Azərbaycan Dövlət İnformasiya Agentliyi

Deputat: Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi nəzərəçarpan nəticələr verməkdə davam edir

Deputat: Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi nəzərəçarpan nəticələr verməkdə davam edir

Bakı, 15 yanvar, AZƏRTAC

Bir neçə gün əvvəl Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi zamanı səsləndirdiyi fikirlər Azərbaycanın daxili və xarici siyasətinin əsas istiqamətləri barədə aydın, sistemli və açıq məlumatları özündə ehtiva edirdi. Dövlətimizin başçısı müxtəlif məsələlərlə yanaşı, parlamentimizə birbaşa aidiyyəti olan bir təşəbbüs, Qoşulmama Hərəkatına üzv ölkələrinin parlament nümayəndələrinin Bakıya toplanması ilə bağlı əsaslı razılığın əldə edildiyi barədə məlumat verdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nigar Arpadarai söyləyib.

Deputat deyib: “Məlum olduğu kimi, Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyi daha bir il uzadılıb. Prezident İlham Əliyev müsahibəsində bu müddət ərzində Hərəkatın qismən institusionallaşması üçün istifadə ediləcəyini də bildirdi. Fikrimcə, bu, çox vacib xəbərdir və bunun bir neçə səbəbi var. Biz müharibə zamanı Qoşulmama Hərəkatının dəstəyinin aydın şəkildə şahidi olduq. Amma 44 günlük Vətən müharibəsi dövründə əksər təşkilatlar ədalət və beynəlxalq hüquq prinsiplərinə uyğun olmayan mövqe sərgilədilər. BMT, ATƏT, Avropa Şurası, Aİ və digər təşkilatlar çox təəssüf ki, mühüm məqamda böyük oyunçuların təşkilatlar daxilində mövqeyini qoruduqlarını, onların maraqlarını dəstəklədiklərini bariz şəkildə nümayiş etdirdilər. Böyük güclər sözügedən təşkilatlara kiçik dövlətləri susdurmaq vasitəsi kimi baxmaları təəssüf doğuran məqamlardandır. Buna baxmayaraq, Azərbaycan nəticə etibarilə bu təşkilatlarda antiazərbaycan koalisiyasının yaradılmasının qarşısını alaraq, haqlı mövqeyini qorumağı bacardı. Amma daxilən hər birimizin ürəyində həmin təşkilatların Azərbaycanın ədalətli mövqeyini dəstəkləməməsi təəssüratı var idi. Qoşulmama Hərəkatında isə əksinə, onun üzvlərinin düzgün və dürüst mövqe nümayiş etdirdiklərini gördük. Çünki bu hərəkatda böyük dövlətlərin hökmranlığı yoxdur. Azərbaycanın sədrliyi, ilk növbədə, dövlətimizin başçısının, Hərəkatın sədrinin dünyanın ən təcrübəli və güclü diplomatlarından biri olması nəzərəçarpan müsbət nəticələr verməkdədir”.

Ötən ilin noyabrın 28-də Madriddə Parlamentlərarası İttifaqın 143-cü Assambleyası çərçivəsində Qoşulmama Hərəkatının sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə təşkilatın Parlament Şəbəkəsinin təsis yığıncağının keçirildiyini bildirən deputat bildirib ki, iclasa sədrlik edən Milli Məclisin sədri Sahibə Qafarova digər ölkələrdən olan həmkarlarının da bu təşəbbüsə cəlb olunması üçün geniş sayda ikitərəfli görüşlər keçirib. Həmçinin Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin növbəti iclasının 2022-ci ildə Azərbaycanda keçirilməsinə dair razılığın əldə olunması çox önəmli hadisədir. Çünki bu, strateji əhəmiyyət daşıyaraq, ölkəmizin maraqlarına cavab verən bir məsələdir. Hesab etmək olar ki, bu, müstəqilliyinə dəyər verən və dünya liderlərinin hegemonluğu şəraitində yaşamaq istəməyən ölkələrin maraqlarına da cavab verir.

Dünyada bir neçə parlamentlərarası platforma var ki, onların ən qədimi və nüfuzlusu Avropa Şurası Parlament Assambleyasıdır (AŞPA). Azərbaycan AŞPA-nın tamhüquqlu üzvüdür. Lakin buna baxmayaraq, AŞPA elə qurulub ki, o, ilk növbədə, Avropanın əsas oyunçularının siyasi maraqlarına xidmət etməkdədir. Bir çox hallarda böyük platformalardan kiçik dövlətlərə təzyiq aləti kimi istifadə olunur. Heç şübhəsiz, AŞPA mühüm platformalardan biridir və yuxarıda qeyd olunanlara baxmayaraq, onun işində fəal iştirak etmək ölkəmiz üçün faydalıdır. Ancaq onu da unutmamalıyıq ki, orada gündəmi formalaşdıranlar böyük dövlətlərdir. Bununla belə, qeyd etmək lazımdır ki, AŞPA-nın özündə müxtəlif ölkələrdən çoxlu sayda layiqli, həqiqətən azad və dialoqa açıq nümayəndələr yer alır.

“Bizim üçün Qoşulmama Hərəkatının parlamentlər şəbəkəsinin yaradılmasına dəstək vermək gündəliyin böyük oyunçular tərəfindən deyil, bərabərhüquqlu tərəfdaşlar və iştirakçılar tərəfindən formalaşdırılacağı arenanın yaradılması istiqamətində bir addımdır”, - deyən Nigar Arpadarai vurğulayıb ki, Azərbaycan Prezidentinin bu istiqamətdə fəaliyyəti həm ölkəmiz, həm də digər iştirakçılar üçün xüsusilə önəm kəsb edir”.

Deputat əlavə edib ki, belə platformaların yaradılması asan proses deyil, çünki bu, çox sayda ölkənin maraqlarının nəzərə alınmasını, müəyyən mərhələlərdə kompromislərə gedilməsini tələb edir. Odur ki, görülən bütün hazırlıq işləri və Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin iclasının Bakıda keçirilməsi böyük əhəmiyyət daşıyır.

“Biz daim dəyişən siyasi aləmdə ATƏT, BMT və ya AŞPA kimi ənənəvi formatların ölkəmizlə ədalətli münasibətlər qurmasına çalışaraq yeni formatlar yaratmalıyıq. Bu zaman köhnə parlamentlərarası təşkilatlar da islahatlarını sürətləndirəcək. Çünki onlar dəyişikliklərin və yeni reallıqların qaçılmazlığını artıq bariz şəkildə qəbul edəcəklər”, - deyə deputat fikirlərini yekunlaşdırıb.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Bu saata olan əsas xəbərlər

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

“Environmental Protection First” koalisiyası COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

Prezident İlham Əliyevin mesajları Qərb institutlarına ciddi xəbərdarlıq idi ŞƏRH

Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur

“Təxəyyülün köçəri ocağı”: Keçmişin izləri müasir incəsənətdə

Azərbaycanlı xanım fermer FAO-nun “100 Qadın Qəhrəmanı”ndan biri seçilib

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Sabitlik və milli həmrəylik Azərbaycanın qarşıya qoyduğu strateji hədəflərə çatması üçün əsas şərtdir

Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə Komitənin kollektivinə və paralimpiyaçılara

Gəncə Dövlət Universitetində Müstəqilliyin Bərpası Günü qeyd edilib

Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər

Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir

Vətən müharibəsi qazisi: Vətənə sevgi, dövlətə sədaqət və milli birliyimizin qorunması hər birimizin məsuliyyətidir

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Dövlət Statistika Komitəsi son illərdə 212 mindən çox nəzarət markası sifariş edib

Mədəniyyət naziri Adil Kərimli Füzuli şəhərində vətəndaşların müraciətlərini dinləyib

Taleh Kazımov: 2027-2030-cu illərin iqtisadi gündəliyindəki struktur islahatlar şaxələndirmənin miqyasını və sürətini müəyyən edəcək

Azərbaycan regionda sülhün və sabitliyin təmin olunmasında mühüm rol oynayır - ŞƏRH

ICESCO-nun Bakı Regional Ofisi 12-ci Beynəlxalq Kitab Sərgisində xüsusi pavilyonla təmsil olunacaq

218 nömrəli yeni marşrut xətti istifadəyə verilir

Mərkəzi Bank 2026-cı və 2027-ci illər üzrə inflyasiya proqnozlarını açıqlayıb

BDU Özbəkistanın 9 universiteti ilə əməkdaşlığa başlayır

Taleh Kazımov: Bu il strateji valyuta ehtiyatımız 700 milyon dollar artıb

Nurcan Kelbuqanov: TBNM müasir, rəqəmsal, multimodal marşruta çevrilməlidir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub

Binəqədi şosesində nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək

Xankəndidə BMU ilə Özbəkistanın iki ali təhsil müəssisəsi arasında memorandumlar imzalanıb

Azərbaycan və Banqladeş arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə edilib

Çexiyada Senata seçkilərin ikinci turu keçirilir

“Şahinlərin Görüşü-2026”da iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyəti ölkəmizə səfər edib

Energetika Nazirliyində YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib

Media nümayəndələrinə standartlaşdırma mövzusunda təlim keçirilib

Efiopiyada Tiqray bölgəsinə altıaylıq keçid administrasiyası yaradılıb

Mərkəzi Bankın sədri “Global Finance”a müsahibəsində Azərbaycanın maliyyə islahatlarından danışıb

Asimmetrik sintez: həyatın mənşəyi və dərman istehsalı baxımından yeni imkanlar

Avropada qazın qiyməti 2022-ci ilin dekabrından bəri ən yüksək səviyyədədir

“Şahinlərin Görüşü-2026” təlimində tapşırıqlar uğurla icra olunur

“Effektiv idarəetmə və makroiqtisadi göstəricilər” işçi qrupunun növbəti iclası baş tutub

Macarıstan Aİ-nin karbon qiymətləri sisteminin tətbiqinin təxirə salınmasını tələb edir

ARDNF-nin icraçı direktoru "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb

Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq

TƏBİB-in icraçı direktoru Qubada vətəndaşların müraciətlərini dinləyib

Müstəqilliyin bərpası Azərbaycan xalqının milli iradəsinin təcəssümüdür - universitetdə tədbir

Hadrutda “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Hadrutda “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevdən mühüm mesajlar: Müharibə bizim seçimimiz olmayıb VİDEO

Prezident İlham Əliyevdən mühüm mesajlar: Müharibə bizim seçimimiz olmayıb VİDEO

BDU-da “Azərbaycan dili - Açıq dərslər” layihəsi davam edir

Səyyar Gənclər Xidmətinin növbəti dayanacağı Ucar olub

Ermənistanın keçmiş rəhbərliyi Azərbaycan xalqına qarşı cinayətlərə görə məsuliyyət daşıyır RƏY

BVF ilə Dünya Bankının İllik Toplantılarında Azərbaycanın iqtisadi prioritetləri və beynəlxalq maliyyə əməkdaşlığı dəyərləndirilib

Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir

Qarabağ Universiteti “Rebuild Karabakh” sərgisində təmsil olunur

Diaspor nümayəndəsi: Tarixi əlaqələr Azərbaycanla Kamboca arasında əməkdaşlığın inkişafına töhfə verə bilər

“Xocavənd əməliyyatı” zamanı şəhid olan əfsanəvi kəşfiyyatçıların xatirəsi anılıb VİDEO

“Xocavənd əməliyyatı” zamanı şəhid olan əfsanəvi kəşfiyyatçıların xatirəsi anılıb VİDEO

BDU-da Müstəqilliyin Bərpası Günü qeyd olunub

Londonda Azərbaycanın maarifçilik tarixi və fəlsəfi irsi təqdim edilib

Beynəlxalq konfransda türk dilləri ilə bağlı araşdırmalar təqdim olunub

Türk ekspert: Azərbaycan Avrasiya məkanında enerji və nəqliyyat təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır

Nizami rayonunda Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr müzakirə olunub

Gənclərin zərərli ideoloji təsirlərdən qorunması əsas vəzifələrdəndir

Şərqşünaslıq İnstitutunda Azərbaycan dövlətçiliyi tarixinə dair mühazirə oxunub

“Qarabağ Hakatonu 2026” yarışması başa çatıb

Nürnberqdən Bakıya: Ermənistanın üç keçmiş prezidentinin cinayət məsuliyyəti məsələsi – TƏHLİL

Yeni Kaledoniyanın nikel sərvətləri uğrunda mübarizə: Kanak təşkilatlarından Aİ-yə etiraz

AQTA sədrinin vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Gəncədə son illərdə 15 mindən çox yeni iş yeri yaradılıb

AQTA: Qəhvəyi mərmər bağacığı ilə mübarizədə əhalinin fəallığı vacibdir