MƏDƏNİYYƏT


MÜĞƏNNİNİN XATİRƏ GECƏSİ

Bakı Musiqi Akademiyasında əməkdar incəsənət xadimi, professor Rauf Adıgözəlovun xatirə gecəsi keçirilmişdir.

Gecədə çıxış edən natiqlər gözəl skripkaçı və pedaqoq kimi tanınan, məlahətli səsi, dərin musiqi duyumu, yüksək səhnə mədəniyyəti ilə seçilən mərhum sənətkarın yaradıcılığından söhbət açmış, xatirələrini söyləmişlər.

Bildirilmişdir ki, Azərbaycanın xalq və bəstəkar mahnılarını özünəməxsus tərzdə ifa edən Rauf Adıgözəlov milli musiqimizi ölkəmizdən kənarda da ləyaqətlə təmsil etmiş və ona hər yerdə şöhrət gətirmişdir.

Sonra Bakı Musiqi Akademiyasının müəllim və tələbələrinin ifasında Azərbaycan bəstəkarlarının əsərləri səslənmişdir.

Bəstəkarlar İttifaqının birinci katibi, xalq artisti, professor Vasif Adıgözəlov qardaşının xatirəsinə göstərilən ehtirama görə mərhumun ailəsi adından minnətdarlığını bildirmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.