yüksək rəqəmlərdir. Bu, nəinki ölkəmizdə və bp-nin fəaliyyəti çərçivəsində, ümumiyyətlə dünya, həmçinin beynəlxalq enerji layihələri miqyasında çox az ölkədə və çox az sayda layihələrdə mümkün olan bir göstəricidir.

İkinci istiqamət - qazma qurğusunun məhsuldarlığının artırılmasıdır. Hazırda yataqda 7 qazma qurğusu fasiləsiz fəaliyyət göstərir. Eyni zamanda, rekord həcmdə quyu müdaxilə işləri həyata keçirilir. Təkcə 2025-ci ildə 80-ə yaxın quyu müdaxilə işləri yerinə yetirilib və 2026-cı ildə də eyni sayda quyu müdaxilə əməliyyatları nəzərdə tutulur. Məsələn, Dərinsulu Günəşli sahəsində quyulara sualtı müdaxilə əməliyyatlarını artıq platformadan deyil, "Xankəndi" gəmisindən həyata keçiririk. Bunun nəticəsində platformadakı qazma qurğusundan daha səmərəli istifadə etməyə və daha çox qazma işləri həyata keçirməyə imkan yaranır.

Üçüncü istiqamət - layların canlandırılmasıdır. Bunun üçün laylara su və qazın yenidən vurulması proqramları həyata keçirilir. 2025-ci ildə 6 injektor quyusu qazılaraq istismara verilib və 2026-cı ildə də eyni sayda injektor quyusu qazılmaqla layların canlandırılması prosesini həyata keçirməyə çalışacağıq.

Dördüncü istiqamət - təbii ki, texnologiyalar və innovasiyadır. Seysmik tədqiqatlarda 4D texnologiyalarının tətbiqi, multilüləli quyuların qazılması, üfüqi qazma, qabaqcıl geonaviqasiya, ağıllı tamamlama sistemlərinin tətbiqi və s. innovativ həllərdən istifadə etdik ki, bunun nəticəsində də bütün yataq miqyasında neftvermə əmsalını daha da artırmaq və əlavə imkanlar yaratmağa nail olduq.

Bütün bu tədbirlər nəticəsində yetkin dövrünə çatmağına baxmayaraq, AÇG-də hasilatın illik azalma tempini biz kifayət qədər aşağı səviyyəyə sala bilirik. Normalda illik azalmanı 12 faizdən 3 faizə qədər endirə bilirik ki, bu da sənaye üzrə orta göstəricidən qat-qat aşağıdır. Ümid edirik ki, bu fəaliyyətimizi qarşıdan gələn illərdə də davam etdirib AÇG-də hasilatın azalma tempini daha da neytrallaşdırmaq imkanımız olacaq.

- Qarşıdakı dövrdə AÇG-də əsas diqqətin daha çox hasilatın sabit saxlanılmasına, yeni texnologiyaların tətbiqinə, investisiyaların artırılmasına, yoxsa bütün bu istiqamətlərin paralel inkişafına yönələcəyini gözləyirsiniz?

- 2026-cı ilin iyun ayında AÇG-də sərbəst təbii qaz hasilatı əməliyyatlarının başlanması ilə yatağın işlənməsində yeni mərhələyə qədəm qoyduq və ilk kommersiya qaz hasilatı əməliyyatlarına başladıq.

İlk sərbəst təbii qaz hasilatı 2025-ci ildə qazılmış və hazırda hasilatda olan neft laylarının altında yerləşən iki prioritet sərbəst təbii qaz layını daha dayaz Qırmakıüstü Qumlu və daha dərin Qırmakıaltı Qumlu lay dəstlərini hədəfləyən ilk hasilat quyusunda həyata keçirilir. Bu quyu Qırmakıüstü Qumlu lay dəstində qaz ehtiyatlarının mövcudluğunu təsdiqləyib, Qırmakıaltı Qumlu lay dəstində isə yüksəktəzyiqli qaz ehtiyatlarının mövcudluğunu aşkar edib.

