® “PAŞA Holdinq”in təşkilatçılığı ilə Gürcüstanda “INMerge” İnnovasiya Sammitinin ilk regional tədbiri keçirilib
“PAŞA Holdinq”in təşkilatçılığı, “PAŞA Bank Gürcüstan”ın dəstəyi ilə Gürcüstanın paytaxtı Tbilisi şəhərində “INMerge” İnnovasiya Sammitinin ilk regional tədbiri uğurla başa çatıb. 150-dən çox iştirakçının, o cümlədən aparıcı sahibkarların, investorların və ekosistem iştirakçılarının bir araya gəldiyi tədbir korporativ innovasiya, startapların inkişafı və investisiya imkanları üzrə müzakirələr üçün cəlbedici bir mühit təqdim edib.
Tədbirin əsas məqamlarından biri "İşgüzar inkişaf üçün innovasiya – Korporativ strategiya və ekosistem dinamikası arasında körpü qurmaq" mövzusunda keçirilən panel müzakirəsi olub. “PAŞA Bank Gürcüstan”ın Biznes İnkişafı Departamentinin rəhbəri Maka Gvritishvilinin moderatorluğu ilə keçirilən müzakirəyə “500 Global” şirkətinin tərəfdaşı Pedro Santos Vieira, “AXEL” şirkətinin icraçı direktoru İro Tsagareişvili, “United Payment Georgia”nın icraçı direktoru Nino Chedia, “Signify” şirkətinin CEO-su Zviad Tsotskolauri, eləcə də “StrategEast” şirkətinin Qafqaz üzrə regional direktoru Lika Merabishvili kimi nüfuzlu ekspertlər qatıldılar.
Panel müzakirəsində innovasiyanın işgüzar inkişafdakı rolu müzakirə olunub, korporativ strategiyalarla startap ekosistemi arasında daha güclü əlaqələrin qurulmasının vacibliyi vurğulanıb.
Tədbirin digər bir əsas məqamı isə Gürcüstanın ən ümidverici startaplarının nümayişi üçün təşkil edilən “INbattle” startap müsabiqəsi olub. 50-dən çox startapın müraciət etdiyi müsabiqəyə böyük maraq göstərilib. Seçim prosesindən sonra münsiflər heyətinə təqdim etmək üçün yalnız 10 startap həlli seçilib, onlardan biri startap qalib gəlib.
Qeyd edək ki, “PAŞA Holdinq” “INMerge” İnnovasiya Sammitinin Gürcüstandan əlavə digər ölkələrdə də regional tədbirlərini keçirməyi planlayır. Əsas tədbir senyabr ayında Bakıda baş tutacaq, ətraflı məlumat bir müddət sonra paylaşılacaq.
Tədbir barədə daha ətraflı məlumat üçün www.inmerge.az ünvanına keçid edə bilərsiniz.