Azərbaycan Dövlət İnformasiya Agentliyi

® Dələduzlardan qorunmağın 12 yolu

®  Dələduzlardan qorunmağın 12 yolu

Bank müştərilərinə qarşı kiberdələduzluq halları günümüzün əsas problemlərindən birinə çevrilib. Demək olar ki, hər gün kimsə dələduzlara inanıb fərdi məlumatlarının onların əlinə keçməsinə şərait yaradır və sonra da bunun ziyanını çəkir.

Etibarlı bankınız ABB müştəriləri belə vəziyyətlərdən qorumaq, onları bu mövzuda mümkün qədər maarifləndirmək üçün gündəlik təcrübədə ən çox təsadüf edilən kiberdələduzluq hallarının siyahısını hazırlayıb.

Oxuyaq, mümkün qədər paylaşaq, özümüzü də qoruyaq, başqalarını da...

1. Bank işçisi adından zəng gələndə sayıqlığı itirməyin!

Bir çox hallarda dələduzlar bank işçisi adı ilə zəng edirlər. "Bank tərəfindən hansısa şübhəli əməliyyatın aşkarlanması", yaxud "Sistemdə çətinliklərin yaranması" bəhanəsi ilə guya hesabdakı pullarınızı qorumaqdan ötrü sizdən məxfi məlumatlarınızı istəyirlər. Eşidin, amma inanmayın. Bu məlumatları (kartın üzərindəki 16 rəqəmi), CVV və ya CVC kodunu, SMS-lə daxil olan OTP kodunu, yaxud "Onlayn bank"a giriş şifrənizi) heç bir halda kiminləsə bölüşməyin. Bilin ki, həmin məlumatların hamısı banklarda var. Ehtiyac yarananda, bank işçisi sizə zəng etmədən də özü bütün lazımi əməliyyatları həyata keçirə bilir.

Dələduzluq əməllərinə şübhə yarandıqda bank əməkdaşı çox az xüsusi hallarda müştəriyə zəng edə bilər. Amma bu zaman yalnız müvafiq əməliyyatın məhz müştərinin özü tərəfindən həyata keçirilib-keçirilmədiyi soruşulur. Hansısa rəqəmlərin və ya kodların təqdim edilməsi isə qəti şəkildə istənilmir. Əgər kimsə bu məlumatları da öyrənmək istəyirsə, bilin və agah olun ki, bank əməkdaşı ilə yox, dələduzla danışırsınız.

2. Yaxınlarınızdan təcili pul xahişi gələndə dəqiqləşdirmə aparın!

Müəyyən hallarda dələduzlar ayrı-ayrı şəxslərin vatsap, teleqram, instaqram və başqa sosial şəbəkə hesablarını ələ keçirib onların hesabından yaxın adamlara yazmağa başlayırlar. Çətin vəziyyətdə olduqlarını, təcili olaraq pula ehtiyaclarının yarandığını bildirib, müvafiq kart nömrəsinə vəsait göndərilməsini xahiş edirlər. Belə hallarla rastlaşanda mütləq diqqətli olun! Necə? Sizə yazmış şəxsin mobil nömrəsinə zəng edin. Dəqiqləşdirib görün, yazan həmin şəxsin özüdür, ya yox?! Hətta mobil nömrədən gələn bu məzmunda zənglərə də dərhal inanmayın. Ola bilər ki, dələduzlar sizi həyəcanlandırıb, təşvişinizdən istifadə etmək istəyirlər.

3. Hesabınıza səhvən pul köçürdüyünü deyənlərə inanmayın!

Bu da tez-tez istifadə edilən tələdir. Bəzən müştəriyə zəng edib, yaxud SMS göndərib iddia edirlər ki, guya hesabınıza səhvən pul köçürüblər və indi həmin məbləği geri qaytarmaq lazımdır. Bilin ki, bu, bir dələduzluq üsuludur. Pulu köçürsəniz, onu geri qaytarmaq mümkün olmayacaq. Balansınızı yoxlamadan, daha sonra bankla əlaqə saxlamadan həmin şəxslərə heç bir köçürmə əməliyyatı etməyin.

4. Endirim və hədiyyə təkliflərini araşdırın!

Sosial şəbəkələrdə cərimə ilə bağlı endirimlər, şirnikləndirici investisiya imkanları, ucuz qiymətə elektronika məhsulları, təyyarə biletləri, hədiyyə kartları, filmlərə rəy yazaraq qazanc imkanları və s. ilə bağlı təkliflər görəndə mütləq əlavə araşdırmalar aparın. Həmin fürsətləri təqdim edən qurumların rəsmi veb-səhifələrinə baxın.

5. Hər “xoş xəbər”ə sevinməyin!

Bir də görürsünüz, sizə zəng edib, ya da SMS, sosial media hesablarınızdan mesaj göndərib, təbrik edib lotereya qalibi olduğunuzu, hansısa uduşlu oyunda hədiyyə qazandığınızı deyirlər. Sonra isə hədiyyə məbləğini hesabınıza köçürmək üçün məxfi məlumatlarınızı istəyirlər. Təbrikə görə təşəkkür edib, bildirin ki, bununla bağlı əvvəlcə bankınıza məlumat verməlisiniz. Və dərhal sağollaşıb bankla əlaqə saxlayın.

6. Şübhəli lotereya oyunlarına qoşulmayın!

Hərdən də sizə elektron məktub və ya SMS-lə link göndərib təklif edirlər ki, lotereya, yaxud mərc oyununa, uduş kampaniyasına qoşulasınız. İnternetdə də tez-tez bu cür reklamlar rastınıza çıxır. Bu anlarda son dərəcə diqqətli olun. Araşdırmadan əsla bu linklərə keçid etməyin. Çünki onların çoxu saxtadır. Şəxsi məlumatlarınızı bura daxil etməklə qalib olmaq şansı qazanmırsınız, öz məlumatlarınızı dələduzlarla bölüşürsünüz. Üstəlik, bəzi oyunlarda iştirak üçün müəyyən məbləğdə ödəniş də istəyə bilərlər.

7. Mobil cihazınızı qoruyun!

"Google Play", "App Store"dan yalnız rəsmi tətbiqləri yükləyin. İnternetdə alış-veriş üçün pul ödəyərkən veb-saytların ünvanını diqqətlə yoxlayın. Domen adı saytın rəsmi adı ilə tam uyğun gəlmirsə, məlumatları qətiyyən daxil etməyin. Bu, təhlükəlidir. Yaxşı olar ki, brauzerdə saxta saytların bloklanması funksiyasını da aktivləşdirəsiniz.

Özünü hər hansı təşkilatın əməkdaşı olaraq təqdim edib, cihazınıza mobil tətbiq yüklətdirmək istəyən şəxslərdən də uzaq durun. Cihazınızı kənar şəxslərə verməyin. Əgər cihazınıza rəsmi mənbələrdən yüklənməyən tətbiqlər yüklənibsə, onları dərhal silin. Yoxsa cihazınızın idarəetməsi, daxil etdiyiniz kart məlumatları, şifrələr, sosial şəbəkə hesablarınız başqa əllərə keçə bilər. Mobil cihazınıza qəfildən belə bir tətbiqin yükləndiyini görsəniz və cihazınızın idarəetməsini itirsəniz, dərhal WiFi şəbəkəsini söndürün. Əgər internetə GSM-lə bağlanmısınızsa, SİM kartı cəld cihazınızdan çıxarın.

8. Təhlükəsiz internet şəbəkəsinə qoşulun!

Onlayn bank xidmətlərindən ictimai WiFi şəbəkəsində (məsələn, kafe-restoranlarda, parklarda, ictimai nəqliyyatda və s.) istifadə etməyin. Başqa şəxslərə aid kompüterlərdən, mobil cihazlardan da bank hesablarınıza daxil olmayın. Həmişə təhlükəsiz internet bağlantısı seçdiyinizə əmin olun.

9. Şirnikləndirici alış təkliflərinə aldanmayın!

Elan saytlarında satış elanı yerləşdirmisiniz?! Xeyirli olsun! Amma satdığınız əmlakın, əşyanın yalnız internetdə şəklini görüb beh ödənişi üçün kart məlumatlarınızı istəyən şəxslərdən uzaq durun. Bu məlumatları onlarla bölüşməyin. Real alıcıdırsa, yerində baxıb ödənişini edəcək. Kimsə satdığınız əmlakın, əşyanın sadəcə şəklinə baxıb alış qərarı verirsə, üstəlik beh ödəmək üçün kart məlumatlarınızı istəyirsə, dərhal düşünün ki, siz özünüz belə edərdinizmi?! Əgər belələri varsa, deməli, bu, fırıldaq ola bilər.

10. Hesabınızı nəzarətdə saxlayın!

Bankın mobil tətbiqini yükləyib istifadə edin. Kart, depozit və digər hesablarınız üzrə əməliyyat tarixçələrini mütəmadi yoxlayın. 3D təhlükəsizlik xidmətinin aktivliyinə əmin olun. Əməliyyatlar haqqında anında məlumat almaq üçün SMS-bildiriş xidmətini aktivləşdirməyiniz də məqsədəuyğundur. Əgər özünüzün həyata keçirmədiyiniz, yaxud məlumatınız olmayan hansısa əməliyyat cəhdləri barədə bildirişlər alırsınızsa, mobil tətbiq vasitəsilə dərhal kartı bloklaşdırın və banka bu barədə məlumat verin.

11. Bankın sizdən hansı məlumatları istəyə biləcəyindən agah olun!

Bank işçisi istənilən telefon söhbəti zamanı müştərilərdən yalnız müştəri eyniləşdirməsi üçün lazım olan az sayda məlumatları istəyə bilər. Bura daxildir: müştərinin bank identifikasiya kodu (CİF), kartın ilk və ya son 4 rəqəmi, sistemdə qeydiyyatda olan əlaqə nömrəsi, şəxsiyyət vəsiqəsinin FİN kodu və s. Bundan başqa, bank əməkdaşı sizdən heç bir məlumat istəmir.

Bank, şəxsi məlumatlarınızı daxil etmək üçün heç bir forma/link, şəxsi məlumatların təsdiqlənməsi, yenilənməsi və ya təqdim edilməsi tələbi ilə SMS, yaxud elektron məktub da göndərmir. Bank işçiləri heç vaxt müştərilərdən məxfi məlumatları (kartın tam nömrəsi, PİN, SMS və CVV/CVC kodları və s.) istəmir və kartlarla əməliyyatların aparılmasını tələb etmirlər.

Müştəri xidmətləri strukturlarında mobil nömrə dəyişikliyi zamanı düzgün nömrənin qeyd edilməsini yoxlamaqdan ötrü sizə birdəfəlik şifrə (OTP) göndərilə bilər. Bu halda əməliyyatçı yalnız yeni təyin edilən mobil nömrəyə daxil olan birdəfəlik şifrəni səsləndirməyinizi istəyəcək.

12. “ABB mobile” tətbiqindən istifadə edin!

Çünki “ABB mobile” tətbiqi Beynəlxalq Standartlaşdırma Təşkilatının ISO:IEC 27001:2022 təhlükəsizlik sertifikatına malikdir. Tətbiq müştəri kimliyinin identifikasiyası və maliyyə əməliyyatlarının təhlükəsizliyini təmin edən beynəlxalq sistemlərdən istifadə edir. Telefona viruslar, zərərli proqramlar daxil olduqda bu sistemlər onların “ABB mobile”a keçidinin qarşısını alır, bank məlumatlarının dələduzların əlinə keçməsinə imkan vermir. Sistem zərərli cəhdləri də bloklaşdırır, müştərinin cihazını avtorizə edilməmiş kənar zərərli müdaxilələrdən qoruyur.

Bundan başqa, bank adından satış məqsədli zənglər ediləndə hər zəngdən əvvəl müştərinin mobil telefonunda belə bir zəngin ediləcəyi barədə bildiriş görünür. Beləliklə, müştəri zəngin bankdan edildiyinə tam əmin olandan sonra ona cavab verə bilir. “ABB mobile”da qeydiyyat zamanı da artıq ikili qoruma mexanizmi tətbiq edilir. Qeydiyyatdan keçmək istəyən hər kəs kimliyini FİN kodu ilə yanaşı, SİMA imzası ilə də təsdiqləyir. Bu isə gələcəkdə mümkün dələduzluq cəhdlərinin qarşısını alır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyəcək və gənclərin arasından seçim edəcək

AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

Sürücülər üçün keçirilən imtahanda 353 namizəd tələb olunan şərtləri ödəyib

BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb

Türk Dövlətləri Mühasibat və Audit Peşə və Tənzimləyici Qurumları Birliyinin yaradılması iqtisadi inteqrasiyanı gücləndirəcək - MÜSAHİBƏ

Cənub-Şərqi Avropanın biznes və texnologiya liderləri Buxarestdə bir araya gəlib

Azərbaycana sərmayələrin artması ölkədəki iqtisadi sabitliyi göstərir ŞƏRH

Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir

Nərgiz Cabbarlı: Xaqani irsinin daha dərindən tədqiqinə və geniş təbliğinə ehtiyac var

Azərbaycan nümayəndə heyəti Çində pambıqçılıqda innovativ əkin və avtomatlaşdırılmış yığım texnologiyaları ilə tanış olub

Fransada lisey şagirdlərinin etirazları genişlənir

HTP qalibi: Mərakeşdə psixologiya üzrə təhsil alacaq ilk azərbaycanlı tələbə olacağam

Naxçıvanda alternativ və bərpaolunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı artıb

Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub

Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub

Kreml: Rusiya İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmayacağına ümid edir

Üçrəngli Bayrağımızı Talış kəndində sancan şəhid

Azərbaycanlı sürrealist rəssamın əsərləri İspaniyanın "People Art Factory" layihəsində

Millinin futbolçusu: Şotlandiya ilə oyunda xal və ya xallar qazanmaq üçün əlimizdən gələni edəcəyik

Tədqiqatçılardan xəbərdarlıq: İnformasiya müxtəlifliyi azala bilər

Sərdar Ünsal: 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsidir

Kimya İnstitutunda hidrogen enerjisi və yeni nəsil materiallar üzrə tədqiqatlar aparılır

Qlobal investorların İkinci Beynəlxalq Forumda iştirakı ölkəmizin investisiya mühitinə etimadı artırır

Avropada qaz anbarlarının doluluq nisbəti ilin bu dövrü üçün ən aşağı səviyyədədir

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Qazaxıstan ordu haqqında sosial şəbəkələrdə yayılan feyk kadrları təkzib edib

® Gömrük və səhiyyə işçilərinin davranış standartları barədə danışılıb

Soner Kılıç: Azərbaycan-Türkiyə turizm əməkdaşlığının genişləndirilməsi yeni iqtisadi imkanlar yaradır

Bu il su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması istiqamətində görülmüş işlər açıqlanıb

Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib

Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb

Süni mayalanma və embrion köçürülməsi ilə əldə edilən buzov və balağlara görə yeni subsidiya mexanizmi tətbiq olunur

FIFA prezidenti Bakıda U-15 dünya çempionatı və festivalına hazırlıq işləri ilə tanış olub

Bakı ilk dəfə CAMCA Regional Forumuna ev sahibliyi edəcək

Azərbaycanın investor rolunun güclənməsi xarici siyasət üçün də əlavə alətlər yaradır - ŞƏRH

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA

Azərbaycan dili Sofiyada keçirilən Dillər Yarmarkasında təqdim olunub

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

AZAL-ın ixrac gəlirləri açıqlanıb

® Azərbaycanın kibertəhlükəsizlik üzrə komandası ilk dəfə “WorldSkills Shanghai 2026”da medal qazanıb

