ABƏŞ QİÇS-LƏ MÜBARİZƏ TƏDBİRLƏRİNƏ ÖZ TÖHFƏSİNİ VERİR
Şirkətin bu məqsədlə ayırdığı qrant hesabına Beynəlxalq Tibb Korpusu Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz Boru Kəmərinin keçdiyi 11 rayonda əhaliyə təhlükəli xəstəliyin mahiyyəti, qarşısının alınması, ilkin əlamətləri, müalicəsi ilə bağlı ətraflı məlumatlar vermişdir. QİÇS-lə mübarizə Milli Mərkəzi, Səhiyyə və Təhsil nazirliklərinin nümayəndələri ilə birgə keçirilən maarifləndirmə xarakterli tədbirlərdə 49 müəllim, 75 polis və 107 tibb işçisi, 5485 nəfər sakin, şirkətin podratçı təşkilatlarında çalışan 23371 nəfər iştirak etmişdir. Tanınmış tibb mütəxəssislərinin köməyi ilə Azərbaycan, rus və ingilis dillərində hazırlanmış kompakt disk QİÇS-ə qarşı öyrədici interaktiv vasitə kimi əhaliyə paylanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]