"Qəbələ" Azərbaycan millisinin üzvünü heyətinə cəlb edib
Bakı, 2 yanvar, AZƏRTAC
"Qəbələ" futbol klubu Azərbaycan milli komandasının üzvü Təmkin Xəlilzadəni sıralarına qatıb.
AZƏRTAC kluba istinadla xəbər verir ki, son klubu "Zirə" olan 24 yaşlı yarımmüdafiəçi ilə 2,5 illik müqavilə imzalanıb.
T.Xəlilzadə indiyədək "Qarabağ", AZAL və "Zirə"nin heyətində çıxış edib. Mövsümün ilk yarısında 4 qol vuran futbolçu, iki dəfə də məhsuldar ötürmə edib. Ümumilikdə isə yarımmüdafiəçi Premyer Liqada 68 oyunda 5 qol vurub. O, Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsi çərçivəsində San-Marino və Almaniyaya qarşı keçirdiyi oyunlarda meydana çıxıb. Almaniya ilə oyunda vurulan yeganə qolun ötürməsi onun aktivinə yazılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]
Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq
- 29.09.2026 [15:51]
Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb
- 29.09.2026 [15:49]
AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub
- 29.09.2026 [15:36]