ABŞ-da öldürülən qaradərili oğlanın və onun anasının şərəfinə abidə ucaldılacaq
Bakı, 26 iyul, AZƏRTAC
ABŞ Prezidenti Co Bayden 1955-ci ildə irqçilər tərəfindən öldürülən 14 yaşlı qaradərili Emmet Tillin və onun anası Mamie Till-Mobleyin xatirəsini əziz tutmaq məqsədilə abidə ucaldılması barədə bəyannamə imzalayıb.
AZƏRTAC Anadolu Agentliyinə istinadən xəbər verir ki, Ağ evdəki imzalanma mərasimində Co Bayden Emmet Tillin ağdərili irqçilər tərəfindən linç edilməsini təfərrüatları ilə izah edib. ABŞ Prezidenti Tillin və anasının xatirəsinə bu bəyanatı imzalamağın onun üçün şərəf hissi olduğunu ifadə edib. Bildirilib ki, sözügedən abidə Tillin cəsədinin tapıldığı Missisipi və dəfn mərasiminin keçirildiyi İllinoys ştatlarında üç ayrı ərazidə tikiləcək.
Xatırladaq ki, Emmet Till 1955-ci ildə Missisipiyə səfəri zamanı ağdərili bir qadın barədə münasibət bildirdiyi üçün ağdərili irqçilər tərəfindən öldürülüb. Onun anası Mamie Till-Mobley Çikaqoda keçirilən mərasimdə Emmetin tanınmaz üzünü açıq qoyaraq cəsədini sərgiləmişdi ki, hamı onun linç edilmiş oğluna qarşı nə baş verdiyini görə bilsin. Nəticədə bir neçə gün ərzində qaradərili oğlanın cəsədini görmək üçün 125 minə yaxın insan mərasimə qatılıb. 2022-ci ildə isə Tillin xatirəsinə həsr olunmuş bədii film də çəkilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [14:30]
Böyük neft paradoksu: Qərbin sanksiyaları niyə işləmir?
- 11.06.2026 [14:21]
Çin sınaq peykini kosmosa göndərib
- 11.06.2026 [14:21]
“Bloomberg”: Avropa Ukrayna məsələsində Trampın dəstəyinə nail olmaq istəyir
- 11.06.2026 [14:02]
Rusiya səfirliyi Gümrüdə memorialın təhqir olunmasını pisləyib
- 11.06.2026 [13:53]