İlin beton istehsalçısının adı açıqlanıb
Bakı, 9 mart, AZƏRTAC
Xəbər verdiyimiz kimi martın 7-də “Buta Palace”da biznes sahəsində 2022-ci ilin yekunları üzrə “Azeri Business Award” milli mükafatının təqdimat mərasimi keçirilib.
Ölkəmizdə akkreditə olunan diplomatik korpusun təmsilçilərinin, dövlət qurumlarının, aparıcı şirkətlərin nümayəndələrinin, iş adamlarının və KİV təmsilçilərinin iştirak etdikləri tədbirdə mükafatlandırılanlar arasında “Crystal Beton” Qapalı Səhmdar Cəmiyyəti də olub. Şirkət təşkilatçılar tərəfindən “İlin beton istehsalçısı” mükafatına layiq görülüb.
Qeyd edək ki, Azərbaycanın ən böyük beton istehsalı şəbəkəsinə malik “Crystal Beton” şirkəti ötən illər ərzində ölkənin tikinti sektorunun formalaşmasına öz dəyərli töhfəsini verib və nəhəng tikinti layihələrinə imza atıb. Modern texnologiya və keyfiyyətli xammalla çalışan şirkət Bakı və Abşeron yarımadasında icra olunan bir sıra iri tikinti layihələrini yüksəkkeyfiyyətli möhkəm betonlarla təmin edir.
Hazırda “Crystal Beton” brendi altında şirkətin Binəqədi, Keşlə və Qobu qəsəbələrində və Xırdalan şəhərində 4 zavodu beton istehsalını həyata keçirir, tikinti-inşaat obyektlərinə yüksəkkeyfiyyətli beton verilməsini təmin edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.05.2026 [14:11]
Bakı Olimpiya Stadionu: WUF13-ə xoş gəlmisiniz! - FOTOREPORTAJ
- 17.05.2026 [13:49]
Türkiyə rəsmisi: Biz dağıtmağı deyil, qurmağı sevən millətik VİDEO
- 17.05.2026 [13:35]