CƏMİYYƏT


“ASAN Könüllüləri” Təşkilatı və Heydər Əliyev mərkəzləri sosial layihəyə start verib

Bakı, 21 avqust, AZƏRTAC

“ASAN Könüllüləri” Təşkilatı və Heydər Əliyev mərkəzləri Ulu Öndərin siyasi kursunun, azərbaycançılıq və dövlətçilik ideologiyasının təbliği, region gənclərinin təcrübə imkanlarının, bilik və bacarıqlarının artırılması, könüllülük fəaliyyətinin təşviqi məqsədilə sosial layihəyə start verib.

Təşkilatdan AZƏRTAC-a bildiriblər ki, layihə çərçivəsində Bərdə, Quba, Qəbələ, Mingəçevir və Masallı rayonlarındakı Heydər Əliyev mərkəzlərində region gəncləri ilə görüşlər keçirilir. Görüşlərdə ulu öndər Heydər Əliyevin dövlətçilik fəaliyyəti, əlamətdar tarixi hadisələr, dövlət quruculuğu, gənclərin dünyagörüşünün və sosial-siyasi fəallıqlarının artırılması ilə bağlı məlumat verilir, müzakirələr aparılır. Həmçinin gənclər üçün kompüter və dil kursları, şahmat oyunları, kino günləri, kitab klubu, “dəyirmi masa”lar təşkil olunur.

Layihə çərçivəsində Azərbaycanın regionlarında davamlı olaraq tədbir, təlim, kurs, seminar və digər görüşlərin keçirilməsi nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.