Qazaxıstan neft nəqlinin həcmini artırıb
Nur-Sultan, 9 aprel, AZƏRTAC
Xəzər boru kəməri konsorsiumunda (The Caspian Pipeline Consortium (CPC) cari ilin birinci rübündə neft daşınması təxminən 5 faiz artıb. Mart ayında Novorossiysk terminalında 61 tanker yüklənib ki, bu da cari ilin yanvarı ilə müqayisədə 15 neftdaşıyan gəmidən çoxdur.
AZƏRTAC xəbər verir ki, son bir ay ərzində CPC vasitəsilə 6,4 milyon ton neft, bunun 5,7 milyon tondan çoxu Qazaxıstan yataqlarından - “Tengiz” 2,8 milyon ton, “Karaçağanaq” 973 min ton, “Kaşaqan” 1,8 milyon ton və təxminən 136 min ton neft isə digər Qazaxıstan istehsalçıları tərəfindən göndərilib. Rusiya neft şirkətləri hesabat dövründə 662 min tondan çox xammal göndərib.
Bununla yanaşı, birinci rübdə neft nəqlinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 faiz artıb. 2019-cu ildə 16,1 milyon ton olan bu göstərici cari ildə 16,9 milyon tona çatıb.
Qeyd edək ki, CPC boru kəmərinin istismara verildiyi vaxtdan cari il aprelin 1-dək Tengiz-Novorossiysk neft kəməri vasitəsilə dünya bazarına 578 milyon tondan çox Qazaxıstan və 84 milyon tondan artıq Rusiya nefti daşınıb.
Xatırladaq ki, Xəzər boru kəməri konsorsiumu ən böyük beynəlxalq layihədir. “Tengiz” yatağını Novorossiysk dəniz terminalı ilə birləşdirən magistral kəmərin uzunluğu 1511 kilometrdir.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.06.2026 [16:45]
Fransalı general: Aviasiyamızın formatı lazımi səviyyədə deyil
- 03.06.2026 [16:33]
Polşa öz ərazisində ABŞ-yə daimi hərbi baza yaratmağı təklif edib
- 03.06.2026 [16:03]
Latviya NATO-da daha güclü kollektiv müdafiə sistemi qurmağa çağırır
- 03.06.2026 [15:53]
Somalidə "Əş-Şəbab" qruplaşmasının 29 üzvü öldürülüb
- 03.06.2026 [15:35]
Numan Kurtulmuş: BMT çarəsiz vəziyyətdədir
- 03.06.2026 [15:32]
Küveytin hava məkanı iki aviaşirkət üçün açılıb
- 03.06.2026 [15:31]
Tramp: Mən olmasaydım, İsrail artıq yox idi
- 03.06.2026 [15:31]
Bəhreyn ölkəni hədəfə alan raket və PUA-ları zərərsizləşdirib
- 03.06.2026 [15:23]