İDMAN
Azərbaycan güləşçisi Nataliya Sinişin XXXI Yay Olimpiya Oyunlarının bürünc medalına sahib olub [YENİLƏNİB] VİDEO














Bakı, 19 avqust, AZƏRTAC
Avqustun 18-də Azərbaycanın qadın güləşçisi Nataliya Sinişin Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb.
AZƏRTAC xəbər verir ki, güləş yarışlarının beşinci günündə 53 kiloqram çəki dərəcəsində çıxış edən Nataliya Sinişin ilk görüşündə yaponiyalı 13 qat dünya və üçqat Olimpiya çempionu Saori Yoşidaya məğlub olub. Rəqibin finala yüksəlməsi ilə güləşçimiz təsəlliverici görüşlərdə iştirak hüququ qazanıb. Bürünc medala gedən yolda güləşçimizin ilk rəqibi seneqallı Elezabet Sambu olub. Rəqibini məğlub edən Nataliya Sinişin üçüncü yer uğrunda görüşdə venesuelalı Angelisa Arquelladan üstün olub və XXXI Yay Olimpiya Oyunlarının bürünc medalını qazanıb.
AZƏRTAC-ın arayışı: Nataliya Sinişin —1985-ci il iyulun 3-də Ukraynanın Sosnivka şəhərində anadan olub. 2006-cı və 2009-cu il dünya çempionatlarının bürünc medalçısıdır. Güləşçi 2015-ci ildə Azərbaycanın paytaxtı Bakıda keçirilən ilk Avropa Oyunlarında bürünc medal qazanıb.
Nataliya Sinişin 2009-cu ildə Vilnüsdə, 2012-ci ildə Belqradda və 2016-cı ildə isə Riqada Avropa çempionatının qızıl medalına sahib olub.