ABŞ konqresmenləri Prezident Co Baydenə İranla əlaqədar müraciət ediblər
Tehran, 11 mart, AZƏRTAC
ABŞ-ın 140 konqresmeni Prezident Co Baydenə məktubla müraciət edərək, onu İranla bağlı problemləri həll etməyə çağırıb.
AZƏRTAC xəbər verir ki, məktubu imzalayanlar arasında həm demokratlar, həm də respublikaçı konqresmenlər var. Onlar Prezidenti nüvə razılaşması ətrafındakı gərginliyə son qoymağa və İranla konsensus əldə etməyə çağırıblar.
Bu çağırışa münasibət bildirən İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif sosial şəbəkə vasitəsilə qeyd edib ki, nüvə razılaşmasını ABŞ tərk edib və məhz o özü bu razılaşmaya qayıtmalıdır. ABŞ-la yanaşı, Avropa dövlətləri də razılaşmada iştirak ediblər. Lakin nə ABŞ, nə də Avropa dövlətləri saziş üzrə üzərilərinə düşən öhdəlikləri yerinə yetirməyiblər. Konsensus sanksiyaların aradan qaldırılmasından sonra mümkün ola bilər.
Qeyd edək ki, ABŞ rəsmiləri İranla danışıqların yeni mərhələsinə başlamaq istəyində olduqlarını bəyan ediblər. Lakin rəsmi Tehran buna cavab olaraq bildirib ki, danışıqlar yalnız sanksiyalar aradan qalxacağı təqdirdə mümkün ola bilər.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [22:44]
Zelenski: ABŞ Prezidentinin köməyi ilə qışa qədər müharibə başa çata bilər
- 22.09.2026 [22:35]
Tramp: Putin və Zelenski müharibənin başa çatmasını istəyirlər
- 22.09.2026 [22:16]
ABŞ Prezidenti: İranla görüş çox yaxşı keçdi
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]