Azərbaycan Dövlət İnformasiya Agentliyi

Zeynal Nağdəliyev: Xalqla hakimiyyətin sıx birliyi Azərbaycanın uğurlarının rəhnidir [YENİLƏNİB] VİDEO

Bu fikir Sumqayıtda ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq-görüşdə xüsusi vurğulanıb

Sumqayıt, 4 fevral, Ətrabə Rzayeva, AZƏRTAC

Fevralın 4-də Sumqayıtda 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı və Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyevin şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Sumqayıt şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək, önünə tər çiçəklər düzüblər.

Sonra Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun ötən ilin yekunlarına dair hesabat məruzəsi dinlənilib. Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının həyata keçirilməsi nəticəsində 2015-ci il Sumqayıt üçün də uğurlu olub. Hesabat ilində şəhər üzrə ümumi daxili məhsul istehsalının və xidmətlərin həcmi 1,0 faiz artaraq 796 milyon manat təşkil edib. Sənaye məhsulunun istehsalı 437,7 milyon manat olmaqla, artım tempi 5,3 faiz, ümumi daxili məhsulun tərkibində qeyri-neft sektorunun payı 85 faizdən çox olub. Məhsul istehsalı kimya sənayesi üzrə 87,5 faiz, metallurgiya üzrə 26,4 faiz, yüngül sənaye üzrə 143,8 faiz, yeyinti sənayesi üzrə 205,5 faiz, energetika üzrə 108,4 faiz, digər sahələr üzrə 140,7 faiz olub. Şəhərdə elektrik enerjisi istehsalı 21,0 faiz artıb.

Qeyd edilib ki, bütün maliyyə mənbələri hesabına şəhərdə investisiya qoyuluşu 6,2 faiz artaraq 139,7 milyon manat təşkil edib. Əhalinin real pul gəlirlərini əks etdirən göstəricilərdən biri olan ticarət dövriyyəsi, pullu xidmət, sərnişin daşınması, rabitə xidməti 100 faiz həcmində icra olunub. Həyata keçirilən tədbirlər nəticəsində hesabat dövründə 5491 yeni iş yeri açılıb. Onlardan 5153-ü daimi iş yeridir. Orta aylıq əməkhaqqı 5,7 faiz artaraq, 400 manat təşkil edib.

Məruzədə bildirilib ki, sahibkarlığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi, investisiya layihələrinin güzəştli qaydada kreditləşdirilməsi Sumqayıtda biznes mühitini böyük dərəcədə yaxşılaşdırıb. Hesabat dövründə şəhərdə 4 zavod istismara verilib. Sumqayıt Texnologiya Parkında altı zavodun tikintisində işlər yekunlaşmaq üzrədir. Gilan Tekstil Parkında 5 yeni fabrikin, Sumqayıt Sənaye Parkında “AzərSun”un tara fabrikinin və kənd təsərrüfatı üçün zəruri olan azot gübrəsi istehsal edəcək Karbamid zavodunun tikintisi davam etdirilir. İldə 1,5 min ton quş əti istehsal edəcək “Elat” fabrikinin işə salınması əhalinin bu məhsula tələbatının təmin olunmasında mühüm rol oynayacaq.

Dövlətimizin başçısının sahibkarlığın inkişafına dəstək siyasəti çərçivəsində hesabat dövründə Sahibkarlığa Kömək Milli Fondundan Sumqayıtda 20 layihə üzrə 3,2 milyon manat güzəştli kredit verilib. Bu layihələrin reallaşdırılması nəticəsində 280 yeni iş yeri açılacaq. Ümumiyyətlə, yaxın 2-3 ildə şəhərə 2 milyard manatdan çox investisiya qoyuluşu və 10 min yeni iş yerinin açılması nəzərdə tutulur.

Hesabat məruzəsində təhsil, səhiyyə, mədəniyyət, idman sahələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, yol infrastrukturunun yaxşılaşdırılması, əhalinin elektrik enerjisi, içməli su, təbii qazla təminatı ilə əlaqədar görülən işlərdən, nəqliyyat və rabitə xidmətlərindən də ətraflı bəhs olunub.

