Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qurultay çərçivəsində lobbi quruculuğuna həsr olunmuş panel iclası maraqlı müzakirələrlə yadda qalıb [YENİLƏNİB] VİDEO

Bakı, 4 iyun, Əsəd Məmmədov, AZƏRTAC

İyunun 4-də Dünya Azərbaycanlılarının IV Qurultayı çərçivəsində “Lobbi quruculuğu: dəyişən geosiyasi reallıqlar yeni qlobal iqtisadi tendensiyalar kontekstində” mövzusunda panel iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Amerika Azərbaycanlıları Şəbəkəsinin icraçı direktoru Adil Bağırovun moderatorluğu ilə keçirilən iclasda müxtəlif ölkələrin siyasi elitaları və mediası ilə əlaqələrin vəziyyətindən, Azərbaycanın tərəfdaş və qeyri-tərəfdaş ölkələrdə lobbiçilik fəaliyyətini səciyyələndirən xüsusiyyətlərdən bəhs edilib.

Avropa Azərbaycanlıları Konqresinin prezidenti Samira Patzer-İsmayılov qeyd edib ki, son beş ildə dünyada bir sıra geosiyasi dəyişikliklər baş verib. Müşahidə olunan qlobal iqtisadi böhrana baxmayaraq Azərbaycan öz inkişaf yolunu davam etdirib.

Lobbi məfhumu haqqında məlumat verən Samira İsmayılova qeyd edib ki, lobbiçilik həm siyasi, həm də iqtisadi maraqlara xidmət etməklə yanaşı, konkret məqsədlər güdməlidir. Lobbiçiliyin əsas işlərindən biri də yerli KİV-lərlə əlaqələri gücləndirməkdir. Lobbiçilik fəaliyyəti ən yüksək dairələrdə həyata keçirilməlidir. Bu, rəsmi xarakter daşımamalı, sırf xalq diplomatiyası səviyyəsində olmalıdır. Lobbiçilik fəaliyyəti həmin dövlətlərin qanunları çərçivəsində həyata keçirilməlidir. Buna görə də lobbiçilik fəaliyyəti ayrı-ayrı dövlətlərdə fərqli şəkildə həyata keçirilə bilər. Belə bir fəaliyyət Azərbaycan reallıqları baxımından çox zəruridir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək göstərmək diasporumuzun qarşısında duran ən ümdə vəzifə olmalıdır.

Benilüks Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımov deyib: “Avropalılar heç vaxt digər xalqların nümayəndələrinə eyni münasibət bəsləmirlər. Odur ki, biz bu ölkələrin siyasi həyatında fəal rol oynamaqla, inam qazanmaqla əlaqələrimizi genişləndirməliyik. Lobbiçilik həm də digər xalqların nümayəndələrini Azərbaycan naminə fəaliyyətə cəlb etməkdədir. Diaspor diplomatiyasının gücləndirilməsi bu gün çox zəruridir. Çünki bir ölkənin vergi ödəyicisi olan həmvətənimiz peşəkar diplomatların edə bilməyəcəyini edə bilər”.

“Azİz” Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının təsisçisi və prezidenti İosif Şaqal qurultayın təşkilatçılarına təşəkkürünü bildirib. Vurğulayıb ki, əgər azərbaycanlılar yaşadıqları ölkənin siyasi dairələrində təmsil olunsalar, bu, bizim səmərəli fəaliyyətimizə təkan verəcək. Lobbiçilik fəaliyyətində siyasi dairələrlə əlaqələrin qurulması da vacib şərtdir. Hər hansı tədbiri keçirməklə yanaşı, Azərbaycan tarixi haqqında həmin ölkə vətəndaşlarını, ən yüksək dairələri məlumatlandırmaq lazımdır. Belə olan halda, hər hansı siyasətçi və ya sadə vətəndaş Azərbaycanla bağlı atacağı addımlarda daha düzgün qərarlar verəcək. Xaricdə yaşayan azərbaycanlılar ilk növbədə öz övladlarını Azərbaycan ilə bağlı məlumatlandırmalıdır.

