CƏMİYYƏT


Nərimanov rayonunda oğurluq edən şəxsin digər cinayət əməlləri törətdiyi müəyyənləşib

Bakı, 12 oktyabr, AZƏRTAC

Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan R.Məmmədov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, onun barəsində aparılmış tədbirlər nəticəsində həmin şəxsin paytaxt sakini bir qadının çantasından içərisində 300 manat məbləğində pul və bank kartları olan pulqabısını oğurlaması da müəyyənləşib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsi tərəfindən təhqiqat davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.