CƏMİYYƏT


Anar Bağırov: Ölkəmizdə müstəqil vəkilliyin yaranmasının təşəbbüskarı Heydər Əliyev olub

Bakı, 10 may, AZƏRTAC 

Azərbaycanda müstəqil vəkilliyin yaranmasının təşəbbüskarı Heydər Əliyev olub. Ölkəmizdə vəkilliyin təşəkkül tapmasında ulu öndər Heydər Əliyevin rolu əvəzsizdir.

AZƏRTAC xəbər verir ki, bunu Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov jurnalistlərə müsahibəsində deyib.

A.Bağırov bildirib: “Ulu öndər Heydər Əliyevin əziz xatirəsi xalqımızın qəlbinə əbədi həkk olunub. Təbii ki, Azərbaycan vəkilləri də dahi şəxsiyyətin əziz xatirəsinə daim ən yüksək ehtiramlarını bildirirlər. 1999-cu ildə ölkəmizdə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunun qəbulu ilə Azərbaycan vəkilliyi müstəqillik əldə etdi. Azərbaycan postsovet məkanında vəkilliyə müstəqillik verən ilk dövlətlərdən biri olub. Həmin vaxt reallaşdırılan hüquq islahatları çərçivəsində ulu öndər Heydər Əliyev belə bir qətiyyətli addım atdı. Bütün sivil ölkələrdə olduğu kimi, Azərbaycan vəkilliyi müstəqillik əldə etməklə vətəndaşların hüquqlarının müdafiəsi və onlara keyfiyyətli hüquqi yardım göstərməklə öz sözünü deyib. Ulu öndər Heydər Əliyevin böyüklüyü, dahiliyi sayəsində məhz bu cür islahatlar aparıldı. O zaman vəkilliyin inkişafının təməlini ümummilli lider Heydər Əliyev müəyyənləşdirdi. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaranan vəkillik təsisatı bu gün də inamla inkişaf edir və vətəndaşlarımıza keyfiyyətli hüquqi yardımın göstərilməsi üçün lazımi səylər göstərir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.