İlk sərbəst təbii qaz hasilatı əməliyyatı Qırmakıaltı Qumlu lay dəstində başlanıb və ilkin dövr hasilatı olmaqla yanaşı, quyuda və lay dəstində sınaq işlərinin aparılması da həyata keçirilir. Qarşıdan gələn dövrlərdə bu quyudan hasil edilən qaz və kondensat mövcud AÇG infrastrukturu vasitəsilə neft-qaz işlənməsi sistemlərinə inteqrasiyası yolu ilə Səngəçal terminalına, oradan da mövcud ixrac infrastrukturu vasitəsilə bazarlara çatdırılacaq. Artıq AÇG-dən xam neftlə bərabər kommersiya qazının da, sərbəst təbii qazın da ixracına nail olacağıq.

- Avropada təbii qaza olan tələbatın gələcəkdə necə dəyişəcəyi ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Belə bir şəraitdə “Şahdəniz”in və ümumilikdə Azərbaycanın qaz sektorunun qarşıdakı 10-15 il üçün potensialını necə qiymətləndirirsiniz?

- Doğru qeyd etdiniz, neft layihələri ilə yanaşı, eyni zamanda, ölkənin və dünyanın ən böyük təbii qaz layihələrindən biri - “Şahdəniz” qaz layihəsi də bizim operatorluğumuz çərçivəsində hal-hazırda hasilatdadır. “Şahdəniz” qaz layihəsi ilə bağlı təbii ki, böyük ümidlər var və yatağın ehtiyatlar çoxdur. Bilirsiniz ki, 1999-cu ildə kəşf edilib və ilkin hesablamalara görə təxminən 1 trilyon kubmetr qaz və 2 milyard barel kondensat ehtiyatlarına malikdir. Bu illər ərzində biz artıq “Şahdəniz” layihəsindən təxminən 278 milyard kubmetr qaz və 54 milyon ton kondensat hasil etmişik. Ötən il 27 milyard kubmetr qaz və təxminən 4 milyon ton kondensat hasilatımız olub. Bunlar kifayət qədər ciddi rəqəmlərdir. Nəzərə alsaq ki, “Şahdəniz” yatağından ilk qazın hasilatı 2006-cı ildə baş verib və bu il biz “Şahdəniz”dən qaz hasilatının 20-ci ildönümünü qeyd edirik. Buna baxmayaraq, “Şahdəniz”dəki hasilat rəqəmləri kifayət qədər yüksəkdir və bu, bir müddət təbii ki, davam edəcək. “Şahdəniz” layihəsi Azərbaycanın qaz ixrac potensialında xüsusi əhəmiyyətə və rola malik olan bir yataqdır.

“Şahdəniz” quyuları, eyni zamanda, bp-nin ən məhsuldar quyuları sırasındadır. Bu gün bp-nin dünya üzrə ən yüksək hasilat göstəricisinə malik olan 20 quyusundan 17-si “Şahdəniz” yatağındadır. Yəni yatağın ehtiyatları həddindən artıq yüksəkdir və biz də həmin o yüksək ehtiyatların maksimal dərəcədə effektivliklə hasilatına nail olmağa çalışırıq. 2026-cı ilin ikinci rübünün sonuna “Şahdəniz” yatağında ümumilikdə 34 quyu qazılıb. Onlardan “Şahdəniz 1” çərçivəsində 11, “Şahdəniz 2” çərçivəsində 23 quyu qazılıb və bu quyulardan 32-si hazırda hasilat mərhələsindədir.

Bu dediklərim “Şahdəniz” layihəsinin bu günə qədər olan nailiyyətləri və bundan sonra nəzərdə tutulan planlarıdır. Bir qədər irəli getsək, “Şahdəniz” layihəsinin qaz hasilatının daha da stabilləşməsi və uzunmüddətli olması üçün şirkətimiz tərəfindən "Şahdəniz Kompressiya" layihəsi həyata keçirilir. Bu layihənin investisiya dəyəri 2,9 milyard dollardır və layihənin əsas məqsədi yataqdakı aşağıtəzyiqli qaz ehtiyatlarını əlçatan etməklə onların hasilatını təmin etmək, beləliklə də yataqdan maksimum qazvermə əmsalına nail olmaqdır.

