Kardioloq: Həkim məsləhəti olmadan uşağa sakitləşdirici dərman vermək olmaz
Bakı, 27 fevral, AZƏRTAC
Uşağı həkimə göstərmədən, kiminsə məsləhəti ilə ona hansısa vitamin kompleksi vermək qətiyyən düzgün deyil.
AZƏRTAC xəbər verir ki, bunu uşaq kardioloqu, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının pediatrik-invaziv kardioloqu Elşən Rzayev deyib. Həkim bildirib ki, mütəxəssis məsləhəti olmadan azyaşlıya hansısa dərman, hətta vitamin olsa da, vermək onun üzərində təcrübə aparılmasına bənzəyir.
Onun dediyinə görə, bəzi valideynlər gecələri pis yatan, həddən artıq aktiv olan uşaqları sakitləşdirmək üçün onlara valeryan məhlulu verir və onun zərərsiz olduğunu düşünürlər: “Körpələri təbii vasitələrlə sakitləşdirməyin tərəfdarı deyiləm. Kardioloq tərəfindən müayinə olunmayan uşağa ürək sakitləşdirici dərman vermək qətiyyən düzgün addım deyil. Əgər uşaqda nevroloji problem müşahidə olunursa, özbaşına müalicə əvəzinə mütəxəssisə müraciət etmək lazımdır”.
Mütəxəssis bildirib ki, uşaqda əl və ayaq soyuqluğu, dərinin göyərməsinin olması qan dövranının pozulmasından xəbər verir: “Hər hansı səbəbdən ümumi qan dövranını təmin edə bilmir və bu halda kardioloji müayinə mütləqdir”.
Kardioloq qeyd edib ki, bəzi valideynlər böyüdükcə uşağın ürək döyüntüsünün azalmasından narahatlıq hissi keçirirlər, halbuki, bu, normal haldır: “Körpə doğulanda ürək döyüntüsü 130-150-dən başlayır. Uşaq böyüyüb yetkinlik yaşına çatdıqda həmin göstərici 70-80-ə enir. Ona görə də bəzi valideynlərin uşağın ürək döyüntülərinin aşağı olması ilə bağlı narahatlığı əsassızdır”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]
ÜST bir çox ölkədə COVID-19-un davamlı olması barədə xəbərdarlıq edib
ABŞ-da məktəbdə atışma baş verib
- [00:20]
Türkiyə Superliqası: “Fənərbağça”dan inamlı qələbə
- 09.02.2026 [23:08]
Nigeriyada yol qəzasında 30 nəfər ölüb
- 09.02.2026 [22:15]
Türkiyə və İranın XİN başçıları arasında telefon danışığı olub
- 09.02.2026 [21:14]
Misli Premyer Liqası: “Turan Tovuz” “Karvan-Yevlax”a qalib gəlib
- 09.02.2026 [20:56]
Sahib Paşazadə: Qarşıdakı dövrdə yeni kitabların nəşri planlaşdırılır
- 09.02.2026 [20:45]
Bakıda Əlişir Nəvainin 585 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib
- 09.02.2026 [20:28]
Gürcüstanda iki universitetin birləşməsi qərarı ləğv edildi
- 09.02.2026 [20:26]
ABŞ-ın vitse-prezidenti TRIPP fondunun yaradılacağını elan edib
- 09.02.2026 [20:07]
Vens: TRIPP layihəsi regiona tarixi transformasiya gətirəcək
- 09.02.2026 [19:55]
Leyla Bəyim: “Yeddi gözəl”in musiqisi dünyanın yaranış musiqisidir
- 09.02.2026 [19:28]
İnnovativ plastır orqanizmdə antibiotik səviyyəsini izləyir – tədqiqat
- 09.02.2026 [18:54]
“Qalatasaray”ın yetirməsi “Zirə”də
- 09.02.2026 [18:44]
“Barselona”nın prezidenti istefa verib
- 09.02.2026 [18:37]
MOK-un erməni idmançılarla bağlı müraciəti müsbət nəticələnib
- 09.02.2026 [18:17]
“Arsenal”ın İngiltərə çempionu olmaq şansı 91 faizdən çoxdur
- 09.02.2026 [17:59]
Özbəkistanlı professorla görüş: ədəbi əlaqələr yeni mərhələdə
- 09.02.2026 [17:54]
İsveçrəli xizəkçi Qış Olimpiya Oyunlarında nadir göstəriciyə imza atıb
- 09.02.2026 [17:45]
Agentlik: Ali təhsilli 176 nəfər peşə təhsili müəssisələrinə qəbul olub
- 09.02.2026 [17:39]
Pensiyalar indeksləşdirilərək 9,3 faiz artırılır
- 09.02.2026 [17:23]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 09.02.2026 [17:19]
Əmək pensiyaları indeksləşdirilir - SƏRƏNCAM
- 09.02.2026 [17:18]
“Peşə seçimi” testlərində iştirak etmək üçün qeydiyyat elan edilir
- 09.02.2026 [17:07]
Cənubi Koreya miqrantlar üçün dil biliklərinin yoxlanılmasını sərtləşdirir
- 09.02.2026 [17:07]
Avropa Komissiyası “Meta”ya etiraz bəyanatı göndərib
- 09.02.2026 [17:05]
Azərbaycan və Qazaxıstan paytaxtları arasında əməkdaşlıq genişlənir
- 09.02.2026 [17:01]
“Karar” qəzeti: Qars-Naxçıvan dəmir yolunun tikintisi tempi sürətləndirilir
- 09.02.2026 [16:49]
Gənc boksçular arasında Azərbaycan çempionatı start götürüb
- 09.02.2026 [16:39]
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib
- 09.02.2026 [16:36]
Azərbaycanın qida təhlükəsizliyi modeli Özbəkistanda tətbiq ediləcək
- 09.02.2026 [16:28]
Naxçıvan Muxtar Respublikasının Baş naziri kollektivə təqdim edilib
- 09.02.2026 [16:13]
İsveç hökuməti vətəndaşlıq almaq üçün tələbləri sərtləşdirir
- 09.02.2026 [15:45]