® “Nargis” Fondu və Liv Bona Dea Hospital korporativ əməkdaşlığa başladı!
Həkiminizə təşəkkür etməyin ən gözəl yolu – xeyirxahlıqdır.
“Nargis” Fondu və Liv Bona Dea Hospital arasında yeni başlayan layihə çərçivəsində, pasiyentlər artıq həkimlərinə təşəkkürlərini yalnız sözlə deyil, xeyirxah addımla da ifadə edə biləcəklər.
Hospitalın daxilində yerləşdirilən xüsusi QR kodlar vasitəsilə pasiyentlər birbaşa “Nargis” Fonduna ianə edə və bu ianələr vasitəsilə ehtiyaclı uşaqların müalicəsinə dəstək ola bilərlər.
Bu təşəbbüs həm xeyriyyəçiliyin, həm də minnətdarlığın simvoluna çevrilir. Hər təşəkkür – bir yaxşılığa, hər bir ianə – bir uşağın ümidinə çevrilir.
Əlavə olaraq, təşəkkür anını unudulmaz etmək istəyənlər üçün layihəyə aid Liv Bona Dea Hospitalında yerləşdirilən xüsusi çərçivə ilə şəkil çəkdirərək bu xatirəni əbədiləşdirmək imkanı yaradılıb.
“Nargis” Fondu və Liv Bona Dea Hospital ilə birlikdə – təşəkkürünüzü xeyirxahlığa çevirin!