ABŞ-IN MÜDAFİƏ NAZİRİ KÖMƏKÇİSİNİN MÜAVİNİ CİM MƏKDUQAL AZƏRBAYCANDA SƏFƏRDƏDİR
ABŞ-ın Bakıdakı səfirliyindən AZƏRTAC-a daxil olan məlumatda deyilir ki, Birləşmiş Ştatların müdafiə naziri köməkçisinin müavini Cim Məkduqal Azərbaycana səfərə gəlmişdir. İki gün davam edəcək səfər çərçivəsində Azərbaycanın Müdafiə və Xarici İşlər nazirliklərində görüşlər keçiriləcək, ABŞ ilə Azərbaycan arasında ikitərəfli hərbi əlaqələrə, terrorizmə qarşı mübarizə sahəsində davam etməkdə olan əməkdaşlığa, İraq, Əfqanıstan və Kosovoda sülhyaratma əməliyyatlarına dair məsələlər barədə fikir mübadiləsi aparılacaqdır.
Səfirlikdən onu da bildirmişlər ki, Cim Məkduqal ABŞ ilə Azərbaycan arasında ikitərəfli hərbi əlaqələrin bütün sahələrinə nəzarət üzrə məsul şəxsdir.