Fövqəladə hallar naziri Kürdəmir şəhərində vətəndaşları qəbul etmişdir VİDEO
Bakı, 4 aprel (AZƏRTAC). Aprelin 4-də Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Kürdəmir şəhərində Kürdəmir, Göyçay, Ucar və Zərdab rayonlarının sakinlərini qəbul etmişdir.
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, fövqəladə hallar naziri tərəfindən qəbul edilən 25 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapmış, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilmişdir.
Bundan başqa, kadr məsələləri ilə bağlı 88, digər məsələlərlə əlaqədar müraciət etmiş 360 vətəndaş nazir müavinləri, nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunmuşdur.