MƏDƏNİYYƏT
Nazir bəzi heykəllərin üzərində yazıların kril əlifbası ilə qalmasına aydınlıq gətirib VİDEO
Bakı, 5 oktyabr, AZƏRTAC
Tarixi abidələrimiz Azərbaycanın mədəni sərvətidir və əcdadlarımızdan qalan mirasdır. Üzərində kril əlifbası ilə yazılar olan heykəllər sovet dövründə ucaldılmış abidələrdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamasında deyib.
"Biz də Azərbaycan dövləti olaraq onlara qayğı göstərməliyik, amma burada təkcə dövlət yox, məncə bütün vətəndaşlar öz mirasına, mədəniyyət abidələrinə sahib çıxmalıdır. Kril əlifbası ilə olan heykəllər Sovet İttifaqı dövründə ucaldılmış heykəllərdir. Hələ də köhnə əlifba ilə yazılmış yazılar var. Bu da bir tarixdir. Biz hər bir tarixə, hər bir ənənəyə hörmətlə yanaşmalıyıq. Əslində hər bir ənənəni saxlamaqla onun dəyərini artırmış oluruq", - deyə nazir qeyd edib.