Məruzə ətrafında çıxışlarda görülən işlər ətraflı təhlil edilib, uğurlarla yanaşı, problemlər də sadalanıb, onların həlli üçün təkliflər irəli sürülüb.

Daha sonra yığıncaq işini Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal NAĞDƏLİYEV ilə görüş formatında davam etdirib.

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən mərkəzi icra və idarəetmə orqanlarının rəhbərlərinin, Milli Məclisin deputatlarının ölkənin bütün şəhər və rayonlarında belə toplantılarda iştirak etdiklərini, insanları narahat edən məsələlərlə yerində tanış olduqlarını vurğulayan Zeynal Nağdəliyev deyib: “Bu, ümummilli liderimiz Heydər Əliyevin dövlətçilik siyasətini uğurla həyata keçirən Prezident İlham Əliyevin prinsipial mövqeyidir, iş üslubudur, xalqına dərin hörmət və xidmət nümunəsidir. Dövlətimizin başçısı Azərbaycanın bölgələrində dəfələrlə olub, minlərlə mühüm sosial-iqtisadi obyektin açılışını edib, əhalinin bütün zümrələri ilə görüşlər keçirib, onların qarşılaşdığı problemləri bilavasitə özlərindən öyrənib. Cənab Prezident Sumqayıta isə 15 dəfə səfər edib, şəhərin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlərlə bağlı 14 Fərman və Sərəncam imzalayıb”.

Prezident Administrasiyasının rəsmisi deyib ki, məhz xalqla hakimiyyətin sıx birliyi Azərbaycanın uğurlarının rəhnidir. Bu birlik əsasında ölkəmiz qısa müddətdə yüksək nailiyyətlər əldə edib və möhkəmlənib. Ancaq bu gün dünya iqtisadiyyatı enerji resurslarının qiymətinin aşağı düşməsi kimi mənfi meyillə üz-üzədir. Bir tərəfdən enerji resurslarını ixrac edən ölkələrin milli gəliri azalır, digər tərəfdən isə əksər ölkələrdə milli valyutaların dəyərdən düşməsi müşahidə olunur. Bu qlobal iqtisadi proseslər ölkəmizə də öz təsirini göstərir. Manatın məzənnəsinin aşağı düşməsi dünyada gedən proseslərin Azərbaycana mənfi təsiri ilə bilavasitə bağlıdır. Azərbaycan Prezidenti vətəndaşların maddi durumuna öz mənfi təsirini göstərən devalvasiya prosesini öz axarına buraxmayaraq, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün zəruri tədbirlər həyata keçirir.

Bu məqsədlə daxili istehsalın stimullaşdırılması, valyuta bazarının tənzimlənməsi ilə bağlı qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi, istehlak qiymətlərinə ciddi nəzarət tədbirləri, korrupsiyaya, rüşvətxorluğa və digər bu kimi hallara qarşı mübarizənin gücləndirilməsi, sahibkarların fəaliyyətinə hərtərəfli dəstək, həmçinin bəzi şəxslərin mövcud vəziyyətdən öz mənafeyi naminə sui-istifadə cəhdlərinin qarşısının alınması, müvafiq dövlət orqanlarının bu prosesi ciddi nəzarətə götürməsi və s. tədbirlər məqsədyönlü şəkildə davam etdirilir. Görülən tədbirlər, o cümlədən verilmiş qərarlar nəticəsində çörəyin və unun qiyməti əhəmiyyətli dərəcədə aşağı düşmüşdür.

Ölkədə biznes mühitinin yaxşılaşdırılması istiqamətində əlavə tədbirlər görüldüyünü vurğulayan Zeynal Nağdəliyev bildirib ki, bu məqsədlə lisenziyaların sayı azaldılıb, bürokratik əngəllər aradan götürülüb, sahibkarlıq subyektlərində yoxlamalar 2 il müddətinə dayandırılıb, lisenziyaların “ASAN xidmət” mərkəzlərində verilməsinə və “Elektron lisenziya” portalının yaradılmasına başlanılıb. Digər tərəfdən, iqtisadi tərəqqini sürətləndirmək məqsədilə geniş özəlləşdirmə proqramlarının həyata keçirilməsi üçün zəruri işlər görülür. Azərbaycanın uzunmüddətli uğurlu inkişafının heç bir investorda şübhə doğurmadığını nəzərə alsaq, uzun illər fəaliyyətsiz qalan müəssisələrin canlandırılması ilə bağlı icra ediləcək layihələr ölkənin inkişafında mühüm rol oynayacaq.

Prezident Administrasiyası rəhbərinin müavini deyib: “Yeni dövr, yeni vəziyyət yeni yanaşmalar tələb edir. Ona görə də indiki şəraitdə sahibkarlara daha da yaxşı şərait yaratmaq, yerli istehsalı sürətləndirmək üçün əlavə tədbirlərin görülməsi ən mühüm vəzifəyə çevrilməlidir. Yerli sahibkarlar, ilk növbədə, sərmayəni iqtisadiyyatın real sektoruna, istehsal sahələrinin yaradılmasına, kənd təsərrüfatına, sənayenin inkişafına və xidmət sektoruna yatırmalıdırlar. Bir daha qeyd etmək istəyirəm ki, Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik siyasətin nəticəsidir ki, bir çox ölkələrdən fərqli olaraq Azərbaycan dövləti baş verən bu proseslərdə öz xalqının mənafeyini qoruya bilir və bu gücə malikdir. Ötən il neftin qiymətinin aşağı düşməsi fonunda yanacaq-enerji sektorunda gəlirlər azalsa belə, ölkənin dinamik inkişafı dayanmayıb, ümumi daxili məhsul 1,1 faiz, qeyri-neft sənayesi 8,4 faiz artıb. Azərbaycan xarici investorlar üçün cəlbedici ölkə olaraq qalır. Keçən il ölkə iqtisadiyyatına 20 milyard dollar sərmayə qoyulub ki, bunun da yarısı xarici sərmayədir”.

Son 12 ildə əməkhaqqının təqribən 5 dəfə, pensiyaların 7 dəfə artdığını diqqətə çatdıran Zeynal Nağdəliyev qeyd edib ki, bu müddətdə 3 minə yaxın məktəb istifadəyə verilib. Bu da ölkə üzrə mövcud olan məktəblərin təqribən 60 faizini təşkil edir. Eyni zamanda, 600-ə yaxın xəstəxana tikilib və təmir edilib. Bölgələrdə 41 Olimpiya idman kompleksi, 25 elektrik stansiyası, məcburi köçkünlər üçün 89 qəsəbə tikilib, 10 min kilometrdən çox yol çəkilib, 225 min insan yeni evlərə, mənzillərə köçürülüb. Ötən 12 ildə Azərbaycanda 300-ə yaxın mehmanxana tikilərək istifadəyə verilib.

Diqqətə çatdırılıb ki, dövlətimizin başçısının sosial sahədə həyata keçirdiyi siyasətin ən mühüm istiqamətlərindən biri yeni iş yerlərinin açılmasıdır. 2015-ci ildə regionların inkişaf tempi sürətlə artıb, 84 min daimi iş yeri açılıb. 2004-cü ildən bu günədək açılmış yeni iş yerlərinin sayı 1,4 milyonu keçib ki, bunun da böyük əksəriyyəti daimi iş yerləridir. Hazırda ölkə iqtisadiyyatının 80 faizdən çoxu özəl sektorda formalaşır. Təkcə 2015-ci ildə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 5240 sahibkara 250 milyon manat məbləğində güzəştli kreditlər verilib. İndiyədək güzəştli şərtlərlə 1,7 milyard manat məbləğində verilən kreditlər nəticəsində Azərbaycanda 70 mindən çox müəssisə yaradılıb.

Ölkə əhalisini ərzaq məhsulları ilə 100 faiz təmin etməyin, ənənəvi bazarlara daha böyük həcmlə çıxmağın və yeni bazarlara öz məhsullarımızı təqdim etməyin qarşıda duran əsas vəzifələrdən biri olduğunu vurğulayan Zeynal Nağdəliyev deyib ki, son illərdə bu məqsədlə müasir komplekslər, yeni təsərrüfatlar, logistik mərkəzlər yaradılıb. Bu da aqrar sektorda dönüşün əldə olunmasına, ixrac potensialının artmasına səbəb olub, nəticə etibarilə kənd təsərrüfatı 6,6 faiz artıb.

Qeyd olunub ki, 2015-ci ildə Azərbaycan bölgədə neft-qaz infrastrukturunun genişləndirilməsində fəal rol oynayıb, “Cənub qaz dəhlizi”nin icrası istiqamətində çox önəmli addımlar atılıb. Bu layihənin reallaşması onilliklər ərzində zəngin qaz resurslarını dünya bazarlarına ixrac etməklə iqtisadi mənfəət əldə olunmasına, valyuta axınının təmin edilməsinə, ölkənin dayanıqlı inkişafının daha da möhkəmlənməsinə imkan verəcək. Ölkəmiz regionda müasir nəqliyyat infrastrukturunun formalaşdırılmasında fəal iştirak edir. Son illər yaradılmış müasir nəqliyyat infrastrukturu Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin mərkəzinə çevrilməsində mühüm rol oynayır. Görülən tədbirlər Azərbaycanın beynəlxalq yükdaşımalarda rolunu artıracaq, iqtisadiyyatın şaxələndirilməsinin sürətləndirilməsini təmin edəcək.

Azərbaycanın regionun siyasi, iqtisadi və humanitar mərkəzi kimi artıq uzun illərdir çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini diqqətə çatdıran Zeynal Nağdəliyev deyib: “Bu sahədə kifayət qədər böyük təcrübə qazanılıb. Azərbaycan birinci Avropa Oyunlarını uğurla keçirməklə dünya idman tarixində yeni bir səhifə açıb. Azərbaycan regionda və dünyada humanitar mərkəz statusunu daha da möhkəmləndirərək multikulturalizm ideyasının təşviqinə, dinlərarası və millətlərarası dialoqun inkişaf etdirilməsinə öz dəyərli töhfəsini verib”.

Qarşıda duran vəzifələrdən danışan Prezident Administrasiyasının rəsmisi bildirib ki, yeni mərhələnin əsas hədəfi milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə nail olmaqdan, ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdən ibarətdir. Prezident İlham Əliyevin 2015-ci ildə ölkənin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda, eyni zamanda, regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına dair konfransdakı çıxışlarında bu hədəfin reallaşması üçün zəruri olan vəzifələr müəyyənləşdirilib. Bunlara ölkənin malik olduğu iqtisadi potensialın gücləndirilməsi, o cümlədən neftdən asılı olmayan güclü Azərbaycan iqtisadiyyatının formalaşdırılması, hər bir regionun potensialından tam və səmərəli istifadə edilməsi, çoxlu sayda yeni iş yerlərinin açılmasına şərait yaradılması, sahibkarlığın inkişaf etdirilməsi, sosial xidmətlərin həcminin, keyfiyyətinin və ünvanlılığının əhəmiyyətli dərəcədə artırılması, yoxsulluğun azaldılması kimi vəzifələr daxildir. Regionlarda sənaye potensialının gücləndirilməsi, ənənəvi sənaye sahələri ilə yanaşı, yeni prioritet istehsal sahələrinin, sənaye parklarının, texnoparkların yaradılması, sənayenin innovasiyalar əsasında inkişafının təmin edilməsi istiqamətlərində ciddi işlər aparılır. Azərbaycan Prezidentinin tapşırığına əsasən ölkə üzrə 10 minlərlə, o cümlədən Sumqayıt şəhərində əhalinin məşğulluğunun artırılması məqsədilə min nəfərdən çox qeyri-məşğul əhali ödənişli əsaslarla ictimai faydalı əməyə cəlb ediləcək.

Zeynal Nağdəliyev deyib: “Sahibkarların şəffaf fəaliyyət göstərməsi xeyli dərəcədə yerli məmurlardan asılıdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, yerlərdə icra orqanları bu il əsasən iş yerlərinin yaradılması ilə məşğul olmalıdır. Bu işlərin həyata keçirilməsində yerli icra orqanlarının üzərinə mühüm vəzifələr düşür. Cənab Prezident hər bir məmura bir daha xəbərdarlıq edərək bildirib ki, onlar xalqın xidmətçisidir. Dövlət məmurları və ailə üzvləri özlərini təvazökar aparmalıdırlar. Dövlət məmurları hesab etməməlidirlər ki, xüsusi statusları var. İnsanlara diqqət və qayğı göstərməli, onların problemlərini həll etməlidirlər. Hər bir məmur bu xəbərdarlıdan ciddi nəticə çıxarmalıdır”.

Hər bir ölkənin, cəmiyyətin davamlı inkişafının ictimai-siyasi sabitliklə bilavasitə bağlı olduğunu vurğulayan Prezident Administrasiyasının rəsmisi deyib ki, yaxın regionlarda gedən prosesləri, münaqişələrin baş verdiyi dövlətlərin taleyini, tökülən qanları hər birimiz görürük. Biz ölkəmizdə hökm sürən sabitliyin qədrini və dəyərini bilməliyik. Azərbaycandakı bu sabitlik ayrı-ayrı adamlar üçün adi görünə bilər, amma dünyada baş verən hadisələrin fonunda ölkəmizdəki sabitliyin nə qədər böyük əhəmiyyət daşıdığını hər bir vətəndaş dərk etmək məcburiyyətindədir. Bu məntiqlə hər bir vətəndaşın ən vacib vəzifəsi sabitliyin qorunub saxlanmasından ibarət olmalıdır.

Zeynal Nağdəliyev çıxışının sonunda deyib: “Qarşıdakı dövrdə də Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz müstəqil siyasətini davam etdirəcək, ölkəmizin beynəlxalq nüfuzunun artırılması, milli təhlükəsizliyin və sabitliyin təmin olunması, iqtisadiyyatın daha da inkişaf etdirilməsi, əhalinin sosial rifahının yüksəldilməsi, milli inkişaf strategiyasının reallaşdırılması istiqamətlərində tədbirlər ardıcıl olaraq həyata keçiriləcək. Xalqla iqtidar arasında birlik, ən əsası vətəndaşların Prezident İlham Əliyevə böyük etimadı qarşımızda duran bütün problemlərin öhdəsindən gəlməyə kömək edəcək!”

X X X

Daha sonra görüşdə sahibkarlar, ictimaiyyətin nümayəndələri çıxış edərək arzu və təkliflərini bildiriblər. Diqqətə çatdırılıb ki, dövlətimizin başçısı İlham Əliyev Sumqayıtın dinamik inkişafı üçün vaxtında və lazımi köməyini əsirgəməyib. Natiqlər fürsətdən istifadə edib Prezident İlham Əliyevə Sumqayıta daim göstərdiyi diqqət və qayğıya görə dərin minnətdarlıqlarını bildiriblər. Qeyd edilib ki, qlobal maliyyə böhranına və iqtisadi tənəzzülə baxmayaraq, şəhərdə iqtisadiyyat artan sürətlə inkişaf edib, makroiqtisadi sabitlik möhkəmlənib, bütün sahələrdə müsbət irəliləyiş təmin olunub. Sosial-iqtisadi sahələrdə önəmli nəticələr əldə edilib.

Vurğulanıb ki, regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramında Sumqayıt üzrə nəzərdə tutulan 16 bənddən ibarət tədbirlərin mərhələ-mərhələ həyata keçirilməsi sayəsində bu gün şəhərin siması dəyişir, müasirləşir, gözəlləşir. Hazırda bir çox infrastruktur layihələrinin icrası davam etdirilir. Müasir sosial obyektlərin, qabaqcıl texnologiyalar əsasında istehsal sahələrinin yaradılmasına böyük diqqət göstərilir.

Açıq fikir mübadiləsi şəraitində keçən görüşdə sahibkarlıq fəaliyyətinin stimullaşdırılması istiqamətində təkliflər səsləndirilib. Sumqayıtı doğma evi sayan sahibkarlar şəhərin inkişafına öz töhfələrini verməyin vacibliyini vurğulayıblar.

Sonda Azərbaycan Prezidenti İlham Əliyevə ümumşəhər yığıncağı iştirakçılarının adından müraciət qəbul olunub.

 

Zeynal Nağdəliyev: Xalqla hakimiyyətin sıx birliyi Azərbaycanın uğurlarının rəhnidir [YENİLƏNİB] VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şəkidə Avropa çempionatının mükafatçısı ilə görüş olub

Azərbaycanın zəngin qastronomik irsi Sofiyada təqdim olunub

Küveyt neft istehsalı həcmini qısa vaxtda əvvəlki səviyyəyə çatdırmağı planlaşdırır

Türkiyə Milli Təhlükəsizlik Şurası Cənubi Qafqazda sülh, sabitlik və əməkdaşlığın gücləndirilməsi səylərini müzakirə edib

Misir, Türkiyə, Sudan XİN başçıları və ABŞ Prezidentinin müşaviri arasında görüş olacaq

Astarada avtomobil dərəyə aşıb: Ölən və yaralananlar var

Tramp: ABŞ sülhə sadiqdir

Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb VİDEO

AZAL: Hava şəraiti ilə əlaqədar Bakı–Naxçıvan reysləri ləğv edilib

Nigerdə hava limanına hücum nəticəsində 11 təhlükəsizlik əməkdaşı ölüb

Dünya çempionatı: Çexiya və CAR ilk xallarını qazanıb

Musiqişünas Fərəh Tahirova: Avstriyada Azərbaycan musiqisinə çox böyük maraq var

Azərbaycan və İran arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub

Mərkəzi Komandanlıq: ABŞ qüvvələri İranla bağlı bütün dəniz nəqliyyatına qarşı blokadanı götürüb

Rumıniya və Bolqarıstan Qara dənizdə birgə dəniz təhlükəsizliyi mərkəzi yaradır

İsveç ilə Aİ-nin iqlim hədəfləri arasındakı fərq artır

Corc Ceykob Kuvakad: Bu səfər Azərbaycanı yaxından tanımaq baxımından dəyərli bir fürsət oldu

Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlər qarşılıqlı hörmət və dostluq əsasında inkişaf edir

Ceyhun Bayramovla Məhəmməd İshaq Dar arasında regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb

Azərbaycan ilə IGAD-a üzv olan Afrika dövlətləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan və Latviya Xarici İşlər nazirlikləri arasında strateji dialoq aparılıb

Azərbaycan ilə Rumıniya arasında strateji tərəfdaşlıq münasibətlərinin mövcud vəziyyəti müzakirə edilib

Maliyyə naziri Sahil Babayev Rumıniya nümayəndə heyəti ilə tərəfdaşlıq və iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edib

Vens ABŞ ilə İran arasında 60 günlük danışıqlar dövrünün rəsmi olaraq başladığını elan edib

Vens: Beynəlxalq su yolları ödənişsiz olmalıdır

AZPROMO WAIPA ilə investisiya təşviqi sahəsində təcrübə mübadiləsi barədə fikir mübadiləsi aparıb

BƏƏ Azərbaycanın Körfəz regionunda əsas strateji tərəfdaşlarından biridir

Su qıtlığı səbəbindən Yunanıstanın iki adasında fövqəladə vəziyyət elan olunub

Bu saata olan əsas xəbərlər

Vens: Hörmüz boğazından 12,5 milyon barel neft nəql olunub

Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” III konqres-festival işə başlayıb - YENİLƏNİB VİDEO

Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” III konqres-festival işə başlayıb - YENİLƏNİB VİDEO

Avropa Ebola virusuna qarşı mübarizədə Afrikaya dəstəyi gücləndirir

Gürcüstanda çaylardakı daşqın ehtimalı ilə əlaqədar əhaliyə xəbərdarlıq edilib

Süni intellekt və insan hüquqları üzrə Bakı Bəyannaməsi qəbul edilib

Rusiya XİN: Qərb hərbi proqramlar vasitəsilə Ermənistana təsirini gücləndirməyə çalışır

