ABŞ hərbçiləri Venesuela yaxınlığında qayıqlara edilən hücumlara görə məsuliyyət daşımayacaq
Bakı, 13 noyabr, AZƏRTAC
Venesuela sahillərində narkotik qaçaqmalçılığına qarşı mübarizədə iştirak edən amerikalı hərbçilər mühakimə olunmayacaq.
AZƏRTAC xəbər verir ki, “The Washington Post” qəzeti bu barədə Ədliyyə Departamentinin məxfi məktubuna istinadla məlumat yayıb. Məlumata görə, Ədliyyə Departamentinin hazırladığı 50 səhifəlik sənəddə ABŞ-ın “beynəlxalq əhəmiyyət kəsb etməyən silahlı münaqişə vəziyyətində” olduğu qeyd edilir və buna görə də hərbçilərə məhdud zərbələrə icazə verildiyi təsdiqlənir.
Qeyd edək ki, sentyabr ayından bəri ABŞ qüvvələri bölgədə azı 20 qayığa zərbə endirib və nəticədə 76 nəfər həlak olub.
Vaşinqton Venesuela hakimiyyətini narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə ciddi mübarizə aparmamaqda ittiham edir. ABŞ Hərbi Dəniz Qüvvələri Karib dənizinə səkkiz gəmi, bir atom sualtı qayığı və 16 mindən çox hərbçi yerləşdirib.
Venesuela Prezidenti Nikolas Maduro isə öz növbəsində ölkəsinin son 100 ildə ABŞ-ın ən ciddi işğalı təhlükəsi ilə üz-üzə olduğunu bəyan edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [23:50]
Lefkoşa: Fransa ilə imzalanan saziş regional balansa xələl gətirir
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]