"Aşqabad-2017"də 29 ölkənin idmançıları medal qazanıblar
Aşqabad, 21 sentyabr, AZƏRTAC
Aşqabadda qapalı məkanlarda və döyüş növləri üzrə V Asiya Oyunlarının medal sıralamasında Türkmənistan millisi liderliyini davam etdirir.
AZƏRTAC-ın Aşqabada ezam olunan müxbiri xəbər verir ki, hesabında 55 qızıl, 38 gümüş və 37 bürünc medal olan Türkmənistan yığması birinci pillədə qərarlaşıb. İlk üçlüyü İran (10-7-23) və Özbəkistan (7-16-34) yığmaları tamamlayır.
Qazaxıstan (7-8-15) dördüncü, Tailand (6-10-12) beşinci, Çin (6-6-7) altıncı, Vyetnam (5-5-8) yeddinci, Birləşmiş Ərəb Əmirlikləri (5-4-7) səkkizinci, Hindistan (5-3-4) doqquzuncu və Monqolustan (3-5-7) isə onuncu pillədə yer alıb.
İndiyədək 29 ölkənin idmançıları "Aşqabad-2017"də medal qazanıblar.
Səxavət Quliyev
AZƏRTAC-ın müxbiri
Aşqabad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]