Paris Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva deyib ki, lobbiçilik fəaliyyətində əlaqələndirmə çox güclü olmalıdır. Birgə fəaliyyət olmadan nəyəsə nail olmaq çox çətindir. Başqa ölkədə doğulub boya-başa çatan bir uşağın Azərbaycan haqda çox az məlumatlı olması bu gün qarşılaşdığımız aktual problemlərdəndir. Azərbaycanın himnini, tarixini bilməyən bir uşaqdan gələcəkdə hər hansı lobbiçilik fəaliyyəti gözləmək çox çətindir. Xaricdə yaşayan hər bir azərbaycanlının yaşadığı ölkənin siyasi, ictimai həyatında fəal rol oynamasının vacibliyini vurğulayan Mirvari Fətəliyeva deyib: “Bildiyiniz kimi, Fransa erməni diasporunun güclü olduğu ölkələrdəndir. Biz hər addımda ermənilərlə gərgin mübarizə aparmalı oluruq. Erməni diasporunun təbliğatına qarşı da müxtəlif yollarla mübarizə aparırıq. Bu istiqamətdə ən vacib təbliğat sahələrindən biri də yerli KİV-dir. Fəaliyyət göstərdiyimiz ölkələrin media nümayəndələri ilə tez-tez görüşlər keçirməliyik. Mətbu orqanların nəşrlərində məqalələr dərc edilməlidir”.

Amerika Azərbaycan Şurasının sədri Ceyhun Mollazadə bildirib ki, bu gün Amerika Birləşmiş Ştatlarında lobbiçilik fəaliyyəti müəyyən qanunlar çərçivəsində həyata keçirilir. Lobbiçilik fəaliyyətinin təşkili zamanı müasir texnologiyaların imkanlarından geniş istifadə olunmalıdır. Belə ki, müəyyən portallar yaratmaqla, eyni zamanda, sosial şəbəkələrin imkanlarından istifadə etməklə də ölkəmiz haqqında informasiyaların yayılmasına nail ola bilərik. Azərbaycanlıların yaşadıqları ölkələrin ictimai-siyasi həyatındakı roluna toxunan C.Mollazadə qeyd edib ki, seçkilərdə, müəyyən tədbirlərdə iştirak etməklə biz bu ölkədəki siyasi dairələrlə, qurumlarla əlaqələri genişləndirə bilərik. Bu da gələcəkdə onlarla Azərbaycan maraqları naminə işləməkdə bizə kömək olar.

Ukraynada yaşayan azərbaycanlıların artıq lobbiçilik fəaliyyəti ilə məşğul olduğunu bildirən Ukrayna-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Murad Ömərov deyib ki, siyasətçilərlə, KİV ilə əlaqələr qurulub. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasi dairələrin düzgün məlumatlandırılması istiqamətində iş aparılır. Diqqətə çatdırılıb ki, artıq bu gün dünyada düzgün azərbaycanlı imici formalaşdırılıb. Digər ölkələrin siyasətçiləri, alimləri, sadə vətəndaşları bizim reallıqları qəbul edirlər, bizə inanırlar.

Raynland-Pfalts əyaləti parlamentinin deputatı Rəhim Şmit lobbiçilik fəaliyyətinə siyasi yanaşmanın əhəmiyyətli olduğunu deyib. O qeyd edib ki, ölkənin xarici siyasətində əsas götürdüyü prioritet məsələlər diaspor, o cümlədən lobbiçilik fəaliyyətinin də əsas istiqamətini təşkil etməlidir.

Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar rəhbərlik etdiyi qurumun lobbiçilik fəaliyyəti istiqamətindəki əldə olunan uğurlarından bəhs edib. Qeyd edib ki, bütün məsələlərdə olduğu kimi, diaspor fəaliyyətində də yalnız birgə, əlaqəli işlə uğur qazanmaq mümkündür. O, həmçinin sosial şəbəkələr vasitəsilə də diaspor fəaliyyətinin genişləndirilməsinin önəmini vurğulayıb.

“Ukraynalı və Azərbaycanlı Ziyalılar Assambleyasının” sədri Fərhad Turanlı lobbiçilik fəaliyyətinin daha da gücləndirilməsi üçün müvafiq simpoziumların keçirilməsinə, elmi araşdırmaların aparılmasına, yerli dillərdə kitabların nəşr olunmasına xüsusi diqqət ayrılmasının vacibliyini vurğulayıb. İlk növbədə xaricdə yaşayan ziyalılarımızın, o ölkələrin dövlət qurumlarında, parlamentində təmsilçiliyinə nail olmalıyıq.

Köln və ətrafındakı Türk dərnəklərinin Koordinasiya Şurasının sədr müavini Rehan Gündoğan diaspor təşkilatlarının fəaliyyətlərini müəyyən proqramlar üzərində qurmalarının, qarşıya qoyulan hədəflərin dəqiq müəyyənləşdirilməsinin önəminə diqqət çəkib.

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi İctimai Birliyinin sədri İlham İsmayılov deyib: “Diaspor fəaliyyətinin lobbiçilik fəaliyyəti ilə tamamlanması çox önəmlidir. Bu məsələdə fikir ayrılığı olmamalıdır. Çünki bu, ümummilli işdir və hər birimizin mənəvi borcudur.

Qurultay çərçivəsində lobbi quruculuğuna həsr olunmuş panel iclası maraqlı müzakirələrlə yadda qalıb [YENİLƏNİB] VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb

İndoneziyada turist gəmisi batıb: 23 yaşlı təlimatçı itkin düşüb

ABŞ Ordusu Latın Amerikasında narkotik qaçaqmalçılığına qarşı təlimlərə başlayır

Almaniyanın keçmiş kansleri ölkəsinin rəqəmsallaşmada geridə qaldığını etiraf edib

NASA: ABŞ və Kanada astronavtları günəş panelləri quraşdırmaq üçün kosmosa gedəcəklər

Şimali Koreya dənizdə yeni strateji raketlərini sınaqdan çıxarıb

Albaniyada baş verən iğtişaşlarda 29 nəfər yaralanıb

Donald Tramp: Məxfi məlumatları sızdıranlar ya həbs olunmalı, ya da güllələnməlidir

Əlverişsiz hava şəraitinə görə 40-dan çox təyyarə İstanbula enə bilmədi

Fransada təhsil böhranı: 200-dən çox lisey bağlanıb, minlərlə saxlanılan var

Tramp: Kanada ABŞ-nin 51-ci ştatına çevriləcək

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Çempionlar Liqası: "Fənərbağça" darmadağın olub, PSJ və "Real Madrid" qələbə qazanıb

Azərbaycan Respublikası Media və Yayım Şurasının və Səhiyyə Nazirliyinin birgə açıqlaması

Çində dinozavra bənzəyən qədim quş qalıqları tapılıb

“Politico”: Ukrayna ilə dəniz ticarəti aparan investorlar risklərlə üzləşirlər

Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi

Danimarka Almaniya ilə sərhəddə nəzarət tədbirlərini 2027-ci ilin mayınadək uzadıb

Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir

Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib VİDEO

Cəlilabadda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb

Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO

Milli birlik, güclü dövlətçilik və məqsədyönlü inkişaf Azərbaycanın gələcək uğurlarının təməlidir

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər

Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb  YENİLƏNİB VİDEO

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər

Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər

“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur

“Rebuild Garabagh-2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub VİDEO

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib VİDEO

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib VİDEO

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib

Məktəblərdə vahid geyim forması dünyəvi təhsil prinsipinin qorunmasına xidmət edir - RƏY

Rusiyalı turist: Kəlağayı yürüşü özünəməxsusluğu və milli koloriti ilə diqqətimizi cəlb etdi

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı üzrə hədəf göstəriciləri müəyyənləşdirilib

Hörmüzdə təhlükəsizlik risklərinin artması Yaxın Şərqdən neft və neft məhsulları ixracına yenidən təzyiq göstərir

“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib

Milli dəyərlər, ideoloji təhlükəsizlik və inkişaf hədəfləri - Beyləqanda müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyi 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunur

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib

ATO rəhbəri: Müdafiə sənayesi dövlətlərin texnoloji müstəqilliyinin əsasını təşkil edir

Dmitri Şeqolev: Bakı çox rahat və eyni zamanda sürətlə inkişaf edən şəhərdir

“Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması təşkil olunub

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqindən irəli gələn məsələlər Tovuzda müzakirə olunub

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

Baş nazir: İraq region ölkələrinə hücumlar üçün ərazisindən istifadəyə icazə verməyəcək

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

Daş heykəllər: Dmanisidəki qoç heykəlləri nədən xəbər verir... REPORTAJ

® “Rabitəbank” 2026-cı ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb

ABŞ-nin addımı Avropanı ciddi düşünməyə vadar edib

Arzu Hacıyeva: Güclü dövlət birlik, həmrəylik və resursların ədalətli bölüşdürülməsi əsasında qurulur MÜSAHİBƏ

Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir

Naxçıvanda yaradıcılıq müsabiqələrinin qalibləri mükafatlandırılıb

Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub

18 yaşında yazılan şəhidlik dastanı...

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib – EKSKLÜZİV

® “AccessBank” 2026-cı ilin 3-cü rübünün sonuna olan maliyyə hesabatını açıqlayır

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib

Beynəlxalq dil imtahanlarında uğurun sirləri: tələbələrə bu barədə tövsiyələr verilib

® “Azercell”in dəstəyi ilə Bakıda “AWS Agentic Football Cup” - süni intellekt komandaları arasında virtual futbol turniri keçiriləcək

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

Buxarada “Arşın mal alan” operettası nümayiş etdirilib

Kazım Abdullayev: Şagirdlər təhsil müəssisəsinin daxili qaydalarına riayət etməlidirlər

“Şəki” ES-də indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb