ABŞ-DA “AZƏRBAYCAN: ƏN CƏLBEDİCİ FAKTLAR VƏ NAİLİYYƏTLƏR” MÜSABİQƏSİ KEÇİRİLMİŞDİR
Bakı, 14 may (AZƏRTAC). Prezident İlham Əliyev tərəfindən Azərbaycanda elan olunmuş “Ekologiya ili” çərçivəsində ölkəmizin ABŞ-dakı səfirliyi qabaqcıl Merilend Universitetində “Azərbaycan: Ən cəlbedici faktlar və nailiyyətlər” adlı inşa müsabiqəsi keçirmişdir.
Səfirlikdən bildirmişlər ki, müsabiqənin məqsədi amerikalı tələbələri Azərbaycanın zəngin təbiəti, ətraf mühiti, ekologiyası, həmçinin tarixi, iqtisadiyyatı, mədəniyyəti, adət-ənənələri ilə bağlı araşdırmalara sövq etməkdir.
Bir çox tədqiqat işlərinin qiymətləndirilməsindən sonra səfirliyin müsabiqə şurası Merilend Universitetinin iki tələbəsini - Çinçu Harrisi və Hafi Yillahı müsabiqənin qalibləri elan etmişdir. Qaliblər Azərbaycana səfər edəcəklər.
Merilend Universitetinin professor-müəllim heyətinin və tələbələrinin iştirakı ilə təşkil olunmuş təntənəli tədbirdə Azərbaycanın ABŞ-dakı səfirliyi tərəfindən qaliblərə müvafiq şəhadətnamələr təqdim edilmişdir.
Qaliblər Merilend Universiteti və Azərbaycanın Xəzər Universitetinin birgə təşkilatçılığı ilə mayın 21-dən iyunun 4-dək Bakıda keçiriləcək ətraf mühit məsələlərinə dair tədris kurslarında iştirak edəcəklər. Azərbaycana səfər çərçivəsində onlar ətraf mühit, ölkəmizdə həyata keçirilən ekoloji layihələr və bu sahədə nəzərdə tutulan planlarla tanış olacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]