Azərbaycan Dövlət İnformasiya Agentliyi

Abdulla Şaiqin ev-muzeyində 9500-dən çox eksponat qorunur

Bakı, 24 iyul, Nahid Xəlilov, Fidan Əlizadə, AZƏRTAC

Yazdığı “Xoruz”, “Bənövşə”, “Keçi”, “Quzu”, “Qızıl gül”, “Qərənfil” və digər şeirləri, “Tülkü həccə gedir”, “Tıq-tıq xanım” kimi pyesləri ilə uşaqların ən sevimli yazıçısına çevrilən Abdulla Şaiqin bu gün vəfatından 64 il ötür. Mollanəsrəddinçilərə yaxın olan şair, həm də Azərbaycan uşaq ədəbiyyatının banilərindəndir. Hazırda Azərbaycan Dövlət Kukla Teatrı Abdulla Şaiqin adını daşıyır. Uzun müddət bu teatrda çalışan ədib “Xasay”, “Eloğlu”, “Vətən”, “Fitnə”, “Qaraca qız” kimi çeşidli pyeslər yazıb. “Fitnə” və “Nüşabə” əsərləri Nizami süjetləri əsasında yaranan maraqlı sənət örnəkləridir. Abdulla Şaiq 1959-cu ildə Bakıda vəfat edib, Fəxri xiyabanda dəfn olunub. 1990-cı ildən Bakıda fəaliyyət göstərən Abdulla Şaiqin ev-muzeyi onun həyat və bədii yaradıcılığını, bütün ömrü boyu apardığı pedaqoji fəaliyyətini, onunla ünsiyyətdə olan yazıçı və ziyalıların fəaliyyətini işıqlandıran bir mədəniyyət ocağıdır. Anım günü ərəfəsində Bakı Dövlət Universitetinin AZƏRTAC-da təcrübə keçən tələbələri Abdulla Şaiqin ev-muzeyini ziyarət ediblər.

Ədibin ev-muzeyi Bakının mərkəzində, Abdulla Şaiq küçəsi - 21 ünvanında yerləşir. Muzeydə ilk dəfə olsaq da, burada xüsusi doğmalıq hiss etdik. Binanın zəngini vururuq, qapıda bizi muzeyin əməkdaşı qarşılayır. İçəri keçirik, köhnə Bakıya xas olan dar, uzun pilləkənləri qalxıb mənzil-muzeyinə daxil oluruq. Muzeydə ömrünün böyük bir hissəsini bu evdə keçirmiş Abdulla Şaiqin ömür yoluna yenidən nəzər salırıq.

Yeri gəlmişkən qeyd edək ki, muzey 1990-cı ildə Azərbaycan Nazirlər Sovetinin qərarı ilə yaradılıb. Ədibin 120 illik yubileyi ərəfəsində, 2001-ci ilin yanvar ayında muzeyin ekspozisiyası açılıb. Mənzil-muzeyi 4 otaqdan ibarətdir. Ekspozisiyada A.Şaiqin həyat və yaradıcılığına aid fotoşəkillər, müxtəlif sənədlər, şəxsi əşyalar və s. təqdim olunur. Muzeyin yaradılmasında ədibin oğlu Kamal Talıbzadənin əvəzolunmaz xidmətləri olub. Kamal Talıbzadə bu eksponatları ailə evindən, Ədəbiyyat İnstitutundan, arxivdən, qohumlarından böyük əziyyətlər hesabına toplayıb. Muzeydə ümumilikdə 9576 eksponat qorunub saxlanılır.

Dühalar görmüş masa

Salondayıq. İçəri daxil olduğumuz andan etibarən, otaqlar bizdə nostalji hisslər yaradır. Salonda diqqətimizi ilk cəlb edən üzərinə köhnə süfrə salınmış masa oldu. Öyrəndik ki, dühalar görmüş masa tarixin ən keşməkeşli xatirələrini özündə ehtiva edir. Səməd Vurğun, Yusif Vəzir Çəmənzəminli, Mirzə Ələkbər Sabir, Abbas Səhət, Mikayıl Müşfiq, Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyli kimi ziyalılar bu masa ətrafında dəfələrlə şeir-sənət məclisləri təşkil ediblər. Abdulla Şaiq öz yoldaşları ilə gecədən səhərə kimi müxtəlif dərsliklər üzərində çalışıb. Bu masa arxasında keçirilən belə işgüzar görüşlər çox olub. Onların yuxusuz gecələri doğma dilimizin inkişafında mütərəqqi rol oynayıb.

Uşaqların parlaq gələcəyi naminə...

Sonra digər otaqlara keçirik və burada xüsusi stendlərdə nümayiş olunan kitablar göz oxşayır. Bu kitabların bəzilərini vərəqlədikcə uşaqlıq xatirələrimiz göz önündə canlanır. Biz digər şair və yazıçıları müəyyən yaşa çatdıqdan sonra tanıyırıq, amma Abdulla Şaiqi uşaq vaxtlarımızdan “Xoruz”, ”Keçi”, “Tıq-tıq xanım”, “Tülkü həccə gedir” kimi nağılları ilə, şeirləri ilə tanımışıq. Ana laylasından sonra birinci dilimiz “Şaiq dili”dir. Yəni biz onunla formalaşıb böyümüşük. Sanki ani də olsa, bizi uşaqlıq illərimizə qaytaran sehrli bir aləmə düşürük. Abdulla Şaiq uşaqları çox sevirdi və daim onlar üçün çalışırdı. O, bir gün Quba rayonunun Yekdar kəndinə gedir. Yekdarda iki mərtəbəli bir evdə qalır. O, ev sahibindən xahiş edir ki, evdə qaldığı müddətdə uşaqlar da burada dərs keçsinlər. Beləliklə, o həmin evin birinci mərtəbəsində məktəb açır. Daha sonra Abdulla Şaiqin ənənəsini davam etdirmək məqsədilə həmin məktəb Baxçaəli kəndinə köçürülür, 4 sinifli məktəb açılır. Həmin o məktəb hazırda da fəaliyyət göstərir. Eyni zamanda A.Şaiq hazırladığı oyuncaqlarla uşaqlar üçün müxtəlif səhnəciklər nümayiş etdirir...

Arazdan Turana

Muzeydə təqdim olunan önəmli eksponatlardan biri də ədibin əsərlərini qələmə aldığı yazı masasıdır. O vaxt ədibin ömür-gün yoldaşı Şahzadə xanım istəyib ki, bu köhnə masanı atsın və yenisini alsın. Bunu bilən Abdulla Şaiq “Masama” şeirini yazır. Şahzadə xanım onu oxuyandan sonra bu onun üçün əziz bir xatirəyə çevrilir. Qeyri-adi görünüşü olan bu masaya nəzər yetirdikdə, burada nümayiş olunan eksponatların xüsusi dəyərə malik olduğu qənaətinə gəlirik. İş masasının yerləşdiyi otağın divarından böyük saat asılıb. Onun əqrəbləri simvolik olaraq Abdulla Şaiqin vəfat etdiyi anda dondurulub.

Muzeyin əməkdaşı A.Şaiqin qələm yoldaşlarının repressiyaya məruz qalması haqqında danışarkən bizdə belə bir sual yarandı: “Abdulla Şaiq də bu ruhda şeirlər yazırdı. Bəs onun repressiyaya məruz qalmamasının səbəbi nə idi?” Sən demə, Abdulla Şaiq o dövrdə şeirlərini büküb sobanın içinə yığıb. Kamal Talıbzadə atası rəhmətə gedəndən sonra oradan həmin əlyazmaları tapıb. Həmin şeirlər “Arazdan Turana” kitabında öz əksini tapıb.

“Vətən” yaradıcılıq dərnəyi

Muzeyin tərkibində “Vətən” yaradıcılıq dərnəyi fəaliyyət göstərir. Dərnəyin əsas fəaliyyət istiqaməti Abdulla Şaiq ənənələrini qoruyub saxlamaqdır. Həmin dərnəyin 50-ə yaxın fəal üzvü var və hər biri xüsusi istedada malik şagirdlərdir. Bu dərnəkdə müxtəlif yaradıcılıq sahələri mövcuddur. Eyni zamanda, təmənnasız şəkildə fəaliyyət göstərir.

