İDMAN
“Rio-2016”: Marina Durunda finalda [YENİLƏNİB] VİDEO
Azərbaycan gimnastı Marina Durunda 26 idmançı arasında ilk səkkizliyə düşərək finalda iştirak hüququ qazanıb.
Marina Durunda yarışa həlqə ilə hərəkətlə start verib. Xalçaya üçüncü çıxan idmançımız bu mərhələdə hakimlərdən 17,466 xal alıb. O, ikinci hərəkətində topla bacarığını nümayiş etdirib. Gimnastımızın bu çıxışı da eyni xalla qiymətləndirilib. Atletimiz üçüncü cəhdində gürzlə hərəkətlər nümayiş etdirərək bu dəfə 17,683 xal toplayıb. Sonuncu hərəkətdə isə lentlə bacarığını göstərən Marina Durunda 17,733 xalla qiymətləndirilib.
Səkkiz gimnastın iştirakı ilə keçiriləcək final mərhələsi bu gün baş tutacaq.
Bakı, 19 avqust, AZƏRTAC
17:36
Avqustun 19-da “Rio-2016” Olimpiya Oyunlarında bədii gimnastika yarışlarına start verilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanı Braziliyada təmsil edən gimnastımız Marina Durunda Olimpiadada debüt edir. Atletimiz çoxnövçülük yarışında mübarizəyə qoşulub. Avropa Oyunlarının gümüş medalçısı təsnifat mərhələsində finala vəsiqə qazanmağa çalışacaq. Bunun üçün o, gürz, lent, top və həlqələrlə hərəkətlərdə maksimum xal toplamalıdır.
İyirmi altı idmançının yerinə yetirəcəyi 4 hərəkətin yekununda səkkiz finalçı müəyyənləşəcək. Həlledici mərhələ avqustun 20-də saat 22:20-də başlanacaq.