SİYASƏT


Azərbaycanın XİN rəhbəri GUAM-Yaponiya Nazirlər görüşündə iştirak edib

Bakı, 25 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində keçirilmiş GUAM-Yaponiya Nazirlər görüşündə iştirak edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iclasın yekununda “GUAM-Yaponiya mətbuat açıqlaması” qəbul edilib.

Mətbuat açıqlamasında tərəflər BMT Nizamnaməsində əks olunmuş prinsiplər də daxil olmaqla, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərini bir daha təsdiq ediblər və GUAM məkanındakı münaqişələrin suverenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət prinsipləri əsasında tezliklə həllinə yönəlik beynəlxalq səylərinin əhəmiyyətini vurğulayıblar.

Həmçinin, tərəflər regional və regionlararası müstəvilərdə sülh, təhlükəsizlik və sabitliyin təmin olunması məqsədi daşıyan genişləndirilmiş GUAM-Yaponiya əməkdaşlığının mühüm əhəmiyyətini qeyd ediblər və əlaqələrini gələcəkdə daha da genişləndirmək və möhkəmləndirməyə davam edəcəkləri öhdəliklərini bir daha təsdiq ediblər.

Hər iki tərəf yalnız GUAM-Yaponiya əməkdaşlığı üzrə deyil, həmçinin bir sıra regional və qlobal məsələlər üzrə yüksək səviyyəli dialoqu qoruyub saxlamağa maraqlı və hazır olduqlarını bir daha təsdiq ediblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.