Azərbaycan Dövlət İnformasiya Agentliyi

® İftardan sonra çəkilən siqaretin sağlamlığa təsiri

Ramazan ayı həm mənəvi, həm də fiziki baxımdan yenilənmə dövrüdür. Gün ərzində uzun müddət qida və sudan imtina edən orqanizm müəyyən qədər istirahət rejiminə keçir, metabolik proseslər tənzimlənir və bədən zərərli vərdişlərdən uzaq olur. Lakin iftar süfrəsindən dərhal sonra dalbadal siqaret çəkilməsi həmin müsbət təsiri qısa müddətdə aradan qaldıra və ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Xüsusilə ürək-damar xəstəlikləri riski olanlar üçün iftardan sonra intensiv şəkildə siqaretdən istifadə etmək təhlükəli nəticələr doğura bilər. Uzun fasilədən sonra nikotinin və digər toksik maddələrin orqanizmə qəfil daxil olması damar spazmı, ritm pozuntuları, hətta infarkt və insult riskinin artması ilə nəticələnə bilər.

Bununla əlaqədar daha ətraflı məlumat almaq üçün həmsöhbət olduğumuz Mərkəzi Gömrük Hospitalının həkim-kardioloqu Günay Məmmədova dedi:

- Ramazan ayında oruc tutanlar gün ərzində 15–16 saat qidadan, tütnçəkənlər isə həm də siqaretdən uzaq qalırlar. Həmin müddətdə orqanizm müəyyən qədər “bərpa” rejiminə keçir, yəni qanda oksigen səviyyəsi yüksəlir, karbon monooksidin miqdarı azalır, damarlar nisbi rahat vəziyyətə gəlir. Lakin iftardan dərhal sonra dalbadal siqaret çəkilməsi orqanizm üçün ciddi stres yaradır. Uzun fasilədən sonra nikotin və digər zərərli maddələrin orqanizmə qəfil daxil olması damar spazmına, ürək ritm pozuntularına və hətta miokard infarktına səbəb ola bilər. Xüsusilə ürək-damar xəstəliyi riski olanlar üçün həmin vəziyyət çox təhlükəlidir.

– İftardan sonra siqaretin infarkt riskini artırmasının mexanizmi necə izah olunur?

– Bir siqaretin tərkibində təxminən 0,5 milliqram nikotin olur və nikotin cəmi 10–15 saniyə ərzində beyin damarlarına çatır. Nikotin damarları daraldır, ürək döyüntüsünü sürətləndirir, arterial təzyiqi artırır. Bundan başqa siqaret tüstüsünün tərkibində olan karbon monooksid qazı qandakı hemoqlobinlə birləşərək oksigen daşınmasını azaldır. Nəticədə ürək əzələsi kifayət qədər oksigen ala bilmir. Bu isə kəskin damar spazmına və nəticədə miokard infarktına aparıb çıxara bilər. Oruc müddətində damarlar müəyyən qədər sakit vəziyyətdə olduğu halda, iftardan sonra bir neçə siqaret çəkmək “böhran effekti” yaradır.

– Bu hal beyinə necə təsir edir?

– İftardan sonra siqaretdən intensiv istifadə edilməsi yalnız ürək üçün deyil, beyin üçün də təhlükəlidir. Damarların daralması orqanizmin həmin nahiyəsinə qan axınının azalmasına, bunun nəticəsində isə insult, beyində qansızma və ya keçici işemik atak riskinin artmasına səbəb ola bilər. Arterial hipertenziyası və şəkərli diabeti olanlar üçün həmin risk daha yüksəkdir. Eyni zamanda, siqaretin ürəyin ritm pozuntularını artırması da qəfil ağırlaşmalara səbəb ola bilər.

– “Nikotin zəhərlənməsi” ifadəsi dedikdə nə nəzərdə tutulur?

– Uzun fasilədən sonra qısa müddətdə bir neçə siqaret çəkilməsi nikotin zəhərlənməsi əlamətlərinə səbəb ola bilər. Həmin əlamətlərə başgicəllənmə, halsızlıq, ürəkbulanma, qusma, bağırsaq hərəkətlərində artım, ishal, ürək döyüntüsünün sürətlənməsi halları daxildir. Bəzən xəstələr bunu “təzyiqin aşağı düşməsi” kimi dəyərləndirirlər, əslində isə bu, nikotinin toksik təsiridir.

– Uzun illər siqaret asılılığı olanlar üçün hansı tövsiyələr var?

– Uzun müddət siqaret aludəçiləri üçün birdən-birə ondan tam imtina etmək çətin ola bilər. Bu, həm psixoloji, həm də fiziki asılılıqdır. Ona görə də onlar ilk növbədə həkimə müraciət etməlidirlər. Kardioloq, terapevt və ya psixoloq tərəfindən dəstək proqramı, nikotin əvəzedici terapiya və mərhələli azaldılma üsulları tətbiq oluna bilər. Əsas məsələ iftardan sonra nəzarəti əldən verərək “boşluğu doldurmaq” məqsədilə siqareti siqaretə calamamaqdır.

– Həkim, Ramazan ayını siqareti tərgitmək üçün fürsət hesab etmək olarmı?

– Əlbəttə. Gün ərzində 15–16 saat siqaretsiz qalmaq mümkündürsə, deməli, bu vərdişə qalib gəlmək də imkan daxilindədir. Oruc tutulan bir ay müddətində siqaret çəkmədən qalmaq mümkündürsə, bu artıq asılılıq üzərində nəzarətin başlanğıcıdır. Sadəcə olaraq iftardan sonra həmin fasiləni “kompensasiya” etmək düzgün deyil. Oruc tutmağı sağlam həyat tərzinə keçid üçün başlanğıc nöqtəsi kimi dəyərləndirmək lazımdır. Ramazan pis vərdişlərdən imtina etmək üçün çox gözəl fürsətdir. Bəlkə də onun ən gözəl fəzilətlərindən biri də budur.

Müsahibəni apardı: Dilarə Zamanova,

Mərkəzi Gömrük Hospitalının

PR üzrə mütəxəssisi

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan-Ermənistan münasibətləri artıq siyasi bəyanatlardan praktik əməkdaşlıq mərhələsinə keçir ŞƏRH

Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib

Almaniyada infrastrukturun dronlardan qorunması üçün yeni tədqiqat mərkəzi yaradılır

Sumqayıtda yaşayış binasında yanğın söndürülüb, 6 sakin təxliyə edilib

Avqustun 10-da hava necə olacaq? - RƏSMİ PROQNOZ

Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur

Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnama

Xarkova hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var

Şəhid Elcan Məmmədovun atası: O, mənim yarımçıq qalmış missiyamı ən ali səviyyədə tamamladı

“Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi başa çatıb

Vaşinqtonda keçirilən tarixi görüşlər Cənubi Qafqazın siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu ŞƏRH

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Finlandiya Ukraynaya “Patriot” raketləri verməkdən imtina edib

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

“Atletiko” dünya çempionunu 20 milyon avroya satıb

Qaziantepdə 4,5 bal gücündə zəlzələ olub

“Qalatasaray” rusiyalı futbolçunun transferi üçün “Lokomotiv”lə anlaşıb

Neymar yenidən Messi ilə komanda yoldaşı ola bilər

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

Belqorod vilayətinə dron hücumu olub, 13 nəfər yaralanıb

Siciliya sahillərində Roma imperiyasına aid batmış gəmi tapılıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb

Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir – TƏHLİL

Valeri Çeçelaşvili: Vaşinqton Sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır

Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

Naxçıvanda avqust ayının pensiyaları ödənilib

Prezident İlham Əliyevin sülh təşəbbüslərinin nəticəsi: Azərbaycan və Ermənistan bir-birini potensial tərəfdaş kimi qəbul edir

DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq - RƏYLƏR

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi

Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır

Qlen Hovard: Son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası diqqətəlayiq olub

Göz sağlamlığının qorunmasında Azərbaycan modeli: müasir texnologiyalar və Səyyar Klinika

Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən Vaşinqton zirvəsi

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur

Böyük Britaniyada enerji borcları rekord həddə çatıb

Dünyada 2,2 milyard insanın görmə problemi var

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir