ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və İsrail enerji sahəsində birgə strategiya reallaşdırmağa razılaşıb
Bakı, 2 oktyabr, AZƏRTAC
ABŞ, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və İsrail enerji sahəsində birgə strategiya həyata keçirmək barədə qərar qəbul edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin rəsmi xəbər agentliyi “WAM” məlumat yayıb.
Bildirilir ki, Birləşmiş Ərəb Əmirliklərinin Enerji və Sənaye naziri Süheyl Məhəmməd əl-Məzrui, ABŞ-ın Enerji naziri Dan Brouillette və İsrailin Enerji naziri Yuval Steinitz daha çox yeniliyə və firavanlığa aparacaq enerji sahəsində birgə strategiya həyata keçirəcəkləri barədə açıqlama yayıblar. Bəyanatda BƏƏ, ABŞ və İsrailin enerji sahəsində konkret nəticələr verən praktik addımlara diqqət yetirməsinin vacibliyi qeyd edilib, Vaşinqton, Əbu-Dabi və Təl-Əvivin bərpaolunan enerji, enerji səmərəliliyi, neft, təbii qaz ehtiyatları və duzsuzlaşdırma texnologiyaları kimi sahələrdə daha koordinasiya yaratmağı təşviq edəcəkləri vurğulanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [22:44]
Zelenski: ABŞ Prezidentinin köməyi ilə qışa qədər müharibə başa çata bilər
- 22.09.2026 [22:35]
Tramp: Putin və Zelenski müharibənin başa çatmasını istəyirlər
- 22.09.2026 [22:16]
ABŞ Prezidenti: İranla görüş çox yaxşı keçdi
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]