® Mərkəzi Gömrük Hospitalının apteki peşəkar əczaçılıq xidməti göstərir
Mərkəzi Gömrük Hospitalının apteki gündəlik tibbi ehtiyaclardan tutmuş xüsusi dərmanlara qədər sağlamlığa və təhlükəsizliyə diqqət yetirməklə etibarlı xidmət təklif edir.
Hədəfimiz aptekdə yüksək keyfiyyətli dərmanlar, sağlamlıq məhsullarını təhlükəsiz çatdıran və sağlamlığa düzgün nəzarət etmək imkanı verən peşəkar, rahat, inkişaf və yenilikləri yaxından izləyən aptek təcrübəsini təqdim etməkdir. Təcrübəli, sertifikasiyadan keçmiş əczaçılar qabaqcıl təlim və təcrübəyə malikdirlər, onlar müştərilərin ehtiyaclarını düzgün təhlil etməklə ən münasib qiymətlərlə yüksəkkeyfiyyətli məhsulları təklif edərək müştəri məmnuniyyətini təmin etməyə çalışırlar.
Mərkəzi Gömrük Hospitalının apteki – sağlamlıq üçün düzgün ünvan!
Aptekin əlaqə telefonu – (012) 404 08 08 daxili nömrə: 3084.