"Neptun" qurğusunun yedəklənmə əməliyyatı uğurla başa çatıb
Bakı, 10 iyun, AZƏRTAC
“AZCON Holding” şirkətlərindən olan Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin (ASCO) gəmilərinin iştirakı ilə “Neptun” qazma qurğusu Xəzər dənizinin Türkmənistan sektorundan ölkəmizə gətirilib.
ASCO-dan AZƏRTAC-a bildirilib ki, qurğunun yedəklənməsi əməliyyatında “Hövsan”, “Hövsan 2”, “SOCAR 1”, “Andoqa”, “Şüvəlan” və “Mərdəkan” gəmiləri iştirak edib.
Üç gün müddətində davam edən mürəkkəb dəniz əməliyyatı peşəkar heyət tərəfindən tam təhlükəsizlik təmin olunmaqla uğurla tamamlanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [17:38]
Siyəzən-Dağ Quşçu-Ərziküş yolunda bərpa işlərinə başlanılıb
- 05.06.2026 [17:15]