Layihə yekunlaşdırıldıqdan sonra yataqdan təxminən 50 milyard kubmetr əlavə qaz və təxminən 25 milyon barelə yaxın əlavə kondensat hasil etmək mümkün olacaq. Layihə üzrə tikintinin yekunlaşması 2029-cu ildə nəzərdə tutulub. Elə həmin il “Şahdəniz Kompressiya” platforması artıq “Şahdəniz Alfa” platformasından, 2030-cu ildə isə “Şahdəniz Bravo” platformasından hasil edilən qaz həcmləri kompressiya etmək üçün qəbul etməyə hazır olacaq.

Onu da xüsusilə qeyd etmək istərdim ki, “Şahdəniz Kompressiya” platforması da bundan əvvəlki son iki platformamız kimi tam olaraq yerli bazarda istehsal olunur, yəni yerli subpodratçılarımız, yerli təchizat zəncirimiz vasitəsilə inşa olunur. “Şahdəniz Kompressiya” platformasının üst modulları və dayaq blokları müvafiq olaraq Bayıl istehsalat-quraşdırma sahəsində və Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda həyata keçirilir. Bu da bir daha onu göstərir ki, bu illər ərzində beynəlxalq miqyaslı, beynəlxalq səviyyədə rəqabətədavamlı platforma tikintisi artıq yerli bazarda mövcuddur. Bu da bu illər ərzində həm SOCAR tərəfindən, həm də operator tərəfindən aparılan ardıcıl işin nəticəsidir ki, artıq bu cür layihələr yerli bazarda, yerli mütəxəssislər tərəfindən həyata keçirilir.

- Sizin fikrinizcə, “Şəfəq” layihəsi bp-nin Azərbaycandakı fəaliyyətində yeni mərhələnin başlanğıcıdırmı? Qarşıdakı illərdə şirkətin ölkənin yaşıl enerji sektorunda iştirakının hansı istiqamətlərdə genişlənməsi mümkündür?

- Yeni mərhələ olub-olmayacağını zaman göstərəcək, ancaq birmənalı şəkildə deyə bilərik ki, bu, yeni bir istiqamətdir. Çünki Şəfəq Günəş enerjisi layihəsi həm bizim portfelimizdə Azərbaycanda həyata keçirdiyimiz ilk bərpaolunan enerji layihəsidir, həm də ümumiyyətlə belə bir layihəni neft-qaz ənənələrinə malik olan bir ölkədə həyata keçirməyimiz bizim üçün xüsusilə əlamətdardır. Təbii ki, ölkənin bu istiqamətdə prioritetləri və şirkətin bu istiqamətdə baxışı üst-üstə düşdükdə 30 ildən artıq olan bir dövrdə yaranmış strateji tərəfdaşlıq münasibətləri imkan verir ki, bu layihəni bərabər şəkildə həyata keçirək. Bizim üçün xüsusilə sevindirici və qürurverici haldır ki, bu layihə Azərbaycanın azad olunmuş ərazilərində - Cəbrayıl rayonunda həyata keçirilir.

Layihənin mahiyyəti həm də texniki layihə olaraq çox maraqlıdır. Çünki bu layihə çərçivəsində Cəbrayılda Günəş elektrik stansiyasında hasil ediləcək 240 meqavat Günəş enerjisi milli şəbəkəyə - “AzərEnerji”nin şəbəkəsinə təhvil veriləcək və eyni həcmdə elektrik enerjisi Səngəçal terminalında "AzərEnerji" şəbəkəsindən götürülərək Səngəçal terminalının elektrikləşdirilməsinə sərf olunacaq. Yəni nəticə etibarilə, ənənəvi neft-qaz ölkəsində əldə edilən gəlirin bir hissəsi investisiya olaraq Günəş enerjisi layihəsinə yatırılır. “Şəfəq” layihəsindən əldə olunan Günəş elektrik enerjisi isə neft-qaz terminalının elektrikləşdirilməsinə gətirib çıxaracaq. Bir enerji keçidi üçün məncə bundan uğurlu layihə tapmaq mümkün deyil.

