Abzətdin Adamov: AICT konfransına 20 il ərzində 70-ə yaxın ölkədən 1500-dən çox məqalə qəbul edilib VİDEO
Bakı, 14 oktyabr, AZƏRTAC
İnformasiya və Kommunikasiya Texnologiyalarının Tətbiqi üzrə Beynəlxalq Konfrans 20 illik yubileyini qeyd edərək akademik dairələri, sənaye nümayəndələrini və cəmiyyəti bir araya gətirən iki onillik nailiyyətlər və böyük təsir dövrünü geridə qoyur.
AZƏRTAC xəbər verir ki, bu sözləri ADA Universitetində keçirilən İnformasiya və Kommunikasiya Texnologiyalarının Tətbiqi üzrə 20-ci IEEE Beynəlxalq Konfransının (AICT2026) açılış mərasimində ABŞ Beynəlxalq Elektrik və Elektronika Mühəndisləri İnstitutunun professoru Abzətdin Adamov deyib.
O bildirib ki, 20 illik tarixi ərzində AICT konfransına 7 minə yaxın müəllif tərəfindən 5 minədək elmi məqalə təqdim olunub. Onlardan 70-dək ölkəni təmsil edən müəlliflərin 1500-dən çox məqaləsi qəbul edilərək konfransda təqdim olunub.