Son yüz ilin ən soyuq qışı barədə yayılan xəbərlər əsassızdır
Bakı, 18 sentyabr, AZƏRTAC
Son zamanlar cari ildə əsrin ən soyuq qışının müşahidə ediləcəyi ilə bağlı məlumatlar geniş yayılıb.
AZƏRTAC Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin İqlim Dəyişmələri və Ozon Mərkəzinin direktoru Gülmalı Süleymanovun həmin xəbərlərə olan rəyini öyrənib.
Mərkəzin direktoru hər il belə xəbərlərin mətbuat gündəmini zəbt etdiyini, lakin onların əsassız olduğunu bildirib. O, qeyd edib ki, cari ilin qış aylarının proqnozu Ümumdünya Meteorologiya Təşkilatının dünyanın iqlim mərkəzləri ilə birgə forumundan sonra məlum olacaq. Noyabrın sonları keçiriləcək konfransdan sonra qış aylarının necə keçəcəyi ilə bağlı məlumat veriləcək.
Xatırladaq ki, yayılan məlumatlarda Yer kürəsinin yeni iqlim dövrünə qədəm qoyması və Günəşin aktivliyinin azalması nəticəsində qarşıdan son yüz ilin ən soyuq qış fəslinin gəldiyi bildirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [13:03]
Hava sabah axşamadək yağıntılı olacaq VİDEO
- 08.10.2026 [18:18]
Leysan olacaq, dolu düşəcək, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ
- 08.10.2026 [13:11]
Sabah yağış yağacaq, bəzi yerlərdə duman olacaq
- 07.10.2026 [13:34]
Ov mövsümü açıq elan edilir
- 07.10.2026 [13:04]
Sabaha gözlənilən hava proqnozu açıqlanıb
- 07.10.2026 [09:58]
Ölkənin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA
- 06.10.2026 [18:02]