ABŞ-da immiqrasiya reydlərinə qarşı etirazlar Texasa da yayılıb
Bakı, 10 iyun, AZƏRTAC
ABŞ hakimiyyətinin immiqrasiya reydlərinə qarşı etiraz aksiyaları Texas ştatının şəhərlərinə də keçib. Ostin və Dallasda nümayişlər zamanı onlarla nümayişçi saxlanılıb.
AZƏRTAC xəbər verir ki, “Associated Press” agentliyinin məlumatına görə, bunu Texasın qubernatoru Qreq Ebbott deyib.
Los-Ancelesdə davam edən kütləvi etiraz aksiyalarının üçüncü günü Texas ştatının bəzi şəhərlərində də nümayişlər başlayıb. Hakimiyyət orqanları federal binaların təhlükəsizliyini təmin etmək üçün San-Fransisko və Santa-Ana şəhərlərinə Milli Qvardiyanın bölmələrini yeridib.
Həmçinin ABŞ Prezidenti Donald Trampın göstərişi ilə əlavə olaraq Milli Qvardiyanın 2 min əsgəri və 700 dəniz piyadası Los-Ancelesə göndərilib. Bundan öncə orada 2 min qvardiyaçı yerləşdirilmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [22:22]
Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb
- 07.08.2026 [21:20]
Antarktida buzlaqları civə mənbəyinə çevrilir
- 07.08.2026 [20:02]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [19:06]