"Neftçi" klubu braziliyalı futbolçu ilə müqavilə imzalayıb
Bakı, 2 sentyabr, AZƏRTAC
Bakının “Neftçi” klubu hücumçu transferini rəsmiləşdirib.
AZƏRTAC kluba istinadla xəbər verir ki, braziliyalı Ramon Maçado ilə 1 il müddətinə müqavilə bağlanıb. Otuz yaşlı futbolçu komandanın heyətində 91 nömrəli formanı geyinəcək.
Sonuncu klubu “Brazil de Pelotas” olan Ramon Maçado Almaniyanın “Regensburq”, Braziliyanın “Espartivo”, “Layeadense”, “Santa Kruz”, “Boa Esporte”, “Ponte Preta”, “Yuventude”, “Vila Nova”, “İtuano”, “Parana”, “Santo Andre” və “Botafoqo” komandalarında çıxış edib.
Qeyd edək ki, “Neftçi” bundan əvvəl yarımmüdafiəçilər - Sezar Meza Kolli, Harramiz Suares, Xəyal Nəcəfov və müdafiəçilər Romen Bask və Huqo Bastonu transfer edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]
AFFA rəsmiləri “Qarabağ”ın akademiyasını ziyarət ediblər
- 16.10.2026 [16:14]