"Azerbaijan International" turnirində finalçıların adlarına aydınlıq gəlib
Bakı, 9 iyun, AZƏRTAC
"Azerbaijan International 2019" turnirində yarımfinal mərhələsinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, kişilərin şəxsi yarışında turnirin bir nömrəli reytinq favoriti, Danimarka badmintonçusu Rasmus Gemke ilə İsveç təmsilçisi Feliks Burestedt qarşılaşacaq. Qadınların şəxsi kateqoriyasında isə Belçika idmançısı Lian Tan və Tailand badmintonçusu Pittayaporn Çaivan qızıl medal uğrunda üz-üzə gələcək.
Kişilərin qoşa yarışında həlledici görüşdə almaniyalı badmintonçular Mark Lamsfuss-Marvin Siedel cütü ingiltərəli Markus Elllis-Kris Lanqric tandemi ilə görüşəcək. Qadınların qoşa yarışında ingiltərəlilər Kloe Börç-Lauren Smit tandemi finalda Rusiya badmintonçuları Yekaterina Bolotova-Alina Davletova cütü ilə mübarizə aparacaq.
Qarışıq qoşa yarışlarında isə Almaniya-Fransa dueli yaşanacaq. Həlledici görüşdə alman idmançılar Mark Lamsfuss və İzabel Herrtriç fransalı Tom Jikel və Delfin Delru ilə qarşılaşacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]
AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir
- 15.10.2026 [14:29]
Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib
- 15.10.2026 [13:26]
Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
- 15.10.2026 [13:07]
Vidadi Rzayev: "Qarabağ" – "Neftçi" derbisində favorit görmürəm
- 15.10.2026 [12:43]
Azərbaycan futzal millisinin oyunu ilk dəfə Lənkəranda keçiriləcək
- 15.10.2026 [12:37]