Burada olarkən həm də onu öyrəndik ki, muzeydə nümayiş olunan eksponatların heç birinə dəyişiklik edilməyib, bunun da əsas məqsədi Abdulla Şaiq irsinin qorunaraq gələcək nəsillərə olduğu kimi ötürülməsindən ibarətdir.

Gördüklərimiz, eşitdiklərimiz bir daha deməyə əsas verir ki, böyük ədiblərimizin irsini yaşadan muzeylər keçmişlə gələcək arasında bir körpüdür və mütləq bu körpüdən keçib tariximizi, mədəniyyətimizi öyrənməliyik.

 

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan nümayəndə heyəti Çində pambıqçılıqda innovativ əkin və avtomatlaşdırılmış yığım texnologiyaları ilə tanış olub

Fransada lisey şagirdlərinin etirazları genişlənir

HTP qalibi: Mərakeşdə psixologiya üzrə təhsil alacaq ilk azərbaycanlı tələbə olacağam

Naxçıvanda alternativ və bərpaolunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı artıb

Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub

Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub

Kreml: Rusiya İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmayacağına ümid edir

Üçrəngli Bayrağımızı Talış kəndində sancan şəhid

Azərbaycanlı sürrealist rəssamın əsərləri İspaniyanın "People Art Factory" layihəsində

Millinin futbolçusu: Şotlandiya ilə oyunda xal və ya xallar qazanmaq üçün əlimizdən gələni edəcəyik

Tədqiqatçılardan xəbərdarlıq: İnformasiya müxtəlifliyi azala bilər

Sərdar Ünsal: 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsidir

Kimya İnstitutunda hidrogen enerjisi və yeni nəsil materiallar üzrə tədqiqatlar aparılır

Qlobal investorların İkinci Beynəlxalq Forumda iştirakı ölkəmizin investisiya mühitinə etimadı artırır

Avropada qaz anbarlarının doluluq nisbəti ilin bu dövrü üçün ən aşağı səviyyədədir

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Qazaxıstan ordu haqqında sosial şəbəkələrdə yayılan feyk kadrları təkzib edib

® Gömrük və səhiyyə işçilərinin davranış standartları barədə danışılıb

Soner Kılıç: Azərbaycan-Türkiyə turizm əməkdaşlığının genişləndirilməsi yeni iqtisadi imkanlar yaradır

Bu il su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması istiqamətində görülmüş işlər açıqlanıb

Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib

Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb

Süni mayalanma və embrion köçürülməsi ilə əldə edilən buzov və balağlara görə yeni subsidiya mexanizmi tətbiq olunur

FIFA prezidenti Bakıda U-15 dünya çempionatı və festivalına hazırlıq işləri ilə tanış olub

Bakı ilk dəfə CAMCA Regional Forumuna ev sahibliyi edəcək

Azərbaycanın investor rolunun güclənməsi xarici siyasət üçün də əlavə alətlər yaradır - ŞƏRH

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA

Azərbaycan dili Sofiyada keçirilən Dillər Yarmarkasında təqdim olunub

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

AZAL-ın ixrac gəlirləri açıqlanıb

® Azərbaycanın kibertəhlükəsizlik üzrə komandası ilk dəfə “WorldSkills Shanghai 2026”da medal qazanıb

Dayanıqlı inkişaf və gələcəyin yaşıl şəhərləri: BDU-da gənclərin forumu

Professor: Tədqiqatların real sektora tətbiqi üçün əlaqələndirici mexanizmlərin gücləndirilməsinə ehtiyac var

Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO

Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO

“AzərEnerji”nin ixrac gəlirləri 66 faiz artıb

“AzerGold”un ixrac gəlirləri 22 faiz artıb

NTD üç yerli basketbolçu transfer edib

Azərbaycanın qızıl ixracından gəlirləri 29 faizədək artıb

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

Gömrük əməkdaşları 4 milyon dollarlıq brilyant qaşların Azərbaycana qanunsuz gətirilməsinin qarşısını alıb

Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq

BDU-da tələbələr üçün CPR və ilkin yardım üzrə sessiya təşkil edilib

Vətən müharibəsi Azərbaycanın beynəlxalq nüfuzunu yeni mərhələyə qaldırdı - ŞƏRH

SOCAR-ın idarəsi 207 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

Argentina Folklend adalarında neft kəşfiyyatı aparan Britaniyanı məhkəməyə verəcək

“Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb

Gənc alim: Çin-Azərbaycan ədəbi əlaqələri humanitar dialoqun dərinləşdirilməsinə töhfə verir

“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb

Fransada dövlət sektorunda ümummilli tətil keçirilir

Mövcud potensialı daha çox qeyri-neft sektoruna yönəltmək iqtisadi şaxələndirməni sürətləndirəcək - ŞƏRH

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün ölkəmizə gətirilib

NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib

Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərində baş verib

ADA Universitetində şanlı Zəfər tariximiz “Zəfər rəqsi” filminin nümayişi ilə anılıb

UEFA Millətlər Liqası: Azərbaycan – Lixtenşteyn oyunu avstriyalı hakimlərə tapşırılıb

Bu il subasma səbəbindən köməksiz vəziyyətdə qalan 1351 vətəndaş təxliyə olunub

Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib VİDEO

Türkiyənin TPAO şirkəti gündəlik neft hasilatını 1 milyon barelə çatdırmağı planlaşdırır

Dizelin qiymətindəki artım istehsal və daşınma zəncirinin bütün mərhələlərinə təsir göstərir

Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar

Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb

Azərbaycan və Qazaxıstan beynəlxalq təhsil proqramları sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycanın maliyyə bazarlarının beynəlxalq maliyyə sisteminə inteqrasiyasının təşviqi nəzərdən keçirilib

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 29 sentyabr

“Xalqın Gücü” partiyasının üzvü: Dünya Bankı və AİİB Orta Dəhliz çərçivəsində Gürcüstana yüz milyonlarla dollar ayırır

Lənkəranda sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub

TÜMER sədri: Azərbaycan Türk dünyasının birliyinin əsas aktorlarından biridir

Dövlət Xidmətinin rəsmisi: Bu il su hövzələrində xilas edilənlərin sayı artıb

Azərbaycanda “Cisco” akademiyasının yaradılması nəzərdən keçirilir

Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır

“Open AI” təhlükəsizlik problemi səbəbindən süni intellektin yeni modelinin buraxılışını təxirə salıb

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı regionların sosial-iqtisadi inkişafına yeni imkanlar açacaq - ŞƏRH

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb VİDEO

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb VİDEO

İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir

BMT: Maliyyə böhranı 8,3 milyon qaçqın və məcburi köçkünü yardımdan məhrum edə bilər

NASA “Boeing Starliner” kosmik gəmisinin pilotlu uçuşunu 2028-ci ilə planlaşdırır

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb

Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

Sülhün təminatı xarici sərmayəni artıracaq - ŞƏRH

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır VİDEO

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır VİDEO

Formula 1 Azərbaycan Qran-Prisinin 2025-ci il qalibinə “Azərxalça”nın xalçası təqdim olunub

Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Folklor İnstitutu “Zəfər salnaməsi: qəhrəmanlıq və milli yaddaş” mövzusunda tədbir təşkil edib

Ekspert: Süni intellekt Azərbaycan şirkətləri üçün strateji alətə çevrilir

“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub

Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır

Ədliyyə Nazirliyinin nümayəndələri beynəlxalq təlimdə iştirak ediblər

İnvestisiya qoyuluşu nəticəsində yaradılan iqtisadi fəaliyyət dövlət büdcəsi üçün gəlir mənbəyi yaradır - ŞƏRH

Azərbaycanın ənənəvi idman oyunları qırğız alimlər tərəfindən araşdırılır

Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb

Nəqliyyat və anbar təsərrüfatı sektorunda yaradılan əlavə dəyərin həcmi açıqlanıb

Azərbaycanın futzal yığması Avropa çempionatının seçmə mərhələsinə əsas raunddan başlayacaq