Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaqdır VİDEO
Bakı, 25 aprel (AZƏRTAC). Aprelin 25-də respublikanın bir neçə rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaqdır.
“Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, “Qazıməmməd-Qazax” birinci xətt magistral qaz kəmərinin 141,3, 146 və 155-ci kilometrlərində aparılan təmir işləri, eləcə də 164-cü kilometrdə “Qəbələ qaz kəməri qolu”nun xətti kranının dəyişdirilməsi, “Ağsu-1 şəhər” və “Pirhəsənli” orta təzyiqli qaz xətləri üzərində qaztənzimləyici qurğuların quraşdırılması ilə əlaqədar saat 18:00-dək Qəbələ rayonuna, Göyçay, Ağsu və Ağdaş rayonlarının bir hissəsinə, qaz ölçü qovşaqlarında daraldıcı qurğuların sərfiyyata uyğun yeniləri ilə əvəzlənməsi və qaz xəttinin köçürülməsi ilə əlaqədar isə saat 10:00-dan Xəzər rayonunun bir hissəsinə təbii qazın verilməsində fasilələr yaranacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]