“4Sİ Akademiyası - Milli Proqram”ın müddəti daha bir il artırılıb

Ombudsmanların Bakı Sammiti: Süni intellektin istifadəsi şəffaflıq, ədalət və bərabərlik prinsipləri ilə birbaşa əlaqəlidir

Zaxarova: Rusiya Xəzəryanı ölkələr arasında əməkdaşlığın bərpa olunmasına ümid edir

Slovakiyada uşaqlara sosial şəbəkə qadağası təklif olunub

Ağciyər Xəstəlikləri Mərkəzinin Bakı Şəhər İxtisaslaşdırılmış Xəstəxanasının açılışı olub

Fatih Birol: Neft qiymətlərində davamlı eniş müşahidə edə bilərik

Rumıniyalı müşavir: Azərbaycan “Yaşıl Enerji Dəhlizi” layihəsi çərçivəsində Avropanın mühüm enerji tərəfdaşı kimi çıxış edir

Qlobal neft ticarətinin 2050-ci ilədək 25 faiz artacağı proqnozlaşdırılır

Azərbaycan nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib RƏY

Prezident İlham Əliyevin iştirakı ilə Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib YENİLƏNİB-3 VİDEO

Azərbaycan–Macarıstan Aqrar Universitetinin yaradılması imkanları nəzərdən keçirilib

Prezidentin çıxışı Azərbaycanın gələcək inkişaf modelinin strateji istiqamətlərini ortaya qoyur ŞƏRH

BDU ilə Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti arasında anlaşma memorandumu imzalanıb

Ekspert: Azərbaycan dünya reytinqlərində keyfiyyətli ali təhsil məkanı kimi formalaşır

Ombudsmanlar rəqəmsal mühitdə hüquqların qorunmasına dair fikir mübadiləsi aparıblar

“Azərbaycanda kənd təsərrüfatı” mövzusunda fotomüsabiqə elan edilib

“Qərbi Azərbaycana qayıdış” konqres-festivalı çərçivəsində Prezident Kitabxanasının elektron layihəsi təqdim olunub

Azərbaycan Ordusunda hərbiləşdirilmiş kros üzrə birincilik keçirilib

ADU-nun rektoru: Kolumbiyanın ali təhsil müəssisələri ilə əməkdaşlıq perspektivləri daha səmərəli olacaq

İsveç səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Professor: Azərbaycan Cənubi Qafqazda və Türk dünyasında geosiyasi əhəmiyyətini daha da gücləndirib

Arslan Növrəsli: Zövqlü musiqiçi yetişdirmək üçün tələbə peşəkar musiqi nümunələrini dinləməlidir VİDEO

Arslan Növrəsli: Zövqlü musiqiçi yetişdirmək üçün tələbə peşəkar musiqi nümunələrini dinləməlidir VİDEO

Uandayi: Azərbaycanın zəngin təcrübəsinin Keniya ilə bölüşülməsi ölkəmizin enerji mənbələrinin səmərəli istifadəsinə mühüm töhfə ola bilər

Şeirimizdə və yazılı abidələrimizdə insan haqları - elmi sessiya

Çində Əjdaha Qayıqları Bayramı günlərində dəmir yolu ilə 83 milyon sərnişinin daşınacağı gözlənilir

NATO nüvə potensialının modernləşdirilməsi ilə bağlı razılığa gəldiyini bəyan edib

Rusiya Ermənistana etiraz notası göndərib

“Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” V gənclər düşərgəsi başa çatıb

OPEC+ 2030-cu ildən sonra bazar payını artıracaq

Baş Qərargah rəisi MDB iştirakçı dövlətləri Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edib

Nazir müavini: Azərbaycan Orta Dəhlizin inkişafında mühüm rol oynayır

Anar Axundov: Azərbaycan rəqabətqabiliyyətli güzəştlər təqdim edən sənaye zonaları şəbəkəsi formalaşdırıb VİDEO

Anar Axundov: Azərbaycan rəqabətqabiliyyətli güzəştlər təqdim edən sənaye zonaları şəbəkəsi formalaşdırıb VİDEO