Layihənin icrasına gəldikdə isə, artıq aprel ayının əvvəlində layihə sahəsində ilk Günəş panelləri quraşdırılıb və bununla da mühüm mərhələyə gəlib çatmışıq. Hazırda Günəş elektrik stansiyasında panellərin quraşdırılması və müvafiq tikinti işlərinin həyata keçirilməsi davam etdirilir. Tikinti işləri yerli resurslardan istifadə olunmaqla həyata keçirilir. Hazırda layihəyə təxminən 420 yerli işçi cəlb olunub ki, onların da təxminən 150-si işğaldan azad olunmuş ərazilərdə məskunlaşan vətəndaşlarımızdır. Layihənin tikintisinin pik dövründə isə təxminən 700 adamın işləməsi nəzərdə tutulur. Layihə üzrə tikinti işlərinin 2027-ci ilin ortalarına qədər davam edəcəyi planlaşdırılır.

Paralel olaraq, qeyd etdiyim Səngəçal terminalının elektrikləşdirilməsi layihəsi üzrə işlər bir az daha irəli mərhələdədir. Artıq əsaslı tikinti işləri yekunlaşıb və tikinti mərhələsindən istismar sınaqları və işəsalınmaya hazırlıq mərhələsinə keçilib. Bundan əvvəl layihənin növbəti mərhələyə keçməyə hazır olduğunu təsdiq edən əsas əminlik yoxlamaları da həyata keçirilib. Terminal ərazisindən kənarda yerləşən yeni “AzərEnerji” obyektinin tikintisi və istismar sınaqları da tamamlanıb. Dövlət elektrik şəbəkəsinə ilk qoşulma artıq bu ilin sonlarına doğru nəzərdə tutulur. Səngəçal terminalının elektrikləşdirilməsi layihəsi üzrə birinci mərhələnin 2027-ci ilin ortalarına, ikinci mərhələnin isə 2028-ci ilin sonuna qədər yekunlaşması nəzərdə tutulur. Nəticədə, Səngəçal terminalı üzrə ətraf mühitə atılan tullantı qazlarının həcmi də əhəmiyyətli dərəcədə azalacaq.

- bp-nin Xəzər, Mərkəzi Asiya və Türkiyə regionu üzrə fəaliyyətini nəzərə alaraq, bu coğrafiyada Azərbaycanın hansı yeni enerji imkanlarını reallaşdıra biləcəyini düşünürsünüz?

- Azərbaycanda dövlət və hökumət orqanları, eləcə də SOCAR ilə formalaşmış münasibətlər, təbii ki, bizə SOCAR-la birgə digər ölkələrdə də fəaliyyət göstərmək üçün ciddi imkanlar yaradır. Çox sevindirici haldır ki, bu istiqamətdə artıq ciddi addımlar atılıb və Xəzər hövzəsinin əhatəsində olan ölkələrdə, o cümlədən Özbəkistanda birgə layihəyə qoşulmuşuq. “Üstyurt” layihəsində SOCAR operator qismində çıxış edir. SOCAR ilkin olaraq müqaviləni imzaladı, daha sonra cari ilin may ayında biz də bu layihəyə qoşulduq. Layihə üzrə seysmik işlər artıq yekunlaşıb. Seysmik məlumatların, dataların interpretasiyası həyata keçirilir və ümid edirik ki, gələn il ərzində hər şey uğurlu şəkildə davam edərsə, hətta ilk kəşfiyyat quyusunun qazılması da nəzərdə tutula bilər.

Eyni zamanda, bp şirkəti özü ayrılıqda Qazaxıstanda həmin rezervuarın Qazaxıstan ərazisində yerləşən hissəsindəki yataqlarla bağlı qarşılıqlı anlaşma memorandumu imzalayıb və hazırda Qazaxıstan dövləti ilə bu istiqamətdə danışıqlarımız davam edir. Ümid edirik ki, bu danışıqlar qarşılıqlı anlaşma memorandumundan tam hüquqi qüvvəyə malik hasilatın pay bölgüsü sazişinə qədər gətirib çıxaracaq. Ümumilikdə hesab edirik ki, Xəzər hövzəsində SOCAR-la bərabər qurulmuş infrastruktur, təcrübə və Xəzər geologiyasının dərindən öyrənilməsi imkan verir ki, biz fəaliyyətimizi sadəcə Azərbaycandakı layihələrlə məhdudlaşdırmayıb, Xəzər hövzəsində və hövzənin yaxınlığında yerləşən ölkələrdə birgə tətbiq edib yeni layihələrə, yeni coğrafiyalara çıxmaqla yanaşı, bp və SOCAR arasında tərəfdaşlığı növbəti mərhələyə yüksəldək.