Dayanıqlı inkişaf və gələcəyin yaşıl şəhərləri: BDU-da gənclərin forumu

Professor: Tədqiqatların real sektora tətbiqi üçün əlaqələndirici mexanizmlərin gücləndirilməsinə ehtiyac var

Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO

Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO

“AzərEnerji”nin ixrac gəlirləri 66 faiz artıb

“AzerGold”un ixrac gəlirləri 22 faiz artıb

NTD üç yerli basketbolçu transfer edib

Azərbaycanın qızıl ixracından gəlirləri 29 faizədək artıb

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

Gömrük əməkdaşları 4 milyon dollarlıq brilyant qaşların Azərbaycana qanunsuz gətirilməsinin qarşısını alıb

Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq

BDU-da tələbələr üçün CPR və ilkin yardım üzrə sessiya təşkil edilib

Vətən müharibəsi Azərbaycanın beynəlxalq nüfuzunu yeni mərhələyə qaldırdı - ŞƏRH

SOCAR-ın idarəsi 207 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

Argentina Folklend adalarında neft kəşfiyyatı aparan Britaniyanı məhkəməyə verəcək

“Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb

Gənc alim: Çin-Azərbaycan ədəbi əlaqələri humanitar dialoqun dərinləşdirilməsinə töhfə verir

“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb

Fransada dövlət sektorunda ümummilli tətil keçirilir

Mövcud potensialı daha çox qeyri-neft sektoruna yönəltmək iqtisadi şaxələndirməni sürətləndirəcək - ŞƏRH

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün ölkəmizə gətirilib

NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib

Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərində baş verib

ADA Universitetində şanlı Zəfər tariximiz “Zəfər rəqsi” filminin nümayişi ilə anılıb

UEFA Millətlər Liqası: Azərbaycan – Lixtenşteyn oyunu avstriyalı hakimlərə tapşırılıb

Bu il subasma səbəbindən köməksiz vəziyyətdə qalan 1351 vətəndaş təxliyə olunub

Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib VİDEO

Türkiyənin TPAO şirkəti gündəlik neft hasilatını 1 milyon barelə çatdırmağı planlaşdırır

Dizelin qiymətindəki artım istehsal və daşınma zəncirinin bütün mərhələlərinə təsir göstərir

Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar

Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb

Azərbaycan və Qazaxıstan beynəlxalq təhsil proqramları sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycanın maliyyə bazarlarının beynəlxalq maliyyə sisteminə inteqrasiyasının təşviqi nəzərdən keçirilib

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 29 sentyabr

“Xalqın Gücü” partiyasının üzvü: Dünya Bankı və AİİB Orta Dəhliz çərçivəsində Gürcüstana yüz milyonlarla dollar ayırır

Lənkəranda sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub

TÜMER sədri: Azərbaycan Türk dünyasının birliyinin əsas aktorlarından biridir

Dövlət Xidmətinin rəsmisi: Bu il su hövzələrində xilas edilənlərin sayı artıb

Azərbaycanda “Cisco” akademiyasının yaradılması nəzərdən keçirilir

Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır

“Open AI” təhlükəsizlik problemi səbəbindən süni intellektin yeni modelinin buraxılışını təxirə salıb

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı regionların sosial-iqtisadi inkişafına yeni imkanlar açacaq - ŞƏRH

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb VİDEO

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb VİDEO

İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir

BMT: Maliyyə böhranı 8,3 milyon qaçqın və məcburi köçkünü yardımdan məhrum edə bilər

NASA “Boeing Starliner” kosmik gəmisinin pilotlu uçuşunu 2028-ci ilə planlaşdırır

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb

Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

Sülhün təminatı xarici sərmayəni artıracaq - ŞƏRH

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır VİDEO

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır VİDEO

Formula 1 Azərbaycan Qran-Prisinin 2025-ci il qalibinə “Azərxalça”nın xalçası təqdim olunub

Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək