"Barbi" filmindən növbəti rekord nəticə
Bakı, 31 iyul, Emil Məlikov, AZƏRTAC
Nümayişlərdən gələn rekord gəlirlə ilk pillələrdə qərarlaşan “Barbi” filmi soundtreki ilə də musiqi hit-paradlarını alt-üst edib.
AZƏRTAC kinonews.ru saytına istinadla xəbər verir ki, ekran əsərinin 3 musiqisi İngiltərənin musiqi hit-paradlarında ilk beşlikdə qərarlaşıb.
Filmin İngiltərədə nümayişindən cəmi bir həftə sonra hər üç sinql gözlənilməz uğurlu nəticələr əldə edib. Mütəxəssislərin fikrincə, ekran əsərinin musiqisinin də filmlə eyni anda rekorda imza atması kino industriyasında ilk hadisələrdəndir.
Qeyd edək ki, kütləvi nümayişə bu günlərdə buraxılan “Barbi” filmi dünya üzrə 750 milyon dollardan çox gəlir əldə edib. Yaxın günlərdə gəlirlərin daha da artacağı proqnozlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [12:10]
Şair-publisist Dəyanət Osmanlının yeni nəşrləri oxuculara təqdim edilib
- 29.09.2026 [11:24]
Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb
- 29.09.2026 [11:20]
“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir
- 29.09.2026 [03:50]