- Enerji sektorunda çalışan və Azərbaycanın son 30 ildə keçdiyi böyük dəyişikliklərin bir hissəsi olan mütəxəssis kimi, bu dövrə şəxsi təcrübəniz prizmasından necə baxırsınız? Qarşıdakı 10-15 ildə Azərbaycanın enerji sektorunda baş verəcək hansı dəyişiklik Sizə görə bu gün təsəvvür etdiyimizdən daha böyük ola bilər?

- Əlbəttə, son 30 ildə bizim enerji sektorunun keçdiyi yola baxsaq, doğrudan da presedenti olmayan bir uğur hekayəsi görmüş olarıq. Çünki bu illər ərzində biz nəinki yeni texnoloji standartlara cavab verməyən neft sənayemizi tamamilə müasir standartlara uyğun səviyyəyə çatdıra bildik, eyni zamanda, qaz hasilatı sənayemizi də inkişaf etdirə bildik. Biz 30 il ərzində qaz idxal edən ölkədən qaz ixrac edən ölkəyə çevrildik. Bu gün Azərbaycan nəinki qaz ixrac edir, həmçinin Avropanın qaz idxal siyasətində və xəritəsində özünəməxsus yeri olan ixracatçıdır. Bu gün Avropanın ayrı-ayrı ölkələrinə baxdıqda onların qaz idxalında, istehlakında Azərbaycandan nəql olunan qazın həcmi kifayət qədər ciddi rəqəmlərlə ifadə olunur. Bunlar hamısı bu son 30 ildə həyata keçirilən çox ciddi işin və nailiyyətlərin nəticəsidir.

Təbii ki, tarix yaxşıdır, ancaq gələcəyə də baxmaq lazımdır. Ümumiyyətlə mən növbəti 10-15 il ərzində məsələyə iki aspektdən yanaşardım: Birincisi, dünya bazarında neft və qaz ehtiyatlarına olan tələbat hansı formada dəyişəcək? Çünki bununla bağlı çox fərqli fikirlər var. İkincisi, dəyişən neft-qaz bazarında Azərbaycanın rolu nədən ibarət olacaq?

Çox fərqli proqnozların olmağına baxmayaraq, əksəriyyətin gəldiyi ümumi nəticə ondan ibarətdir ki, 2040-2050-ci ilə qədər fərqli hesabatlarda göstərildiyi kimi, enerji resurslarına olan tələbat artacaq. Bu iqtisadiyyatın artması, Data Mərkəzlərin çoxalması, eyni zamanda, süni intellektdən istifadə nəticəsində rəqəmsallaşmanın sürətlənməsi ilə bağlıdır. Hətta mən bura əlavə edərdim ki, növbəti 10 ildən sonra robotlardan daha geniş şəkildə istifadə olunacaq və hər bir robotun özünün elektrik enerjisinə ehtiyacı olacaq. Yəni yeni elektrik enerjisi istehlak edən yeni vahidlərin yaranması nəticəsində dünya bazarında elektrik enerjisinə olan tələbat artacaq. Təbii ki, elektrik enerjisində əsas mənbələrdən biri neft-qaz ehtiyatlarıdır və onlara da tələbat artacaq. Mən əminəm ki, bu tələbatın artdığı dövrdə Azərbaycan da dünya enerji xəritəsində olan bugünkü yerini qoruyub saxlaya biləcək. Bunun da əsas səbəbi bizim artıq mövcud olan ənənələrimizin davam etdirilməsi və hasilatı azalan layihələrin yeni layihələrlə əvəz olunmasıdır.

