MƏDƏNİYYƏT


MƏRHUM SƏNƏTKAR RAUF ADIGÖZƏLOVUN XATİRƏ GECƏSİ KEÇİRİLMİŞDİR

Bakı Musiqi Akademiyasında milli ifaçılıq sənətimizin tanınmış nümayəndəsi, respublikanın əməkdar incəsənət xadimi, professor Rauf Adıgözəlovun xatirə gecəsi keçirilmişdir.

Akademiyadan AZƏRTAC-ın müxbirinə demişlər ki, çıxış edən natiqlər gözəl skripkaçı və pedaqoq kimi tanınan məlahətli səsi, dərin musiqi duyumu, yüksək səhnə mədəniyyəti və sənət vurğunluğu ilə seçilən mərhum sənətkarla bağlı unudulmaz xatirələrdən söhbət açmışlar.

Bildirilmişdir ki, Azərbaycanın xalq və bəstəkar mahnılarını özünəməxsusluqla ifa edən Rauf Adığözəlov milli musiqimizi ölkəmizdən kənarda da ləyaqətlə təmsil etmiş və ona hər yerdə şöhrət gətirmişdir.

Sonra Bakı Musiqi Akademiyasının müəllim və tələbələrinin ifasında Azərbaycan bəstəkarlarının əsərləri səslənmişdir.

Bəstəkarlar İttifaqının birinci katibi, xalq artisti, professor Vasif Adıgözəlov qardaşının xatirəsini yad etdiklərinə görə mərhumun ailəsi adından minnətdarlığını bildirmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.