Çempionlar Liqası: “Neftçi”nin rəqibi bəlli olub

Türk İnvestisiya Fondu ilə maliyyə institutları üzrə əməkdaşlığın genişləndirilməsi imkanları dəyərləndirilib

Azərbaycanın mötəbər beynəlxalq tədbirə ev sahibliyi etməsi ölkəmizin nüfuzunu daha da yüksəldir - ŞƏRH

Qlobal neft tələbatı 2050-ci ildə gündəlik 124,1 milyon barelə çatacaq

Norveç dünyada ilk gəmi tunelini tikir

Müəllimlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin ikinci günü yekunlaşıb

Neftçalada Xəzər dənizinə 50 min ədəd nərə cinsli balıq körpəsi buraxılıb

Nazir müavini: Azərbaycan üçün yaşıl keçid təkcə ekoloji prioritet deyil, həm də böyük investisiya imkanları deməkdir

2050-ci ildə qlobal enerji istehlakının 23 faiz artacağı gözlənilir - HESABAT

“İstedadın ilk addımları” sərgisi balaca rəssamların yaradıcılıq dünyasını təqdim edib

Azərbaycan ilə Rumıniya arasında iqtisadi və ticarət əməkdaşlığının əsas istiqamətləri dəyərləndirilib

Ekspert: Uşaqlarda rəqəmsal təhlükəsizlik mədəniyyətinin formalaşdırılması vacibdir

Azərbaycan dünya trendindən geri qalmır – ŞƏRH

AzMİU və Ankara Universiteti daşınmaz əmlakın idarə edilməsi üzrə ikili diplom proqramına başlayır

Xaricdə təhsil üzrə yeni imkanlar sərgi iştirakçılarının diqqətinə çatdırılır

Azərbaycan və Monteneqro ombudsmanları əməkdaşlıq əlaqələrini genişləndirir VİDEO

Azərbaycan və Monteneqro ombudsmanları əməkdaşlıq əlaqələrini genişləndirir VİDEO

Büdcə vəsaitlərinin 3,5 faizi kənd təsərrüfatı sahəsinin maliyyələşdirilməsinə xərclənib

Bakı Sammitində şəxsi məlumatların qorunması ilə bağlı çağırışlar səsləndirilib

Azərbaycanın kamandan oxatanı IV Avropa Oyunlarında iştirak üçün kvota qazanıb

Bakıda İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı Konfransının sessiyası keçiriləcək

AMEA-da elmi fəaliyyətin bal sistemi ilə qiymətləndirilməsi üzrə yeni model

Qazaxıstan vətəndaşları mal və xidmətlərin ödənişi üçün vahid QR koddan istifadə edə biləcəklər

Nazirlik rəsmisi: Azərbaycanda kənd təsərrüfatında 33 süni intellekt layihəsi tətbiq olunacaq

AFFA rəsmisi: ABŞ, Kanada və Meksikadakı isti hava şəraiti oyunçulara əlavə yük yaradır

Kapitan və komandir heyəti sertifikatlarının yenilənməsi sadələşdirilir

Azərbaycan-Rusiya parlament əlaqələrinə dair fikir mübadiləsi aparılıb

Fransa və Estoniya arasında müdafiə sahəsində əməkdaşlıq genişləndirilir

Xankəndi “SocGov 2026” beynəlxalq konfransına ev sahibliyi edəcək

Azərbaycan Milli Məclisi və Rusiya Federal Məclisi Parlamentlərarası Əməkdaşlıq Komissiyasının 24-cü iclası olub VİDEO

Azərbaycan Milli Məclisi və Rusiya Federal Məclisi Parlamentlərarası Əməkdaşlıq Komissiyasının 24-cü iclası olub VİDEO

Müəllimlərin ixtisasartırma proqramlarına rəqəmsal təhlükəsizlik mövzusunun daxil edilməsi təklif olunur

Azərbaycanda taxıl biçini üçün sahələrə cəlb olunmuş kombaynların sayı açıqlanıb

Azərbaycan ilə IFAD arasında əməkdaşlıq genişləndirilir

Ombudsmanların Bakı Sammitində süni intellektin əmək bazarına və məşğulluğa təsiri müzakirə olunub