Bu gün biz deyirik ki, AÇG üzrə hasilat azalma tempi ilə davam edir və biz bu azalmanın tempini mümkün qədər normallaşdırmağa çalışırıq. Həmçinin “Şahdəniz” yatağında hasilat hələ kifayət qədər yüksək səviyyədədir. Təbii ki, 10-15 illik perspektivdən danışırıqsa, bu müddət ərzində “Şahdəniz” üzrə hasilatın da tədricən azalması gözləniləndir. Lakin Azərbaycanın bu layihələri gələcəkdə əvəz edə biləcək yeni layihələri və yeni ehtiyatları da var. Ötən həftənin sonunda Abşeron yatağı üzrə yekun investisiya qərarı imzalandı. Bu, yeni bir qaz ehtiyatları layihəsidir. Gələcəkdə istismar oluna biləcək digər yataqlar var: “Babək”, “Ümid”, “Qum-dəniz” yataqları var ki, bunlar istər-istəməz ölkənin qaz hasilat potensialına öz töhfəsini verəcək və hasilatı azalan layihələri əvəz edəcək yeni layihələr gündəmə gələcək. Nəticə etibarilə əminəm ki, Azərbaycan bu gün dünyanın, regionun və Avropanın enerji xəritəsində malik olduğu mövqeyini həmin yeni layihələr və ardıcıl aparılan bu texnoloji inkişafla ayaqlaşmaq siyasəti nəticəsində öz yerini qoruyub saxlayacaq.

Müxbir – Vüsalə Səfərova
Fotoqraf – Səfiyar Məcnun
Videooperatorlar – Ələkbər Baxşiyev, Vüsal Tağıyev
Bəxtiyar Aslanbəyli: Biz AÇG-dən hasilatın uzunmüddətli davamlılığına yeni texnologiyalarla nail olmağa çalışırıq – MÜSAHİBƏ VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Politoloq: Hibrid və informasiya hücumları bəzi hallarda cəmiyyətə açıq döyüş əməliyyatlarından daha çox ziyan vurur - ŞƏRH

“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB

Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilir

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyir YENİLƏNƏCƏK

Fransada müəllimlər etiraz edən şagirdlərin tələblərini haqlı sayır

Özbəkistanla əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb

Lətif Kərimov yaradıcılığı: Azərbaycan milli-mədəni kimliyinin tarixi kontekstində

Qazaxıstanda cinayətlərin sayı azalıb

Polşa portalı “ADEX 2026” sərgisindən yazıb

Şotlandiyada şəxsi ada 350 min funt-sterlinqə satışa çıxarılıb

Azərbaycan və Belarus arasında idman əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub

Deputat: Ermənistan işğal dövründə Azərbaycanın 7 filiz və 39 qeyri-filiz yatağında qanunsuz istismar aparıb VİDEO

Deputat: Ermənistan işğal dövründə Azərbaycanın 7 filiz və 39 qeyri-filiz yatağında qanunsuz istismar aparıb VİDEO

Masallıda 300 güləşçinin qatıldığı turnir başa çatıb

Lətif Kərimovun 120 illik yubileyi Vyanada “Azərxalça” ASC-nin xüsusi xalça sərgisi ilə qeyd olunub

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 946 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Koalisiya üzvü: İşğal dövründə Qarabağ və Şərqi Zəngəzurun ətraf mühitinə ciddi ziyan dəyib VİDEO

Koalisiya üzvü: İşğal dövründə Qarabağ və Şərqi Zəngəzurun ətraf mühitinə ciddi ziyan dəyib VİDEO

Qarabağda və Şərqi Zəngəzurda müəllim olmaq böyük qürurdur - Şahin Bayramov

Ağdamda 100-cü Yubiley Aqrar Biznes Festivalı baş tutub

Azərbaycanın beynəlxalq idman tədbirlərinə ev sahibliyi etmək təcrübəsi yüksək qiymətləndirilib

Siyəzəndə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 14 nəfər saxlanılıb VİDEO

Siyəzəndə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 14 nəfər saxlanılıb VİDEO

Londonun mərkəzində genişmiqyaslı elektrik kəsintisi baş verib

Amin Məmmədov: Ermənistan ətraf mühitə təsirlərlə bağlı məlumatları təqdim etməlidir VİDEO

Amin Məmmədov: Ermənistan ətraf mühitə təsirlərlə bağlı məlumatları təqdim etməlidir VİDEO

Çinin 23 vətəndaşı Azərbaycanda magistratura və doktorantura təhsili alacaq

Türkiyədəki Roma dövrünə aid eksponatlar Kopenhagendə sərgilənir

Naxçıvanda uzunluğu 17,5 kilometr olan avtomobil yolları yenilənir

Magistraturada 195 nəfər ödənişsiz təhsil almaq hüququ qazanıb - DİM-də əlavə müsabiqənin nəticələri

Bakıda Azərbaycan-Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyanın iclası olacaq

Ədliyyə Akademiyasında vəkilliyə namizədlərin icbari təlimi başlayıb

Norveçdə süni intellekt eynəklərinin istifadəsinə müvəqqəti qadağa qoyulur

Mingəçevir Dövlət Universitetində yeni laboratoriyalar istifadəyə verilib

İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib

Alparslan Bayraktar: Enerjidaşıyıcılarının Türkiyə ərazisindən ixracı İraq, Küveyt və Qətər üçün alternativdir

Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb

Azərbaycan ilə Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq daha da genişlənir

Emin Hüseynov: Ağdam rayonunda 2000-dən çox ailə məskunlaşıb VİDEO

Emin Hüseynov: Ağdam rayonunda 2000-dən çox ailə məskunlaşıb VİDEO

Firəngiz Xəlilova: Musiqi müəlliminin əsas vəzifəsi tələbədə sənətə həqiqi sevgi yaratmaqdır

Moldova 2030-cu ildə Aİ-yə üzv olmaq niyyətindədir

Gənc Tamaşaçılar Teatrında “Qodo həsrətində” adlı tamaşanın premyerası olacaq

Musiqini öyrətmək və sevdirmək: Pedaqoqun əsl missiyası nədir?

Fransada şagirdlərin etirazları səbəbindən yüzlərlə məktəb bağlanıb

Bəxtiyar Aslanbəyli: Biz AÇG-dən hasilatın uzunmüddətli davamlılığına yeni texnologiyalarla nail olmağa çalışırıq – MÜSAHİBƏ VİDEO

Bəxtiyar Aslanbəyli: Biz AÇG-dən hasilatın uzunmüddətli davamlılığına yeni texnologiyalarla nail olmağa çalışırıq – MÜSAHİBƏ VİDEO

ANAMA: Ötən həftə 1144,9 hektar ərazi mina və digər partlayıcı sursatlardan təmizlənib

“Aeroflot” Moskvadan Bakıya reyslərin sayını artıracaq

Alimlər başqa planetlərdən götürülən nümunələrdə Yerdəki həyat əlamətlərini aşkar edəcəklər

Azərbaycan karateçiləri beynəlxalq yarışlarda üç medal qazanıblar

Güclü iqtisadiyyat və həmrəy cəmiyyətin vəhdəti ŞƏRH

Elmi düşüncə sual vermək və araşdırmaqla formalaşır – Gülnar Qəmbərova

Azərbaycanın təhlükəsizlik siyasəti bundan sonra da əsas prioritetlər sırasındadır ŞƏRH

Yaponiya strateji neft ehtiyatlarından istifadəni dayandırır

Narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

® “AccessBank”ın tərəfdaşlığı ilə “VətəndəSƏN” II Qarabağ Təhsil Forumu keçirilib

Gəncə ilə Oş arasında əməkdaşlığın yeni istiqamətləri diqqət mərkəzində

Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən namizədlər üçün icbari təlimə başlanılıb

Azərbaycan cüdoçuları dünya çempionatının ikinci gününü medalsız başa vurublar VİDEO

Azərbaycan cüdoçuları dünya çempionatının ikinci gününü medalsız başa vurublar VİDEO

Türkiyə milli valyuta ilə ticarətin həcmini artırır

Nazir: Azad edilmiş ərazilərdə ilk istixana sənaye zonası Cəbrayılda qurulur VİDEO

Nazir: Azad edilmiş ərazilərdə ilk istixana sənaye zonası Cəbrayılda qurulur VİDEO

Müəllimin əsas missiyası tələbəni düşünməyə və araşdırmağa sövq etməkdir - Ramazan Məmmədov

Brno alimləri işıq vasitəsilə minitor qişalarına “görməyi” öyrədiblər

Əbu-Dabidə 3-cü Qlobal Ərzaq Həftəsi keçiriləcək

AZMİU-nun layihəsi Elm Fondunun qrant müsabiqəsinin qalibi olub

Məcnun Məmmədov: İndiyədək keçirilən Aqrar Biznes Festivallarında 85 mindən çox fermer iştirak edib VİDEO

Məcnun Məmmədov: İndiyədək keçirilən Aqrar Biznes Festivallarında 85 mindən çox fermer iştirak edib VİDEO

