ABŞ HÖKUMƏTİ AZƏRBAYCANDA DEMOKRATİYANIN İNKİŞAFINA BÖYÜK ƏHƏMİYYƏT VERİR
AZƏRTAC xəbər verir ki, Milli Məclisinin payız sessiyasının açılış mərasimində Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri xanım Ann Ders də iştirak etmişdir. Jurnalistlərə verdiyi müsahibəsində parlamentin payız sessiyasının açılışında iştirakından şərəf duyduğunu vurğulayan diplomat, ABŞ hökumətinin Azərbaycanda demokratiyanın inkişafına böyük əhəmiyyət verdiyini qeyd etmişdir. O demişdir ki, Azərbaycanda demokratik islahatlar aparmaq üçün Milli Məclisin güclü, müstəqil və şəffaf qurum olması vacib amildir. Hər bir deputatın fəaliyyəti qanunvericiliyin şəffaflığı naminə böyük təsirə malikdir. Xanım Ann Ders deputatları sessiyanın başlanması münasibətilə təbrik etmiş, onlara öz vəzifələrini məsuliyyətlə yerinə yetirməkdə uğurlar arzulamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [20:10]
Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib
- 16.10.2026 [16:57]