Mütəxəssis: Dağ-mədən sənayesinin inkişafı digər sahələrdə əlavə dəyərin formalaşmasına şərait yarada bilər

Həbibə Məmmədova: Müəllimin ən böyük uğuru düşünən və araşdıran insan yetişdirməsidir

Bakıda keçiriləcək FIFA U-15 dünya çempionatına hazırlıq işləri yekunlaşır

Özbəkistan səfiri Azərbaycan qadınlarının ictimai-siyasi fəallığını yüksək qiymətləndirib

Ekspert: Rəqəmsallaşma Orta Dəhlizin tranzit müddətinin qısaldılmasına imkan verəcək

“İslam mədəniyyəti atlası” şərqşünas-alimin tərcüməsində

Çin təhsili və akademik mühitindən bəhs edən kitabın təqdimatı olub

“Fənərbağça”nın ulduzu Superliqa oyununu buraxa bilər: Qərar azərbaycanlı hakimin hesabatından asılı olacaq

Müəllim uşağın içindəki işığı üzə çıxarmalıdır – gənc alimin düşüncələri

Yəməndə husilərə qarşı döyüşlərdə 100 qırıcı təyyarədən istifadə edilib, 324 hədəf vurulub

DSMF-nin sədri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyəcək

Qafqaz Müsəlmanları İdarəsinin sədri Qazaxıstana səfər edəcək

Belçika polisi narkotik şəbəkəsinə qarşı əməliyyat keçirib, 21 nəfər saxlanılıb

Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb

“Flydubai” təyyarəsini qaçırmağa cəhddə şübhəli bilinən pilot Böyük Britaniya universitetində yoxlamadan keçməyib

Ekspertlər: Neft qiymətlərinin azalması müvəqqəti xarakter daşıyır

Şagirdin inkişafına mane olan bəzən onun bacarıqsızlığı deyil, özünəinamsızlığıdır - müəllim

Böyük Britaniyanın keçmiş şahzadəsi polisə etiraz edib

Ağdamda “Aqrar sahədə dövlət mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib - YENİLƏNİB VİDEO

Ağdamda “Aqrar sahədə dövlət mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib - YENİLƏNİB VİDEO

Budapeştdə polis əməkdaşlarının sayı artırılacaq

Azərbaycan İslam həmrəyliyinin aparıcı qüvvəsidir ŞƏRH

İngiltərədə miqrantların sahilə çıxarılması zamanı etirazçılarla polis arasında qarşıdurma yaşanıb

Ər-Riyadda Məkkə Müdafiə Sazişi çərçivəsində komitə iclası təşkil olunub

İdeoloji risklər sərhəd tanımır - ŞƏRH

Ülviyyə Nağıyeva: İbtidai sinif müəllimi şagirdin həyatında iz qoyur

Müəllimlik illər keçdikcə zənginləşən bir məktəbdir - Leyla İmranova

Yəmən ordusu: Bab-əl-Məndəb ətrafındakı ərazi husilərdən təmizlənib

Əlcəzairdə Afrika və Aralıq dənizi hövzəsi üzrə 14-cü Enerji və Hidrogen sərgi-konfransı keçirilir

Emin Hüseynov: Ağdam şəhəri və üç kənddə yaşayanların sayı 8 mindən çoxdur

Astanada Azərbaycanın AQEM-ə hədiyyəsi olan Qarabağ atının heykəlinin açılışı olub VİDEO

Astanada Azərbaycanın AQEM-ə hədiyyəsi olan Qarabağ atının heykəlinin açılışı olub VİDEO

Sabah yağış yağacaq VİDEO

Sabah yağış yağacaq VİDEO

Ülviyyə Məmmədova: Alimlik potensialı maraqdan və sual verməkdən başlayır

® “Azercell“ yeni “Oyun Portalı”nı istifadəyə verir: “Azercell“ ilə oyna, yarış, qazan!

İtaliyada minlərlə fermer etiraz aksiyası keçirib

Arif Əsədov: Tofiq Bəhramov adına Respublika Stadionu gəncliyimizin keçdiyi doğma məkandır

Baytarlıq xidmətlərinin gücləndirilməsi davam etdirilir

Prezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib VİDEO

Gənclərdə coğrafiyaya marağı necə artırmalı? – alimdən tövsiyələr